Alyaska
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Alyaska — Şimali Amerikanın ucqar şimal-qərbində yerləşən Amerika Birləşmiş Ştatlarına məxsus ştat. Berinq boğazı vasitəsilə Asiya qitəsindən ayrılır. Mərkəzi Cuno şəhəridir. Şərq və şimal-şərqdən Kanadanın Britaniya Kolumbiyası əyaləti və Yukon ərazisi ilə həmsərhəddir. Ucqar qərb nöqtəsi Attu adasında yerləşir və qərb istiqamətində Berinq boğazı boyunca Rusiya (Çukotka muxtar dairəsi) ilə dəniz sərhədinə sahibdir. Şimaldan Şimal Buzlu okeanın cənub hissəsini təşkil edən Çukot və Bofort dənizləri ilə əhatə olunmuşdur. Cənub və cənub-qərb istiqamətləri boyunca Sakit okeanla əhatə olunmuşdur. Ərazisinin böyüklüyünə görə ABŞ ştatları arasında ilk pillədədir. Əraziyə görə dünyada 7-ci ən böyük ərazi vahididir. Əhalisinin sayına və hər kvadrat kilometrə düşən əhali sıxlığına görə ABŞ-nin 50 ştatı arasında son üç yerdən birində qərarlaşıb. Bununla belə, Şimali Amerikanın 60-cı şimal enliyində yerləşən əraziləri içərisində ən çox əhaliyə sahib bölgə hesab olunur. 2015-ci ildə ABŞ Siyahıyaalma Bürosu tərəfindən təşkil olunmuş hesablamalara əsasən Alyaska əhalisi 738,432 nəfərdən ibarətdir ki, bu da Şimali Kanada və Qrenlandiyanın ümumi əhalisindən dörd dəfə çoxdur. Alyaska əhalisinin təqribən yarısı Ankoric metropolisi ərazisində məskunlaşmışdır. Bölgə iqtisadiyyatının əsas hissəsini balıqçılıq, neft və təbii qaz sənayeləri təşkil edir. Hərbi bazalar və turizm də iqtisadiyyatda mühüm yer tutur.
Alyaska | |||||
---|---|---|---|---|---|
State of Alaska | |||||
|
|||||
|
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Cuno | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 3 yanvar 1959 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 580 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
ISO kodu | US-AK | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ Alyaskanı 30 mart 1867-ci il tarixində 7.2 milyon ABŞ dolları qarşılığında Rusiya imperiyasından satın almışdır. Bu bölgə ABŞ-nin tabeliyinə keçdikdən sonra bir neçə dəfə inzibati dəyişikliyə uğramış və 11 may 1912-ci ildə ABŞ daxilində ərazi statusu almışdır. Son olaraq, 3 yanvar 1959-cu ildə isə ABŞ-nin 49-cu ştatı kimi qəbul olunmuşdur.[3]
Coğrafiyası
redaktəAlyaska ABŞ-nın ucqar şimal və ucqar qərbində yerləşən ştat olmaqla birlikdə, həmçinin 180-ci meridian buraya məxsus olan Aleut adalarını kəsdiyi üçün Alyaska ərazisi həm də ABŞ-nın ucqar şərq nöqtəsi hesab olunur. Alyaska Şimali Amerika materikində yerləşən və ABŞ-nın materik hissəsi ilə birbaşa əlaqəsi olmayan yeganə ştatdır. Alyaska ilə ona ən yaxın məsafədə yerləşən Vaşinqton ştatı arasında 800 km məsafədə Kanadaya məxsus Britaniya Kolumbiyası əyaləti uzanır. Ştatın paytaxtı olan Cuno şəhəri heç bir avtomobil yolu vasitəsilə Şimali Amerika avtomagistral sistemi ilə əlaqəyə sahib deyil.
Alyaska ştatı şərqdən Kanadaya məxsus olan Yukon və Britaniya Kolumbiyası ilə, cənub və cənub-qərbdən Alyaska körfəzi və Sakit okeanla, qərbdən Berinq dənizi, Berinq boğazı və Çukot dənizi, şimaldan isə Şimal Buzlu okeanı ilə əhatə olunmuşdur. Alyaskaya məxsus Kruzenştern adası Rusiyanın Ratmanov adası ilə yalnızca 4.8 km məsafəyə sahibdir. Alyaska digər bütün ABŞ ştatlarının cəminin sahib olduğu dəniz sahilindən daha uzun dəniz sahilinə sahibdir.[4]
Alyaskanın ümumi sahəsi 1,717,856 kvadrat kilometr təşkil edir ki, bu da onun ABŞ ştatları arasında sahəsinin böyüklüyünə görə ən böyük ştat olmağı deməkdir. Alyaskanın sahəsi ikinci böyük ştat olan Texasın iki qatından da böyükdür. Ərazi sularını da hesaba qatsaq, Alyaskanın sahəsinin növbəti üç böyük ştat olan Texas, Kaliforniya və Montana ştatlarının ümumi sahəsindən daha böyük əraziyə sahib olduğunu görə bilərik.
