Alfred Adler

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alfred Adler
alm. Alfred Adler
Doğum adı Alfred Adler[5]
Doğum tarixi 7 fevral 1870(1870-02-07)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 28 may 1937(1937-05-28)[4][2][…] (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Elm sahələri İndividual psixologiya[1], psixologiya, psixiatriya, nevrologiya, Psixoterapiya, psixoanaliz
İş yeri
Təhsili
Tanınmış yetirməsi Abraham Maslov
adler-iaip.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alfred Adler (7 fevral 1870[2][3][…], Rudolfsheim[d], Avstriya-Macarıstan[5]28 may 1937[4][2][…], Aberdin[6]) — neofreydizmin nümayəndələrindən biri, tanınmış avstriyalı həkim və psixoterapevt, fərdi psixologiyanın yaradıcısı.

Adler əvvəllər Ziqmund Freydin tələbəsi və əməkdaşı olmuş, lakin sonralar fikir ayrılıqları üzündən 1911-ci ildə ondan ayrılmışdır və psixoanalitik nəzəriyyənin müxtəlif istiqamətləri üzrə araşdırmalar aparmışdır. Onun əsas anlayışlarını fərdin faktiki vəziyyəti və istəkləri arasındakı ziddiyyətlər təşkil edir.

Alfred Adler 1870-ci il fevralın 7-də Vyanada şəhər ətrafında yerləşən Rudolfşeymdə anadan olmuşdur. Yəhudi ailəsində dunyaya gələn Alfred 6 uşaqdan ikincisi olmuşdur. Adler uşaqlıqda tez-tez xəstələnərdi. Ona görə də o tərəddüdsüz həkim peşəsini seçir. 1895-ci ildə tibb fakültəsini bitirmişdir , 1897-ci ildən isə elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərmişdir. Daha sonra o psixatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşmışdır.

1902-ci ildə Adler yeni psixologiya istiqamətinin yaradıcısı Ziqmund Freydin ətrafındabirləşərək dərnək yaradan 4 nəfərdən biri olur.1910-cu ildə Freydin təşəbbüsü ilə Vyanadakı psixoanalitik cəmiyyətin rəhbəri olur. Lakin tezliklə o, psixoanalizlə birdəfəlik əlaqələrini kəsir və Freydin bir çox fikirlərinı qarşı çıxır.

Birinci dünya müharibəsindən sonra Adler təhsil məsələləri ilə dərindənn maraqlanmağa başlayır və Vyana təhsil sistemi nəzdində ilk tərbiyə xəstəxanası açır. Daha sonra isə təhsillə bağlı ideyalarını həyata keçirmək üçün eksperimental məktəb yaradır. Adler müəllimlərlə məşğələyə xüsusi əhəmiyyət verirdi. Hesab edirdi ki, gənclərin ağıl və xarakterini formalaşdıran insanların özləri ilə daha mütəşəkil iş aparılmalıdır. Uşaqların tərbiyəsində valideynlərə kömək məqsədilə məktəbin nəzdində konsultasiya mərkəzi açılır. 1930-cu ildə yalnız Vyanada 30 belə məktəb yaradılmışdır.

1897-ci ildə Raissa Epstein ilə ailə həyatı qurmuşdur. Rassia Epstein yaşamı boyunca Adlerdən çox politikayla maraqlanmışdır. Adler New Yorkda olan zamanlarda Rassia çox zaman Vyanada yaşayıb. Adlerlə Raissanın dörd uşağı olmuşdur. Uşaqlarının ikisi psixiatr olmuş, biri aktrisa digəri isə Sovetlər birliyində siyasi məhkumluqda həyatını itirmişdir. Adleri itmiş qızının aqibəti onu çox üzürdü. Sonralar bu onun ürək ağrılarının şiddətlənməsinə səbəb olmuşdur. Lakin həkimlərin məsləhətini dinləməyən Adler konfranslar vermək üçün Avropa səyahətini dayandırmamışdır. Elə konfrans vermək üçün Şotlandiyanın Aberdeen bölgəsində 28 may 1937-ci ildə infarkt nəticəsində ölmüşdür.

Fikir ayrılıqları

[redaktə | mənbəni redaktə et]

1935-ci ildə Adler ABŞ-yə gəlir və həkim-psixiatr vəzifəsində çalışır. 1937-ci ildə Adlerin ölümündən sonra fərdi psixologiyaya maraq azalır və yalnız 50-ci illərdən yenidən diqqəti çəkir. Humanist psixologiyasının yaradılmasına Adlerin ideyalarının böyük təsiri olur.

