(Translated by https://www.hiragana.jp/)
Əhkam — Vikipediya

ƏhkamMəsuliyyət yaşı olaraq təyin olunan həddi-büluğa çatmış hər bir ağıllı müsəlmanın edə biləcəyi hərəkətlərlə bağlı dini etiket və ya təsnifatı ifadə edən termindir. Etiketlər 8-ə bölünür. Bu 8 sinifdən ilk 5-in edilməsi; son 3 hərəkət edilməməsi lazım olan hərəkətlərdir.

Bu mövzuda işlədilən digər ifadələr arasında “əmr” ciddi şəkildə icra edilməsi əmr edilənlər üçün, “qadağan” isə qəti şəkildə edilməməsi tələb olunan hərəkətlər üçün işlədilir.

Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür. Fərz (mütləq zərurəti ifadə edən əməl və ibadət), Vacib (zəruri, daha aşağı dərəcədə mükəlləfiyyət), sünnə, müstəhəb (bəyənilən əməllər), halal, məkruh (çirkin hesab edilən; çox çirkin, təhrimi məkruh, az çirkin, tənzihi məkruh) haram (qəti qadağandır).

Bu hərəkətlərin klassik şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməlləri tərk etmək, məkruh və haram sayılan işləri yerinə yetirməyə görə cəzalar verilir (had və ya tazir cəzaları). Bu gün insanların bu təsnifat əsasında etiketlənməsi və cəzalandırılması fundamental insan hüquqlarının ciddi şəkildə pozulmasını kimi nəzərdə tutur[1][2][3].

  • Fərz - Allahın Quranda açıq və aydın şəkildə ifadə etdiyi sözlərdir. Bunu etməyin savabı var, etməməyin də günahı var.
  • Vacib - Allahın Quranda açıq şəkildə bildirmədiyi, lakin İslamda bəyənilən davranışdır. Bunu etməyin savabı var, etməməyin də günahı var.
  • Sünnə - Məhəmməd (s.a.v) peyğəmbərin hədislərdə açıq şəkildə bildirdiyi davranışdır. Bunu etməyin savabı var, etməməyin isə günahı yoxdur.
  • Müstəhəb - islamda edilməsi caiz sayılan bir şeydir. Bunlar etmək yaxşı, amma tərk etmək günah olmayan işlərdir.
  • Mübah - Caiz olan şeylər İslamda edilməsinə icazə verilən və ya edilməyən şeylərdir. Bunu etməkdə savab yoxdur, tərk etməkdə isə günah yoxdur.
  • Haram - Allahın edilməsini əmr etmədiyi və çox pis olan şeylər nəzərdə tutulur. Bunu etməkdə günah var, bir kənara qoymaqda isə savab var. Haram işlərdən çəkinmək, vacib olanlardan daha böyük savabdır.
  • Məkruh - elə bir şeydir ki, islamda yol verilmir və onu etməkdə günah var, amma atlamağın savabı var.
  • Müfsid - əqidə və ya ibadəti pozan şeylərə aiddir. Bunu bilərəkdən etməkdə günah var, bilmədən etməkdə isə günah yoxdur. Onu tərk etməyin (etməməyin) savabı vardır.

İstinadlar

redaktə
  1. Maria Sole Russo. "Clash between Sharia law and human rights in light of PACE Resolution 2253" (ingilis). Ius in itinere. 15 ktyabr 2019. 28 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fev 2024.
  2. Wolfgang Benedek. İnsan Haklarını Anlamak: İnsan Hakları Eğitimi El Kitabı (PDF). Türkiye Adalet Akademisi Yayınları. 2020-09-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-15.
  3. Altuğ Ergin Berin. "İnsan Hakları ve Demokrasi" (PDF). Gedik Üniversitesi. 29 sentyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 fev 2024.