(Translated by https://www.hiragana.jp/)
Səkinəxanım məscidi — Vikipediya

Səkinəxanım məscidi

Səkinəxanım məscidi — 1854-cü ildə Azərbaycanın Quba şəhərində tikilmiş tarixi-memarlıq abidəsi.

Səkinəxanım məscidi
Xəritə
41°21′40″ şm. e. 48°30′42″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Quba
Yerləşir Quba şəhəri, Heydər Əliyev prospekti 144
Tikilmə tarixi 1854
Üslubu islam memarlığı
İstinad nöm.298
KateqoriyaMəscid
Əhəmiyyətiölkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına tikilib.

Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında

redaktə

Səkinə xanım məscidi Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün həyat yoldaşı Səkinə xanım Bakıxanova tərəfindən tikdirilmişdir.[1][2] Səkinə xanım Bakıxanova 1853-cü ildə dünyasını dəyişib. Məscidin tikintisi onun ölümündən sonra 1854-cü ildə bitib.[3]

Sovet işğalında

redaktə

Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[4]

İşğaldan sonra 1930-cu illərdə dinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində məscid bağlanmış ətrafındakı mədrəsə və köməkçi binalar sökülərək dağıdılmışdır. İlk illər məscidin binasından anbar daha sonra isə tikiş sexi kimi istifadə edilib.[5]

Müstəqillikdən sonra

redaktə

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə məsciddə təmir işləri aparılıb və məscid insanların istifadəsinə verilib. Məscidin ətrafına hasar çəkilib, su, kanalizasiya, işıq, qaz xətləri bərpa edilib. 1990-1993-cü illərdə dəstəmazxana və baş köməkçi binalar tikilib.[6][7]

Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[8]

Memarlığı

redaktə

Məscidin xüsusi memarlıq üslubu var və Qubadakı digər məscidlərdən fərqlənir. Qırmızı kərpicdən tikilib və tilli silindri xatırladır. Hər bir divar-tildə bir yarımdairəvi tağ şəkilli pəncərə var. Fasadın üstünü xırda kərpiclərdən hörülmüş orijinal karniz əhatə edir.[9] Döşəməsi daş plitələrlə örtülüb, tavanı dörd böyük sütun üzərində dayanıb. Minbər qoz ağacından düzəldilib və səkkizpilləlidir. Məscid dördbucaqlı formasındadır, doqquz pəncərəsi və iki qapısı var. Hündürlüyü 27 metrdir. Yerdən günbəzədək 9 metrdir. Günbəzin diametri 4,5 metrdir. Damı və günbəzin üstü dəmir təbəqə ilə örtülüb. Onun da ətrafı çoxsaylı tillərlə əhatə olunub. Günbəzin mərkəzi incə nazik millə bəzədilib.[9] Məscidinin nəzdində mədrəsə də var. Mədrəsə 1994-cü ildən fəaliyyət göstərir.[10]

Məscidin günbəzinin üstündə məscidin şərəfəsi yerləşir. Şərəfəyə çıxmaq üçün yer məscidin içindədir.[11]

Məscid binasının giriş portiki üstündəki epiqrafik kitabənin haşiyə hissəsində nəsx xətti ilə ərəb və fars dillərində Qurandan ayə verilib. Həmçinin kitabənin ortasında yazılıb:[1]

  Həqiqətən Allaha və axirətə inananlar. Allahın məscidlərini təmir edən kimsələrdir. (Tövbə surəsi 18-ci ayədən bir parça);

Peyğəmbər ona salam olsun dedi. Quş qəfəsi qədər də olsa, hər kəs bir məscid tikdirsə, Allah onun üçün cənnətdə bir qəsr tikər (hədis);

Buna görə bu məscidi yüksək dərəcəli cənnətməkanlı Hacı Abbas Qulu xan Bakıxanovun Səkinə xanım adlı qadını. - Allah onların hər ikisini bağışlasın. Mərhumənin vəfatından sonra 1271-ci ilin məhərrəm ayında (sentyabr 1854-cü il) tamamilə tikilib qurtardı.

 

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 "Səkinə xanım məscidi" (az.). irs.gov.az. 10 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
  2. Zeynalova, Ülkər. Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu / Qubanın tarixi yerləri və abidələri (az.). Bakı. 2019. səh. 255. Archived from the original on 2022-06-17. İstifadə tarixi: 2022-06-17.
  3. "Mədəniyyət naziri Anar Kərimov Qubanın mədəniyyət müəssisələrinə baxış keçirib" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 14 aprel 2022. 17 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
  4. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
  5. S.Abdullayeva. "Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri" (az.). 525-ci qəzet. 1 oktyabr 2013. 16 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
  6. "Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi". 2017-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-24.
  7. "Səkinə Xanım məscidi". 2019-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-24.
  8. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: October 17, 2022.
  9. 1 2 "Qubada hökmən görməli olduğunuz - 8 turizm məkanı" (az.). seyyah.az. 12 Sentyabr 2016. 7 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
  10. "Səkinə xanım məscidi: Bakıxanovun xatirəsi" (az.). shimal.news. 16 iyul 2021. 17 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
  11. Nazilə Məmmədova. "Azərbaycanın Quba bölgəsində olan tarixi yerlər və abidələr" (az.). kanal32.az. 18 aprel 2022. 17 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.