Adler insan psixikasına yeni sosial-psixoloji yanaşma müəlliflərin biridir. Elə bu məqsədlə də onun Freydlə başlıca fikir ayrılığı ortaya çıxır. Adler Freyd və Yunqun qeyri-şüuri meyllərin şəxsiyyət və onun davranışına, eləcə də insanın cəmiyyətlə münasibətinin qurulmasına təsiri ideyasını qəbul etmirdi. O hesab edirdi ki, insanın həyatıvə davranışını anadangəlmə instinktlər, arxetiplər deyil, başqa adamlarla ümumilik hissi, sosial əlaqələr və oriyentasiya müəyyənləşdirir. Lakin bu 3 müəllifin şəxsiyyətin formalaşmasında təbiətin insana bəxş etdiyi daxili bir aləmin olması barədə fikirləri üst-üstə düşürdü. Amma bu amili onlar fərqli şəkildə izah edirdilər. Freydə görə bu prosesdə seksual amillər, Yunqa görə təfəkkür tipləri, Adlerə görə isə ictimai maraqlar həlledici rol oynayır. Bununla belə, Adler şəxsiyyətin inkişafında insanın öz fərdiliyinin tamlığını qorumağa cəhd etdiyini sübüta çalışan yeganə alim idi. Freyd isə şəxsiyyətin özünəməxsusluğunu, bənzərsizliyi ideyası Adlerin psixologiya elminə böyük töhfəsi idi.

Adler nəzəriyyəsinin strukturu

[redaktə | mənbəni redaktə et]

Şəxsiyyət psixologiyası nəzəriyyəsinin strukturunu Adler belə göstərmişdir.

  • Saxta finalizm
  • Üstünlük qazanmağa cəhd
  • Dəyərsizlik hiss və onun kompensasiyası
  • İctimai maraq
  • Həyat tərzi (stili)
  • Yaradıcı mən

Adlerə görə şəxsiyyətin tipologiyası

[redaktə | mənbəni redaktə et]

Şəxsiyyətin tipologiyası ilə bağlı Adlerin bütün ideya və fikirləri sonralar eksperimental yolla öz təsdiqini tapmadı. Bununla belə, onun ictimai hissi şəxsiyyətin formalaşmasında fərdi xüsusiyətlərin rolu xüsusilə psixi inkişaf və davranışın rolu barədə nəzəri fikirləri psixologiya elminə böyük töhfədir. Adlerə görə sosial maraq kifayət qədər olmadıqda aşağıdakışəxsiyyət tipləri meydana çıxır(fəalləq səviyyəsindən asılı olaraq).

  • İctimai tip- bu özünəinamlı və inadkar, sosial marağı zəif və yaxud heç inkişaf etməmi insanlardır. Onlar fəaldırlar, lakin sosial planda deyil. Başqalarının xoşbəxtliyinə çox laqeyd münasibət bəsləyirlər və xarici aləm üzərində hökmranlıq yönəlişi onlar üçün xarakterikdir. Əsas həyati problemləri onlar düşmənçilik, antisosial şəkildə (qanun pozanlar, narkomanlar, cinayətkarlar və s) həll edirlər.
  • Mənimsəyən tip- bu insanlar ətraf-mühitə qarşı tüfeyli münasibət bəsləyirlər və öz tələbatlarının çoxunu başqalarının hesabına ödəyirlər. Onlarda sosial maraq yodur və başqalarından mümkün qədər çox xeyir götürməyə çalışırlar.
  • Qaçan tip- onlarda sosial maraq kifayət qədər deyil, öz problemlərinin həlli üçün vacib olan lazımi fəallıq göstərmirlər. Onlar problemlərinin həllindən, çətinlik və uğursuzluq yarada biləcək bir şeydən qaçırlar.
  • Sosial cəhətdən yararlı tip- bu yetkin, kamil şəxsiyyətdir, yüksək səviyyəli sosial maraq və fəallıqla xarakterizə olunan tipdir. Bu cür insanlar tam səmimi olaraq başqalarının qayğısına qalır, digərləri ilə ünsiyyətə və qarşılıqlı təsirə girməkdə maraqlıdırlar. O dərk edir ki, əsas həyati problemlərin – iş, sevgi, dostluq- həlli əməkdaşlıq, şəxsi cürət, məsuliyyət və digər insanların rifahı üçün çalışmaq istəyini tələb edir.
  • Həkim pedaqoq kimi
  • Psixoloji kompensasiya və oqanların natamamlığı haqqında araşdırma
  • Nevrotik xarakter.
  • Fərdi psixologiyanın təcrübəsi və nəzəriyyəsi (1920).
  • İnsan bilikləri (1926).
  • İnsan təbiətinin anlaşılması (1928–1930).
  • Uşaqların təlim-tərbiyəsi (1929).
  • Üstünlük və sosial maraq (ölümündən sonra 1965-ci ildə nəşr olunub).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]