(Translated by https://www.hiragana.jp/)
AZYB
The Wayback Machine - https://web.archive.org/web/20131008060206/http://www.azyb.net/cgi-bin/ayb/main.cgi?id=51
head head head
head
Ana səhifə HaqqımızdaQuruluşuDövlət MükafatlarıRepressiya qurbanlarıQurultayların materiallarıNəşrlərFotoalbom
head
head
XəbərlərƏlaqə
head
tr
tr
BƏKİR ÇOBANZADƏ
(1893-1937)
 

Çobanzadə Bəkir Vahab oğlu – ədəbiyyatşünas, şair, dilşünas, 1934-cü ildən ildən AYB-nın üzvü, f.e.d. (1920), professor (1922).

1893-cü il mayın 15-də Krım vilayəti Simferopol qəzasının Qarasubasar şəhərində anadan olmuşdur. Türkiyə Qalatasaray Liseyi - «Sultaniyyə»də təhsil almışdır (1908-1918). İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini öyrənmişdir. Sonra Budapeşt Universitetinin tarix-filologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyasını müdafiə etmişdir. Budapeştdə türk dilində çıxan «Şərq» qəzetinin redaktoru, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri (1920-1922), Krım Universitetinin rektoru, Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri, ADU-da Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan (1924-1929), Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri (1929) vəzifələrində işləmişdir.

«Türk dili və ədəbiyyatının tədrisi üsulu» (1926), «Türk dili» (1929), «Türk dili və ədəbiyyatının tədrisi üsulu (I, II hissələr) (1926, 1927), «Azəri ədəbiyyatının yeni dövrü, nasionalizmdən internasionalizmə» (1930) və s. kitabların müəllifi olmuşdur.

1937-ci il oktyabrın 3-də cəza tədbirləri dövrünün qurbanı olmuşdur.


tr
tr
head
head
tr
body
tr
tr
30.09.2013 “STRUI ARAQVI I KURI” ANTOLOGIYASININ TƏQDIMAT MƏRASIMI
tr
27.09.2013 USTAD DƏRSI
tr
27.09.2013 ZƏKA VILAYƏTOĞLUNUN “MILENA” KITABININ IMZA GÜNÜ
tr
tr
tr
tr
tr
Linklər
tr
tr
tr
tr
tr
tr
tr
tr
tr
tr
head
head
head     Müəlliflik hüququ © 2008 Azərbaycan Yazıçılar Birliyi.      Bütün hüquqlar qorunur.      Azerin MMC tərəfindən dizayn və istehsal edilib. head