İbrahim Bayramov
İbrahim Məhəmməd oğlu Bayramov (25 yanvar 1954, Toxluca, Krasnoselsk rayonu) — filologiya elmləri doktoru, professor, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri[1]
İbrahim Bayramov | |
---|---|
İbrahim Məhəmməd oğlu Bayramov | |
Doğum tarixi | 25 yanvar 1954 (70 yaş) |
Doğum yeri | |
Elm sahələri | filologiya, dilçilik, toponimika |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəİbrahim Məhəmməd oğlu Bayramov 25 yanvar 1954-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalının Toxluca kəndində anadan olmuşdur. 1970–1971-ci tədris ilində Toxluca kənd orta məktəbində təhsil almışdır.
1971-ci ildə X. Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinin Azərbaycan bölməsinə qəbul olunmuş, 1975-ci ildə EDPİ-nin Filologiya fakültəsinin Azərbaycan bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1975–1988-ci illərdə Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1977–1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin 10.02.01 (5706.01) Azərbaycan dili ixtisası üzrə qiyabi aspiranturasında təhsil almışdır.
12 dekabr 1986-cı ildə "Müasir Azərbaycan ədəbi dilinin xalq danışıq dili hesabına zənginləşməsi yolları (leksika və frazeologiya)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi, 2007-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində filologiya elmləri doktoru və elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.141. Dissertasiya Şurasında 10.02.01 (5601.01) "Ermənistanın türk mənşəli toponimlərinin tarixi-linqvistik təhlili" movzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
1987–1988-ci illərdə Göyçə mahalının Toxluca kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir. 1987-ci ildə Göyçə mahalının Toxluca kənd sovetinin deputatı seçilmişdir. 1988-ci ilin dekabr ayının 1-də Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə Qərbi Azərbaycanda yaşamış digər azərbaycanlılar kimi ata-baba yurdundan qovulmuşdur.[2]
1989–1993-cü illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) Azərbaycan və rus dili kafedrasının baş laborantı, 1993–1995-ci illərdə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dilinin onomalogiyası elmi-tədqiqat laboratoriyasına kiçik elmi işçi vəzifəsində işləmişdir. 1995–1997-ci illərdə AMEA-nın Milli Münasibətlər İnstitutunun "Qaçqınçılıq tarixi" şöbəsinin böyük elmi işçi vəzifəsndə, 1997–2003 — AMEA-nın Milli Münasibətlər İnstitutunun "Qaçqınçılıq tarixi" şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1995–1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında müəllim, 1997–2009-cu illərdə dosent vəzifəsində işləmişdir. 1997–2016-cı illərdə, 2019–2022-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının üzvü olmuşdur.
İbrahim Bayramov 2003–2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, 2005–2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris metodika şöbəsinin müdiri, eyni zamanda 2005–2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının Elmi katibi vəzifəsində işləmişdir.
2009-cu ilin 04 iyunundan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının professorudur.[3]01 oktyabr 2021-ci il tarixdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri vəzifəsində işləyir[4].
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 17 dekabr tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir (Vəsiqə № I-1343).[5]
İbrahim Bayramov 18 kitabın elmi redaktoru olub. 1 kitabın məsləhətçisi, 1 kitabın kitabın tərtibçisidir. Elmi rəhbərliyi ilə 3 nəfər filologiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. Filologiya 3 nəfərin doktorluq, 9 nəfərin namizədlik dissertasiyasının rəsmi opponenti olub.
Əsərləri Bakı, Naxçıvan, Gəncə, Ankara, İğdır, Kabul şəhərlərində nəşr olunmuşdur.
2003–20016-cı illərdə, 2019–2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının, 2009–2016-cı illər ərzində ADPU-da fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuşdur.
