Milad ağacı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
Bakıda süni şamlar, çiçəklər və digər dekorlarla bəzədilmiş klassik şam ağacı

Milad ağacı və ya Yeni il ağacıağ şam, küknar və ya şam ağacı kimi həmişəyaşıl iynəyarpaqlıların bəzədilməsi ilə alınan dekorativ ağac. Ənənəvi olaraq MiladYeni il bayramı ilə əlaqələndirilən Milad ağacının bəzədilməsi ənənəsi mənşəyini Almaniyadan almış və ilkin olaraq Müqəddəs Bonifasi ilə əlaqələndirilmişdir.[1] Sonradan bu adət erkən orta əsrlər dövründə Livoniyada (indiki EstoniyaLatviya ərazisi) və erkən modern dövrdə Almaniyada protestant ailələrin evlərində ağac bəzəmələri ilə inkişaf etdirilmişdir.[2][3] XIX əsrin II yarısından etibarən ağac bəzəmə adəti Almaniyanın lüteran ərazilərində və Rusiya imperiyasının Ostzey quberniyasında yuxarı təbəqə arasında yayılmağa başlayır.[2][4]

Ağacın bəzədilməsində ənənəvi olaraq "rəngli kağızlardan hazırlanmış çiçəklər, almalar, şəkərli oblatiolar, lametta və müxtəlif konfetlər istifadə edilirdi.[2] İlk dəfə Morav xristianları Milad ağacını şamlarla bəzəməyə başlamışlar[5], advent elektrifikasiyasından sonra isə şamlar Milad işıqları ilə əvəz edilmişdir. Müasir dövrdə Milad ağacının bəzədilməsi üçün geniş çeşidli müasir və klassik şam oyuncaqlarından, eyni zamanda müxtəlif girlyand, çələnf və şəkər çubuqlarından istifadə edilir. Doğulmanın qeyd edilməsi üçün ağacın zirvəzinə mələk Cəbrayılı simvolizə edən mələk fiquru və ya Betlehəm ulduzunu simvolizə edən böyük ulduz yerləşdirilir.[6][7] Müasir dövrdə Milad ağaclarının bəzədilməsi üçün istifadə edilən dekorlar arasında müxtəlif bantlar vasitəsilə ağac budaqlarına bağlanan və ya budaqlardan asılan zəncəfil kökəsişokolad kimi qida növləri də var. Roma-Katolik kilsəsi uzun müddət Lüteran kilsəsinin ağac bəzəmə ənənəsinə müqavimət göstərsə də, 1982-ci ildən etibarən Vatikanda da Milad ağacı bəzədilməyə başlamışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Müasir Milad ağacının mənşəyi[redaktə | mənbəni redaktə et]

Müasir Milad ağacının mənşəyi erkən modern Almaniyada İntibah dövrünə qədər gedib çatır. XVI əsrdə protestant xristian islahatçı Martin Lüterin ilk dəfə həmişəyaşıl ağaca işıqlı şamlar asdığına inanılır.[8][9][10] Alman lüteranlar tərəfindən Milad ağacının bəzədilməsi ilk dəfə XVI əsrdə qeydə alınmışdır və həmin məlumatda bildirilir ki, 1539-cu ildə Protestant islahatçılardan Martin Buçerin liderliyi ilə Milad ağacı Strasburq kafedralında yerləşdirilmişdir.[11][12] Morav xristianları ilk dəfə Milad ağacını şamlarla bəzəməyə başlamışlar.[5][13] Milad ağacının dəqiq tarixi bilinən ən qədim təsviri Fransanın Qrand Est regionundakı (keçmiş Elzas) Türkheym kommunasındakı şəxsi evin açardaşı üzərindəki 1576-cı ilə aid qabartmadır.[14]

Mümkün sələflər[redaktə | mənbəni redaktə et]

Müasir Milad şam ağacı orta əsr misteriyalarında müxtəlif ölkələrdə Adəm və Həvvanın xatirə günü münasibətilə 24 dekabrda bəzədilən Cənnət ağacı ilə əlaqəlidir. Bu cür pyeslərdə dekor kimi istifadə edilən ağac, almalar (bilgi, xeyir və şər ağacının məhsullarını, dolayısıyla Məsihin öz üzərinə aldığı İlk Günahı təmsil edir) və dairəvi ağ vaflilərlə (Yevxaristiya və bağışlanmanı təmsil edir) bəzədilirdi.[15] Sonradan, Doğulma səhnəciyi kimi Cənnət ağacı da tədricən evlərdə yerləşdirilməyə başlamışdı. Ağacın bəzədilməsində istifadə edilən almalar isə parlaq şarlarla əvəzlənmişdir.[16][17]>[18][19][20][21]

