Pentapol

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Pentapol (q.yun. Πεντάπολις; πέντε [pente] – "beş" və πόλις, [polis] – "şəhər") — beş şəhərdən ibarət coğrafi və/yaxud institusional qrup. Qədim dünyanın şəhərlərinin müxtəlif siyasi, ticarət və hərbi səbəblərə görə belə qruplar yaratdıqları güman edilir. Bibliyada bu söz Müqəddəs torpaqlardakı "Sodom pentapolu" ərazisinə aid edilir. Burada beş şəhər, yəni Sodom, Qomorra, Adma, SevoimSiqor aiddir. Onlar Kedorlaomerin başçılıq etdiyi elamların işğalına müqavimət göstərmək üçün birləşmiş, onlardan dördü qısa müddət sonra tamamilə məhv edilmişdir.[1]

  1. Herbermann, Charles, ed. (1913). «Pentapolis Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine». Catholic Encyclopedia. New York: Robert Appleton Company. (ing.)