Təbii xüsusiyyətləri
redaktəÇoxsaylı adalarla birlikdə Alyaskanın sahil xəttinin uzunluğu təqribən 55 min kilometrə bərabərdir. Aleut adaları Alyaska yarımadasının ucqar cənub nöqtəsindən qərb istiqamətində zəncirvari şəkildə uzanan adalar qrupundan ibarətdir. Aleut adaları və sahil bölgələrində çox sayda aktiv vulkan aşkarlanmışdır. Məsələn, Unimak adasında yerləşən Şişaldin vulkanı dünyanın ən mükəmməl vulkanik zirvəsi hesab olunur. Belə ki, bu vulkanik dağ Yaponiyada yerləşən Fuci dağına nisbətən daha simmetrik quruluşa sahibdir.
Dünyanın ən böyük qabarma-çəkilmə hadisələrindən biri də Alyaska körfəzinin şimal-qərbində və Ankoric şəhərinin cənubunda yerləşən Turnageyn qolu adlanan ərazidə müşahidə olunur. Burada müşahidə olunan qabarma-çəkilmə arasındakı fərq 10 metrdən də çox olur.[5]
Alyaskada üç milyondan çox göl vardır.[6] Buzlaqlar təxminən 75,000 kvadrat kilometr sahəni əhatə edir.[7] 5200 kvadrat kilometr sahəni əhatə edən Berinq buzlağı Şimali Amerika ərazisində yerləşən ən böyük buzlaq hesab olunur.[8]
Tarix
redaktəAlyaskada yaşayan yerlilərin 15–40 min il bundan əvvəl Berinq boğazıni keçərək Amerika qitəsinə yerləşən ilk mühacirlərin nəslindən olduqları ehtimal edilir. Eskimoslar və aleutlar isə, bir ehtimalla, Alyaskaya 3–8 min il əvvəl gələn, daha məskun Şimal Qütbü xalqlarının törəmələridir.
Alyaskadakı ilk avropalılar, Kadyak adasında olan Three Saints (Üç Əzizlər) Qoyuna 1784 ilində yerləşən Rus kürk tacirləri idi. Bölgə, 1799-cu ildən 1867-ci ilə qədər bir rus-Amerikan şirkəti tərəfindən idarə olundu. ABŞ xarici işlər naziri William H. Seward, bölgənin ABŞ-yə satılmasını təsdiqləyən sənədi 1867-ci ildə imzaladı. Rusiya imperatoru II Aleksandr Alyaskanı lazımsız hesab edərək, cəmi 7,2 milyon dollar müqabilində ABŞ-yə satmışdır. Əhəmiyyətli qızıl qaynaqlarının kəşfi 1880-ci illərdə və 1890-cı illərdə çox sayda Amerikalının Alyaskaya yerləşməsinə səbəb oldu və ABŞ Konqresi 1912-ci ildə Alyaska Torpaqlarını qurdu. II Dünya savaşı əsnasında Yaponların bölgədəki fəaliyyəti Alyaskada müdafiə etmə təsisləri qurulmasını zəruri etdi. Alaska 3 yanvar 1959-da 49. əyalət olaraq ABŞ-yə qatıldı. 1968-də Şimal Qütbü sahil düzənliyində neft və təbii qaz yataqları tapılmasıyla daha da inkişaf etdi.
Alyaska dörd coğrafi bölgəyə ayrıla bilər:
- Cənubda Böyük Okean dağ sistemi bölgəsi,
- Ortadakı düzənliklər və yaylalar bölgəsi,
- Şimalda Brooks dağları bölgəsi (Qayalıq dağların şimal davamı),
- Şimal ucda sahil düzənliyi
İqlimi
redaktəAlyaska qeyri-adi gözəlliklərə malikdir: qarlı dağlar, buzlaqlar, meşə cığırları (cənubda), vulkanlar, ucsuz-bucaqsız tundra (şimalda) hər bir turisti heyrətləndirir və vəhşi təbiətin çağırışını hiss etdirir. Alyaska təbiət ziddiyyətlərinin məskənidir, belə ki, burada gah şiddətli külək əsir, gah günəş çıxır, gah yağış yağır, gah qar, gah istidir, gah soyuq. Müasir Alyaska özündə köhnə və yeniliyi harmoniyalı şəkildə birləşdirir. Burada hələ də trapperlər — it qoşqusunda səyahət edərək Qaradamı ovçuları, həm də müasir kommunikasiya vasitələri sənayesi ilə bağlı çağdaş şəhərlər var. Alyaskaya səyahət zamanı ştatın ən böyük şəhəri olan Ankaricə mütləq baş çəkməlisiniz. 1915-ci ildə Kuka körfəzində salınan müasir şəhər hər tərəfdən qoruq və təbii parklarla əhatə olunub. Burada siz nəinki təbiət gözəlliklərinə tamaşa edəcək, həmçinin ov və balıqçılıq edə bilərsiniz.