Son orta əsrlərdə, müasir Milad ağacının ilk sələfi XV əsrdə Portuqaliyadakı sistersian Alkobasa monastırında qeydə alınmışdır. Sistersian ordeninin yüksək rütbəli yerli idarəçisinin qeydi Milad ağacının bilinən ən qədim yazılı xatırlanmasıdır: "Milad budağının necə qoyulması haqqında qeyd-scilicet: Miladqabağı böyük yaşıl dəfnə budağı axtarın, çoxlu qırmızı portağal toplayın, onları budaqdan asın və hər birinin üstünə şam qoyun, budağı kəndirlə əsas altar şamının arxasındakı dirəkdən as."[22]

Digər mənbələr 1600-cü illərdə Almaniyada ilk qeydə alınmış Milad ağacları ilə xristianlıqdan əvvəlki ənənələrə xas ağaclar arasında əlaqə görsələr də, bu mövqe mübahisə mövzusudur.[23] "Britannika Ensiklopediyası"na görə, həmişəyaşıl ağaclar, çələnglər və girlyandların istifadəsi qədim misirlilər, çinlilər və yəhudilərin adətləri idi. Ağaca ibadət xristianlıqdan əvvəl avropalılar arasında geniş yayılmışdı, xristianlığın qəbulundan sonra isə Şeytanı qorxutmaq üçün Skandinaviya ölkələrində evlərin Yeni il qabağı həmişəyaşıl bitkilərlə bəzədilməsi və Milad qabağı quşlar üçün Şam ağacı bəzədilməsi ilə özünü büruzə vermişdir.[24]

Qədim Romada qışın ortasında keçirilən Saturnaliya bayramı zamanı evləri həmişəyaşıl ağacların budaqlarından hazırlanmış çələnglərlə bəzəyirdilər, xristianlığın yayılmasından sonra isə bu adət Milad bayramına uyğunlaşdırılmışdır.[25] Qədim Roma şairi Qay Valeri Katull "Epitalamium" adlı poemasında tanrıların Peyelanın evini dəfnə və sərv ağacları ilə bəzəmələrindən bəhs edir. Daha sonrakı dövrdə isə Libaniy, Tertullianİohann Xrisostom həmişəyaşıl ağacların xristianlar tərəfindən evlərin bəzədilməsində istifadə edildiyini yazırlar.[26]

Vikinqlərsakslar arasında ağaca ibadət ənənəsi yayılmışdı.[25] Donarın palıdını kəsmiş Müqəddəs Bonifatsinin tarixçəsi paqan dinlərə inanan almanların VIII əsr adətlərini əks etdirir. Həmin hekayənin daha sonrakı dövrə aid variantında isə kəsilmiş palıdın yerində bitən həmişəyaşıl ağac dil açaraq özünün üçbucaqlı formasının Müqəddəs Üçlüyə işarə etdiyini və yüksələrək səmanı göstərdiyini deyir.[27][a]

Regionlara görə tarixi ənənələr[redaktə | mənbəni redaktə et]

Danimarka rəssamı Viqqo Yohansenin çəkdiyi rəsm (Xoşbəxt yeni il, 1891)

Yeni il ağacı Bütpərəstlik dinindən gələn bir ritual mərasimdir. Yarpaq tökməyən ağacları və çələngləri "Ölümsüz həyatın simvolu" olaraq istifadə etmək, köhnə Misirlilərin, Çinlilərin və Yəhudilərin ortaq bir ənənəsi idi. Avropalı bütpərəstlər arasında məşhur olan ağaca inanma, Xristianlığı mənimsəmələrindən sonra, Skandinaviyalıların şeytanı qorxudub qaçırmaq və Milad zamanında quşlar üçün bir ağac hazırlamaq üzrə həm ev, həm də ambarların Yeni il ağacları ilə təchiz etmək ənənəsi formasında keçirdi. Almaniyada da qış ortasına rast gələn tətillərdə evin ya girişinə, ya da içinə bir "Yol" ağacı qoyulurdu.

Bir sıra mənbələrdə göstərilir ki, XVI əsrdə alman xalqı tərəfindən "Milad ağacı" (alm. Weihnachtsbaum‎) və ya daha dəqiq köhnə variantda (alm. Klausbaum‎) hazırlanmışdır, lakin bəzi mənbələrdə isə "Yeni il ağacı"nın 1510-cu ildə bayram ərəfəsində Çexiyanın paytaxtı Praqada hazırlanması qeyd olunur. Bayramdan sonra isə ağc yandırılmışdır. Yeni il ağacı özündə xristian dininə və dilə aid olan xüsusiyyətləri daşıyır. Buna görə də, ilk Yeni il ağacı Praqada yaşayan Martin Lüter tərəfindən evdə qoyulan ağac hesab olunur.[28]