3 avqust 2022-ci ildə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü seçilmişdir.[6][7]
Yeni Azərbaycan Partiyasının üzvüdür və 2012-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibətilə Yeni Azərbaycan Partiyasının yaradılmasında və inkişafındakı müstəsna fəaliyyətinə görə Səbail rayon təşkilatı tərəfindən Fəxri Fərmana layiq görülmüşdür. 2013-cü ildə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasında və inkişafındakı fəaliyyətinə görə Veteran vəsiqəsi təqdim etmişdir.[2]
Əsərləri
redaktə- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı: Gənclik, 1995, 464 səh. (kollektiv)
- Историческая география Западного Азербайджана, составитель: Сабир Асадов, Баку: Азербайджан, 1998, 560 стр. (коллектив)
- Müasir Azərbaycan ədəbi dilinin zənginləşməsi yolları (dərs vəsaiti), Bakı: ADPU, 1999, 127 səh.
- Qərbi Azərbaycan toponimlərinin tərkibində iştirak edən söz və coğrafi terminlər lüğəti, Bakı: Elm, 2000, 106 səh.
- Qərbi Azərbaycanın türk mənşəli toponimləri, Bakı: Elm, 2002, 696 səh.
- Qərbi Azərbaycanın toponimlər sistemi, Bakı: Elm, 2005, 432 səh.
- Historical Geography of Western Azerbaijan, Complier: Sabir Asadov Baku: "Nicat-K" Publishing House, 2006, 624 pag. (kollektiv).
- Qərbi Azərbaycan şivələrinin leksikası, Bakı: Elm və təhsil, 2011, 440 səh.
- Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti, Bakı: Çıraq, 2012, 288 səh.
- Azərbaycan dialektologiyasının əsasları (Giriş), dərs vəsaiti, Bakı: ADPU, 2015, 93 səh. 11."Kitabi- Dədə Qorqud"un izi ilə, Bakı: ADPU, 2016, 112 səh.
- Azərbaycan dili şivələrinin fonetikası, Bakı: Elm və təhsil, 2016, 252 səh.
- Azərbaycan dili şivələrinin morfologiyası, Ankara: Sonçağ, 2019, 294 səh.
- Azərbaycan dialektologiyası (frazeologiya, leksikoqrafiya, söz yaradıcılığı), Bakı: ADPU, 2019, 73 səh.
- Türk dillərinin müqayisəsi (şivə və ədəbi dil materialları əsasında), Bakı: ADPU, 2020, 151 səh. (A. Bədəlova ilə birlikdə).
- Azərbaycan dili şivələrinin leksikologiyası, Bakı: Elm və təhsil, 2020, 148 səh.
- Azərbaycan dili şivələrinin sintaksisi, Bakı: Elm və təhsil, 2020, 88 səh.
- Həqiqətin onomastikası. İndiki Ermənistan Respublikası ərazisindəki tarixi-coğrafi adların saxtalaşdırılması və dəyişdirilməsi, Birinci nəşr, Bakı: Şərq-Qərb, 2021, 464 səh. (Nazim Mustafa ilə birlikdə)[8]
- Azərbaycan dialektologiyası, Ankara: İKSAD, 2022, 451 səh.
- The Onomastics of the Truth. Renaming and falsification of historical and geographical names in the territory of the present Republic of Armenia, Baku: "MaxOfset", 2022, 456 pag. (Həmmüəllif: Nazim Mustafa)
- Ономастика истины, Баку: "Maxofset", 2023, 464 стр. (с соавтором Назим Мустафа)
Məqalələri
redaktə200-dən çox elmi, elmi-metodik və publisistik məqaləsi çap olunmuşdur.
Təltifləri
redaktə- "Əməkdar müəllim" — 2021[5]
Mənbə
redaktə- S. Sadıqova. Azərbaycan dilçiliyi simalarda. Bakı: Apostrof, 2021 səh.847–852
İstinadlar
redaktə- ↑ ADPU-da aspirant, doktorant və dissertantların müşavirəsi keçirilib. "Azərbaycan müəllimi" qəzeti Arxivləşdirilib 2013-09-06 at the Wayback Machine (az.)
- ↑ 1 2 S. Sadıqova. Azərbaycan dilçiliyi simalarda. Bakı: Apostrof, 2021 səh.847–852
- ↑ "Arxivlənmiş surət". 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-13.
- ↑ "Arxivlənmiş surət". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-13.
- ↑ 1 2 https://e-qanun.az/framework/48657[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-13.
- ↑ "Arxivlənmiş surət". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-13.
- ↑ https://www.ebooks.az/book_stvmwoh.html