Yefimiya Krivoşeyeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yefimiya Krivoşeyeva
Doğum tarixi 1 (13) iyun 1867[1]
Vəfat tarixi 24 iyun 1936(1936-06-24) (69 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, xalq hekayəçisi
Əsərlərinin dili erzyanrus dilləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yefimiya Petrovna Krivoşeyeva (rus. Ефи́мия Петро́вна Кривоше́ева; 1 (13) iyun 1867[1]24 iyun 1936, Saransk, Orta Volqa diyarı) — erzya yazıçısı, xalq hekayəçisi, Mordoviya hekayəçi sənətinin banilərindən biri.

O, 1 iyun 1867-ci ildə Tarasovka kəndində (müasir Penza vilayətinin Kamekşir rayonu[2]) Pyor Fyodoroviç Adamovun çoxuşaqlı ailəsində anadan olmuşdur. Milliyətcə erzyan idi.

Onun heç bir təhsili yox idi. O, muzdlu kimi işləyərək hər cür ağır işi görürdü. Çoxuşaqlı Krivoşeyev ailəsi yoxsulluq içində yaşayırdı. Ağır vəziyyətdən qaçmaq üçün Yefimiya Petrovna mahnı bəstələyib dost və qohumlarının əhatəsində oxuyurdu. Qızlığında yaxşı mahnı müəllifi kimi tanınırdı, yetkin yaşlarında ağıdeyən (ağıçı), məharətli ifaçı və istər mərasim, istər də qeyri-mərasim folklor ustası kimi tanınırdı.[3]

Yefimiya Krivoşeyevanın ifaları onu oğlu İlya Petroviç Krivoşeyevin sayəsində daha da məşhurluq qazandı. Belə ki, o, 1922-ci ildən anasının ifa etdiyi əsərləri qeydə alırdı.[4] Krivoşeyeva adı ı 1936-cı ildə "Layşem Kirovdo" (erz. "Kirov fəryadı") əsərinin "Pravda" qəzetində dərc edildikdən sonra geniş populyarlıq qazandı.[5] Onun "Odov çaças, mires — mastoros" və "Es eryamodon" adlı mülki rəvayətləri də geniş kütləyə çatmışdır. O, 7 övlad itkisi yaşamışdır.

24 iyun 1936-cı ildə Saransk şəhərində vəfat etdi.

Ümumilikdə, Yefimiya Krivoşeyevanın əllidən çox rəvayəti olduğu ehtimal olunur. "Layşemat dı morot" (erz. "Fəryad və mahnılar") adlı əsərlərinin ilk toplusu 1937-ci ildə nəşr olundu. Bundan əlavə, onun əsərləri "Avan vaygel" (erz. "Ana səsi", 1950), "Tın kunsolodo, tirin tyakam mon" (erz. "Sİz məni dinləyin, övladlarım mənim", 1968). Onun yaradıcılığı bütövlüklə "Seçilmiş əsərlər" (1968) toplusunda yer alır.[4]

2014-cü ildə Yefimiya Krivoşeyevanın həyatının son illərinin keçirdiyi Saransk şəhərinin Mokşanska küçəsinin ev № 16-da onun şərəfinə xatirə lövhəsi açıldı.

Onun həyat yoldaşı Pyotr Vasilyeviç Krivoşeyev kəndli və dəmirçi idi.

  • İlya Petroviç Krivoşeyev — yazıçı və Mordoviyanın əməkdar müəllimi.
  • Nikifor Petroviç Krivoşeyev
  • İvan Petroviç Krivoşeyev
  • Aleksandra Petrovna Oderova (Krivoşeyeva)
  • Konstantin Antonoviç Oderov
  • Mixail Antonoviç Oderov — Böyük Vətən müharibəsi iştirakçısı, RSFSR-nin əməkdar kənd təsərrüfatı mexanizatoru
  • Anatoli Andreyeviç Oderov
  • Yuri Andreyeviç Oderov
  1. 1 2 https://www.info-rm.com/2017/06/23/v_saranske_otkroetsya_vystavka_posvyacshennaya_150letiyu_mordovskoj_skazitelnicy/.
  2. О. М. Савин, 2001
  3. "Газета «Эрзянь мастор» : Архив номеров". www.erzia.saransk.ru. 2017-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  4. 1 2 Всё о Мордовии: Энциклопедический справочник. Саранск: Мордов. кн. изд-во. сост. Н. С. Крутов, Е. М. Голубчик, С. С. Маркова. 2005. 762. ISBN 5-7595-1662-0.
  5. "Библиотека мордовской литературы: Кривошеева Ефимия Петровна". 2021-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-18.