2011-ci ildə bayram ərəfəsində Estoniyanın paytaxtı Tallin şəhəri ilə Çexiyanın paytaxtı Praqa şəhərləri arasında mübahiə baş verdi. Tallin şəhərinin nümayəndələrinin iddiasına görə, ilk dəfə Yeni il ağacı Çexiyadakından 400 il əvvəl Tallində qoyulmuşdur.[29]

Qalereya[redaktə | mənbəni redaktə et]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Müqəddəsin özünün yaşadığı dövrlərdə yazılmış bioqrafiyalarında qeyd edilməmiş bu məlumat BBC Devon saytının "Devon mifləri və əfsanələri"ndə, həmçinin bir sıra tədris kitablarında qeyd edilmişdir. (St. Boniface and the Little Fir Tree: A Story to Color by Jenny Melmoth and Val Hayward (Warrington: Alfresco Books 1999 ISBN 1-873727-15-1), The Brightest Star of All: Christmas Stories for the Family by Carrie Papa (Abingdon Press 1999 ISBN 978-0-687-64813-9) və "How Saint Boniface Kept Christmas Eve" by Mary Louise Harvey in The American Normal Readers: Fifth Book, 207-22. Silver, Burdett and Co. 1912.)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Travers, Penny. "The history of the Christmas tree". ABC News (Avstraliya) (ingilis). 19 December 2016. 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2022.
  2. 1 2 3 Perry, Joe. Christmas in Germany: A Cultural History (ingilis). University of North Carolina Press. 27 September 2010. səh. 32. ISBN 9780807899410. A chronicle from Stasbourg, written in 1604 and widely seen as the first account of a Christmas tree in German-speaking lands, records that Protestant artisans brought fir trees into their homes in the holiday season and decorated them with "roses made of colored paper, apples, wafers, tinsel, sweetmeats, etc." ... The Christmas tree spread out in German society from the top down, so to speak. It moved from elite households to broader social strata, from urban to rural areas, from the Protestant north to the Catholic south, and from Prussia to other German states.
  3. Christmas trees were hung in St. George's Church, Sélestat since 1521:"Office de la Culture de Sélestat—The history of the Christmas tree since 1521" (PDF). 18 December 2013. 18 December 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  4. Dunphy, John J. From Christmas to Twelfth Night in Southern Illinois (ingilis). Arcadia Publishing Incorporated. 26 November 2010. səh. 28. ISBN 9781614232537. Having a Christmas tree became so closely identified with following Luther's path that German Catholics initially wanted nothing to do with this symbol of Protestantism. Their resistance endured until the nineteenth century, when Christmas trees finally began finding their way into Catholic homes.
  5. 1 2 Kelly, Joseph F. The Feast of Christmas. Liturgical Press. 2010. səh. 94. ISBN 9780814639320. German Lutherans brought the decorated Christmas tree with them; the Moravians put lighted candles on those trees.
  6. Mandryk, DeeAnn. Canadian Christmas Traditions. James Lorimer & Company. 25 October 2005. səh. 67. ISBN 9781554390984. The eight-pointed star became a popular manufactured Christmas ornament around the 1840s and many people place a star on the top of their Christmas tree to represent the Star of Bethlehem.
  7. Jones, David Albert. Angels. Oxford University Press. 27 October 2011. səh. 24. ISBN 9780191614910. The same ambiguity is seen in that most familiar of angels, the angel on top of the Christmas tree. This decoration, popularized in the nineteenth century, recalls the place of the angels in the Christmas story (Luka 2:9–18).
  8. "History of Christmas Trees". History. 25 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2012.
  9. Haidle, Helen. Christmas Legends to Remember'. David C Cook. 2002. səh. 119. ISBN 978-1-56292-534-5.
  10. Debbie Trafton O'Neal, David LaRochelle. Before and After Christmas. Augsburg Fortress. 2001. səh. 22. ISBN 978-0-8066-4156-0.[ölü keçid]
  11. Senn, Frank C. Introduction to Christian Liturgy. Fortress Press. 2012. səh. 118. ISBN 9781451424331. The Christmas tree as we know it seemed to emerge in Lutheran lands in Germany in the sixteenth century. Although no specific city or town has been identified as the first to have a Christmas tree, records for the Cathedral of Strassburg indicate that a Christmas tree was set up in that church in 1539 during Martin Bucer's superintendency.
  12. "The Christmas Tree". Lutheran Spokesman. 29–32. 1936. The Christmas tree became a widespread custom among German Lutherans by the eighteenth century.
  13. Blainey, Geoffrey. A Short History of Christianity. Rowman & Littlefield Publishers. 24 October 2013. səh. 418. ISBN 9781442225909. Many Lutherans continued to set up a small fir tree as their Christmas tree, and it must have been a seasonal sight in Bach's Leipzig at a time when it was virtually unknown in England, and little known in those farmlands of North America where Lutheran immigrants congregated.