Alyaskanın iqlimi çox sərtdir, çünki ərazisinin 30%-i qütb dairəsinin arxasında yerləşir. Şimal və mərkəz rayonlarında hava – 45–50 dərəcəyədək enir. Yayda isə yağıntıların az olduğu zamanlar hava +16–20 dərəcə olur. Cənub rayonlarında isə orta temperatur yayda +18 dərəcə (bəzən +30 dərəcə də olur), qışda isə −6, + 4 dərəcə olur. Alyaskanı səyahət etməyin ən yaxşı mövsümü yaydır. Amma bu vaxtlarda da soyuq Arktika küləkləri və yağışlar az olmur. Ştatda məskunlaşma az olmasına baxmayaraq, buraya 1970-ci ildə neft sənayesi və nəqliyyatda boş iş yerlərini doldurmaq üçün çoxlu yeni sakin gəldi. Əhalinin 75 %-i ABŞ əhli olan ağdərililərdir. Ştatda təqribən 88 min yerli sakin – hindular, eskimoslar, aleutlar, həmçinin rus nəslindən olan dindar əhali yaşayır. Son 20 ildə əhali ənənəvi olaraq respublikaçıların lehinə səs verir.
Meşələri və heyvanları
redaktəAlaskanın aşağı yuxarı yarısı kiçik bitkilərdən (tikanlar, quru yosunları, çiçəkli bitkilər və çəmənlər) və yüksək kollardan ibarət olan tundra bitki örtüsüylə qablıdır. Tundra Qərb Alaska ilə Alaskanın qütb bölgəsi seqmentini tamamilə örtər. Əyalətin aşağı yuxarı üçdə biri meşələrlə qablıdır. Cənub, şərq və orta – cənub seqmentlərdə daha çox qatran ağacı və ladin qarışığı böyük meşələr, orta seqmentlərdə ladinler, qayın, akçakavak, və karaçamlardan ibarət olan geniş meşələr ağırlıq təşkil edər. Alaskada bir çox çöl heyvanı yaşar. Bunlar arasında, müxtəlif ayı növləri xüsusiyyətlədə kahverengi Alaska ayısı ya da kodiak ayısı, şimal maralı, ayıbalığı, müşk malı, dağkeçisi vs. sayıla bilər. Çox sayda çay alabalığı, sombalığı vs. balıqlar baxımından zəngin olduğu kimi, sahillərdə qalxan, bənövşəyisinə, siyənək, krevet, midye və king crab-xərcəngləri taplmışdır.
Görməli yerləri
redaktəAlyaskaya dəmiryolu, hava, çay və dəniz yoluyla getmək mümkündür. Turist turları çərçivəsində siz Şimali Amerikanın ən böyük dağının yerləşdiyi Denali Milli parkına, buzluq dərə və fyordları (qayalı sahilləri olan körfəz) olan Buzluq buxtasına, Alyaskanın ən böyük milli parkı sayılan Eliasa, vəhşi heyvanlara tamaşa etmək üçün Kenay fiorduna, dəniz macəralarının mərkəzi olan Ankaricə, paxtaxt Cunoya baş çəkəcəksiniz. Alyaskanı görməyin ən yaxşı üsulu kruiz – gəmi səyahətidir. Həmçinin kruizlər özündə alpinizm, dağ velosipedi, trekkinq, raftinq, banc-campinq kimi tədbirlər üçün daxili marşrutları da birləşdirir. Alyaskada turizm sənayesinin inkişafı burada gözəl otellərin inşasına və yüksək səviyyədə qidalandırmaya səbəb oldu. Gəzmək üçün nəqliyyatı istəyinizə görə seçirsiniz. Amma ən yaxşı kruiz odur ki, siz Alyaskanın vəhşi təbiətinin bütün gözəlliklərini: qartalları, ayıları, balinaları görə bilərsiniz.
Alyaska ilə əlaqədər olan saytlar
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ (unspecified title). C. 11. S. 348.
- ↑ 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
- ↑ Video: 49th Star. Alaska Statehood, New Flag, Official, 1959/01/05 (1959). Universal Newsreel. 1959. İstifadə tarixi: 5 aprel 2019.
- ↑ Benson, Carl. "Alaska's Size in Perspective". Geophysical Institute, University of Alaska Fairbanks. sentyabr 2, 1998. noyabr 25, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: aprel 6, 2019.
- ↑ Porco, Peter. "Long said to be second to Fundy, city tides aren't even close". Anchorage Daily News. 23 iyun 2003: A1.
- ↑ "Alaska Hydrology Survey". Division of Mining, Land, and Water; Alaska Department of Natural Resources. 2014-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
- ↑ Group, Office of Communications – OC Web. "Glacier and Landscape Change in Response to Changing Climate". www2.usgs.gov. 2018-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2019.
- ↑ "Beringglacier.org". www.beringglacier.org. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2019.