Qazi Muhamməd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qazi Muhamməd
Хуьлуьхъ Гъази Мухьаммад
bayraq
Imam
1837 – 1838
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xuluq kəndi
Vəfat tarixi 1837
Milliyyəti Ləzgi
Təhsili Islam təhsili, müridizm
Dini sünni islam
Hərbi xidmət
Döyüşlər Quba üsyanı

Qazi Muhamməd (ləzg. Хуьлуьхъ Гъази Мухьаммад; 1785 Xuluq – 1837 Qusar) - imamQuba üsyanının hərbi, dini və siyasi rəhbəri və lideri, müridizmin yayıcısı. Qafqazın milli qəhrəmanı.

Qazi Muhamməd 1837-ci ildə Qusarın Xuluq kəndində anadan olmuşdur. Rus imperiyasının yerli əhaliyə edilən zülümlərə cavab olaraq cihad elan etməklə və bu hərəkatın rəhbəri olmaqla tanınır.

Rusiya imperiyası ilə müharibə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Quba üsyanı (1837)

Quba əyalətində Rus İmperyasının yerli ləzgi əhəliyə qarşı zülmünə qarşı İmam Qazi Muhamməd Xuluqvi və dostu Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üç dəfə baş vermiş güclü xalq üsyanlardı[1]. 1837-ci ilin mart-aprel aylarında Qazi Muhamməd Xuluqvi ləzgi ağsaqqallarla birlikdə Qafqaz canişinlikliyin mülki idarəsinin başçısı Cozef Reuttə müharibə başlatmadan, öz etirazlarını bildirib bir ərizəsi təqdim etdilər. İlk başlarda Reutt yerli əhalininin bu tələbləri haqlı oluğunu və onlarla razılaştığını deyir. Buda üsyana hazırlaşan yerli sakinləri müvəqqəti olaraq sakitləşdirir. Amma bu tələblərin sadece bir qısmı yerine yetirilir və bir aydan sonra Qazi Muhamməd on ağsaqqalla birlikdə Reutta gedir və ərizənin qalan bəndlərinin yerinə yetirilməsini tələb edir, əsasəndə vergilərin azaldılmasını [1]. Bu dəfə isə Reutt qonaqlara heç bir reaksiya vermədi [1].

Artıq avqust ayında Qazi Muhamməd Şeyx Muhamməd Kuravinın müridizm tələbəsi olan Avar imam Şamilnən yazışır və bir məktub alır. Məktubda Şamil ruslar mədəni və nəzakətli dildən anlamayacağını, bunu onlar zəyiflik kimi görəcəyini və rus hakimiyyətinin sənədlərinin dəyərsiz olduğunu deyir [1]. Qazi Muhamməd məktubu oxuduqdan sonra silahlı müqavimətin zəruriliyi ilə bağlı fikrinə daha əmin olur və qızının toyunu qeyd etmək bəhanəsi ilə həmfikirlərini müzakirəyə toplayır [1]. Avqustun 20-də ətraf kəndlərdən silahlı müridlər toplaşıb Cibir kəndinə cihad elan etmək üçün getdilər [1] . Burada üsyanın strategiyası və planı hazırlanıb, Qubaya getmək qərarı alınır [1]. Bu arada Abrek Əli öz təşəbbüsü ilə Hil tarlalarında dayanan kazak otçularını əsir götürür. Lakin bu addımı İmam Muhamməd dəstəkləmir və Əliyə məhbusları azad elətdirir [1].

Bundan sonra Qazi Muhamməd və Abrek Əli birlikdə Xudatdaki Rus postuna hücum edib, heç qan tökmədən bütün bütün Rus qarnizonunu əsir alabilirlər [1]. Və burda da Qazi Muhamməd ruslara müharibə elan edir və rəsmi olaraq imam seçilir. Bu üsyan demək olar ki, bütün Quba əyalətini əhatə edir. Müridlər yani İmamın əskərləri Cibirdəki 400 nəfərdən 12 000 nəfərə qədər artaraq Qudiyalçayın qarşı sahilində İmamın əmirini gözlüyürlər [1]. Hətta üsyana qatəlmaq üçün yerli ləzgilərlə yanaşı Dağıstanın cənubundanda ləzgilər gəlib orduya qoşulur [1]. Beləliklə İmam Qazi Muhamməd ərazi əsasında naibləri təyin edir və Rus İmperyasıyla müharibəni planlaşdırmaq üçün hərbi şura çağırır [1]. BU vaxt Quabnın müdafiəyəsinə şəhər komendantı rus mayoru İşçenko nəzarət edirdi [1] . Ləzgilərin Quba hücumü zamanında hətta qalanın divarları qismən dağılır[1]. Bu zaman Quba şəhərin əhalisidə üsyana dəstək verərək və Qazi Myhammədin qoşunları ilə əməkdaşlıq edir.[1]

Qubanın mühasirəsi

[redaktə | mənbəni redaktə et]

Mühasirə 1837-ci il sentyabrın 4-də başladı, İmam Qazi Muhamməd dağda yerləşən Nuğədi kəndində müşahidə üçün yerləşir[1]. Lakin bəzi səbəblərə görə Qubanı ələ keçirmək üçün dəfələrlə edilən cəhdlər uğursuz oldu və ləzgilər xeyli itki verərək Yəhudi qəsəbəsinə çəkildilər [1] .

Hətta fərqli inanca sahib Yahudilərində müsəlman Ləzgilərə bu dar anda köməyinə baxmayaraq, bəzi Qafqazdaki xalqlar Ləzgilərə qarşı xainlik edir. Beləliklə Rus imperiyaya sadiq qüvvələrin arasında: gürcü xətt batalyonlarının iki dəstəsi, general L. Ya. Savarsamidze və general Fezenin komandanlığı altında olan çar ordusunun 3200 əsgəri, habelə yerli Azərbaycan və Dağıstan hökmdarlarının bəzi qüvvələri, o cümlədən xainlik edən əslən lak olan Qaziqumuq xanın qoşunları və Şirvan milisləri ləzgi müsəlmanlara qarşı savaşdılar. [1]

Həbs və ölüm

[redaktə | mənbəni redaktə et]

Uğursuz müqavimətdən sonra İmam Qazi Muhamməd Kurə xanlığına köçüb öz ailəsini ruslardan xilas etməyə çalışır, lakin orda da ona xainlik edən əslən lak olan Qazqumuq xanı Məmməd-Mirzə tərəfindən rusların əmri ilə özü və ailəsi həbs edilir. Eləcədə üsyanın 40-a yaxın iştirakçısı həbs edilir, amma sadəcə Abrek Yar-Əli son anda qaçaraq özünü xilas bilir [1] . Qazi Muhamməd Quba üsyanının digər 36 lideri ilə birlikdə məhkəməyə çıxarılır və ifadə verirlər [1] . O, ölüm hökmünə məhkum edilir və hətta üsyanda iştirak etməyən oğlu Novruzun Kaluqaya sürgün etməli idilər, amma bu Novruzun 1838-ci il oktyabrın 17-də müammalı şəkildə “qızdırmadan” vəfat etməsi səbəbiylə baş vermir [1] .

  • Əlisöhbət Sumbatzadə "Quba üsyanı 1837". Bakı, 1961
  • Sevinc Əliyeva "Azərbaycan və Şimali Qafqaz xalqlarının münasibətləri (XIX əsr-XX əsrin əvvəlləri)" Bakı, 2015

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]