  14. Ehrsam, Roger. Le Vieux Turckheim. Ville de Turckheim: Jérôme Do Bentzinger. 1999. ISBN 978-2906238831.
  15. Becker, Udo. The Continuum Encyclopedia of Symbols (English). A & C Black. 1 January 2000. səh. 60. ISBN 978-0-8264-1221-8. In Christianity, the Christmas tree is a symbol of Christ as the true tree of life; the candles symbolize the "light of the world" that was born in Bethlehem; the apples often used as decorations set up a symbolic relation to the paradisal apple of knowledge and thus to the original sin that Christ took away so that the return to Eden-symbolized by the Christmas tree-is again possible for humanity.
  16. Dues, Greg. Advent and Christmas. Bayard. 2008. 13–15. ISBN 978-1-58595-722-4. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08. Next to the Nativity scene, the most popular Christmas tradition is to have a Christmas tree in the home. This custom is not the same as bringing a Yule tree or evergreens into the home, originally popular during the month of the winter solstice in Germany.
  17. Karas, Sheryl. The Solstice Evergreen: history, folklore, and origins of the Christmas tree. Aslan. 1998. 103–04. ISBN 978-0-944031-75-9. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.
  18. Lazowski, Philip. Understanding Your Neighbor's Faith. KTAV Publishing House. 2004. 203–04. ISBN 978-0-88125-811-0. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.
  19. Foley, Michael P. Why Do Catholics Eat Fish on Friday?. Palgrave Macmillan. 2005. səh. 18. ISBN 978-1-4039-6967-5.[ölü keçid]
  20. Ball, Ann. Catholic Traditions in Crafts. Our Sunday Visitor. 1997. səh. 19. ISBN 978-0-87973-711-5.[ölü keçid]
  21. Christmas tree // Encyclopædia Britannica. 2003. 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08. The modern Christmas tree [...] originated in western Germany. The main prop of a popular medieval play about Adam and Eve was a fir tree hung with apples (paradise tree) representing the Garden of Eden. The Germans set up a paradise tree in their homes on 24 December, the religious feast day of Adam and Eve. They hung round white discs on it (symbolizing the host, the Christian sign of Christ's body in the Eucharist); in a later tradition, the wafers were replaced by cookies of various shapes. Candles, too, were often added as the symbol of Christ. In the same room, during the Christmas season, was the Christmas pyramid, a triangular construction of wood, with shelves to hold Christmas figurines, decorated with evergreens, candles, and a star. By the 16th century, the Christmas pyramid and paradise tree had merged, becoming the Christmas tree.
  22. Biblioteca Nacional de Portugal (National Library of Portugal)—Codices Alcobacenses ([1] Arxivləşdirilib 21 fevral 2013 at the Wayback Machine); [BN: cod. alc. CLI / 64, Page. 330] Translated from original Portuguese
  23. Huckabee, Tyler. "No, Christmas Trees Don't Have 'Pagan' Roots" (English). Relevant Magazine. 9 December 2021. 9 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2022. have a lot of historical examples of various ancient religious communities decorating trees (including, but not limited to, the Book of Jeremiah) but it's a real reach to connect any of it to modern Christmas trees as we think of them. Scholars call this pareidolia – where we connect new data with something we already know about to make sense of it. We read about ancient people decorating trees, and we immediately think "like a Christmas tree," whether or not there's any actual connection. And, in this case, there's not.
  24. Christmas tree // Encyclopædia Britannica. 2012. 30 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2012.
  25. 1 2 "BBC Religion & Ethics—Did the Romans invent Christmas?". BBC Religion & Ethics. 17 December 2012. 7 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2016.
  26. Churco, Jennie M. "Christmas and the Roman Saturnalia". The Classical Outlook. 16 (3). December 1938: 25–26. 2023-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08 – JSTOR vasitəsilə.
  27. Fritz Allhoff, Scott C. Lowe. Christmas. John Wiley & Sons. 2010. His biographer, Eddius Stephanus, relates that while Boniface was serving as a missionary near Geismar, Germany, he had enough of the locals' reverence for the old gods. Taking an axe to an oak tree dedicated to Norse god Thor, Boniface chopped the tree down and dared Thor to zap him for it. When nothing happened, Boniface pointed out a young fir tree amid the roots of the oak and explained how this tree was a more fitting object of reverence as it pointed towards the Christian heaven and its triangular shape was reminiscent of the Christian trinity.
  28. "Yeni il ağacının tarixi". 2007-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-30.
  29. Yeni il ağacının oğruları [ölü keçid]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]