(Translated by https://www.hiragana.jp/)
İlham Əliyev. Azərbaycan Prezidenti İlham Əliyev - Oxu.az
İlham Əliyev
Azərbaycanda hərbçilərə verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
07 sen, 2024 / 15:36 1252

Azərbaycanda hərbçilərə verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək Azərbaycanda hərbçilərə verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

Siyasət
Turab Rzayev: "İtaliya ilə əlaqələr böyük geosiyasi önəm və təsirə malikdir" Açıqlama
07 sen, 2024 / 13:11 256

Turab Rzayev: "İtaliya ilə əlaqələr böyük geosiyasi önəm və təsirə malikdir" Turab Rzayev: "İtaliya ilə əlaqələr böyük geosiyasi önəm və təsirə malikdir"

Siyasət
Azərbaycan Prezidenti İlham Əliyev braziliyalı həmkarını təbrik edib
07 sen, 2024 / 12:13 206

Azərbaycan Prezidenti İlham Əliyev braziliyalı həmkarını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev braziliyalı həmkarını təbrik edib

Siyasət
İtaliya Fransanın Cənubi Qafqaz regionundakı gündəliyini dəstəkləmir - "Kaspi"nin TƏHLİLİ Təhlil
07 sen, 2024 / 11:33 430

İtaliya Fransanın Cənubi Qafqaz regionundakı gündəliyini dəstəkləmir - "Kaspi"nin TƏHLİLİ İtaliya Fransanın Cənubi Qafqaz regionundakı gündəliyini dəstəkləmir - "Kaspi"nin TƏHLİLİ

Siyasət
Müdafiə naziri və Quru Qoşunları komandanı şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə Foto
07 sen, 2024 / 10:36 1963

Müdafiə naziri və Quru Qoşunları komandanı şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə Müdafiə naziri və Quru Qoşunları komandanı şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə

Ordu
İlham Əliyev İtaliyada keçirilən Çernobbio Forumunda çıxış edib Yenilənib    
06 sen, 2024 / 17:43 1297

İlham Əliyev İtaliyada keçirilən Çernobbio Forumunda çıxış edib İlham Əliyev İtaliyada keçirilən Çernobbio Forumunda çıxış edib

Siyasət
Prezident AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağanın ləğvi şərtini açıqladı Video
06 sen, 2024 / 16:35 1773

Prezident AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağanın ləğvi şərtini açıqladı Prezident AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağanın ləğvi şərtini açıqladı

Siyasət
"Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır" Video
06 sen, 2024 / 15:55 781

"Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır" "Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır"

Siyasət
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı Foto   Video
06 sen, 2024 / 15:11 512

İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı

Siyasət
İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb Yenilənib    
06 sen, 2024 / 15:10 580

İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb

Siyasət
İlham Əliyev İtaliyanın "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru ilə görüşüb Yenilənib    
06 sen, 2024 / 14:59 359

İlham Əliyev İtaliyanın "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru ilə görüşüb İlham Əliyev İtaliyanın "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru ilə görüşüb

Siyasət
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda iştirakı ilə bağlı video paylaşdı Video
06 sen, 2024 / 14:08 261

İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda iştirakı ilə bağlı video paylaşdı İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda iştirakı ilə bağlı video paylaşdı

Siyasət

"İlham Əliyev" teqi üzrə xəbərlər

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2018-ci ilin aprelin 11-də Azərbaycanda növbəti prezident seçkisi keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev 86.03 faiz səslə yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. Aprelin 18-də and içən prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başlayıb.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edib, ölkədə yoxsulluq və işsizlik kəskin şəkildə aşağı düşüb, yüzlərlə yeni iş yerləri açılıb. Bu illər ərzində bir sıra böyük layihələrə imza atan Azərbaycan regionun lider dövlətinə çevrilib.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

Ən çox axtarılanlar