Amasiya rayonu
Amasiya rayonu[2] — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Ermənistanın Ağbaba mahalı ərazisində rayon. Rayon mərkəzi Amasiya kəndi olmuşdur.
Rayon | |
Amasiya rayonu | |
---|---|
40°56′48″ şm. e. 43°46′53″ ş. u.HGYO |
|
İnzibati mərkəz | Amasiya[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 09.09.1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktə1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 608 kv.km-dir. Rayon mərkəzi Amasiya şəhər tipli qəsəbəsidir. Rayon mərkəzindən İrəvana olan məsafə 148 km-dir. Ağbaba və Şörəyel mahallarının tərkibi kimi indiki Amasiya rayonunun ərazisi də Şərqi Anadoluya aid olub. Sovet hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçünün-Çələb, Bəndivan və İyli Qarakilsə kəndlərinin əhalisi ermənilər olub.[3]
Bölgənin Ermənistana qatılması ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldağılan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi 1920-ci illərdə köçüb Türkiyəyə gediblər.
1988-ci ilə kimi azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri: Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəkənd (Təpəköy), Hozukənd, Qarabulaq, Ellərkənd, Bəndivan, Quzeykənd, Alakilsə, Çələb, Qara Məmməd, Güllücə, Balıqlı
Amasiya Rayon Partiya Komitəsinin birinci katibləri
redaktə- Səfər Alməmmədov — 1924–1930
- Cəfər Vəlibəyov — 1930–1936
- Ələsgər Vəliyev — 1936–1938
- Məsim Vəliyev — 1938–1939
- Yeğişe Ağacanyan — 1939–1944
- Nikol Harutunyan — 1944–1948
- Muşek Hayrapetyan — 1948–1950
- Marat Qukasyan — 1950–1952
- Aleksan Kirakosyan — 1953–1956
- Həbib Həsənov — 1956–1960
- Hüseyn Məmmədov — 1960–1963
- Azad Hovhannisyan — 1963
- Levin Yeranosyan — 1963–1964
- Harutun Hakopyan — 1964–1969
- Məhərrəm Bayramov — 1969–1974
- Cahangir Əliyev — 1974–1981
- Zərbəli Qurbanov — 1981–1985
- İldırım Bağırov — 1985–1988
- Qəşəm Həsənov — 1988–1989
Rayon XDS İcraiyyə Komitəsinin sədrləri
redaktə- Hüseyn Salmanov — 1924–1926, İrəvan
- Musa Hüseynov — 1926–1930, Balıqlı
- İbrahim Qəribov — 1930–1931, Güllübulaq
- Mirzə Bəşirov — 1931–1936, Zəngibasar
- Rza Şeyxzadə — 1936–1939, İrəvan
- Yaqub Qəribov — 1939–1948, Vedi
- Əli Məmmədov — 1950–1952, Mehri
- Abram Qurginyan — 1952–1961
- Harutyun Hakopyan — 1961–1963
- Levon Bdoyan — 1963–1965
- Cahangir Əliyev — 1965–1969, Düzkənd
- Murat Hakopyan — 1969–1986
- Murat Harutyunyan — 1986–1989
Əhalisi
redaktəŞəxsiyyətləri
redaktəAmasiya tarixində azərbaycanlıların xüsusi bir yeri vardır. Teymurləng Amasiyalı alimlərlə etdiyi elmi söhbətdə İlyas Amasinin elmi səviyyəsini təqdir edərək və Şirvanşah I İbrahimin (1382–1417) istəyinə əsaslanaraq, onu Şirvan qazısı kimi Şamaxıya göndərmişdir. Qazı İlyas burada həm müəllimlik edərək elm öyrətmiş, həm də Şirvanşahlar dövlətinin baş qazısı vəzifəsini yerinə yetirmişdir. O, burada Şeyx Sədrəddinə tabe olaraq Xəlvətiyyə təriqətinə bağlanmışdır. Teymurləngin ölümündən sonra Amasiyaya dönən İlyas Amasi, sonralar yenidən Şamaxıya qayıdaraq Şeyxin yanında seyr və sülukunu tamamlayıb, Amasiyaya geri qayıtmış və burada təkyə quraraq irşad fəaliyyətinə davam etmişdir.
Seyid Yəhya Şirvaninin digər ardıcılı Çələbi Xəlifə Amasiyada irşad fəaliyyəti göstərmiş, Sultan II Bəyazidə şahzadə ikən dərs demiş və təsəvvüfi bilikləri öyrətmişdir. Çələbi Xəlifənin müridlərindən olan II Bəyazid, sultan olduqda şeyxini İstanbula dəvət etmiş, ona paytaxtda xanəgahı təsis etmişdir.
XIX əsrdə Azərbaycandan Amasiyaya gələn alimlərdən yenə iki böyük şəxsiyyət var. Onlardan biri Şirvanlı İsmayıl Əfəndi, digəri Qarabağlı Həmzə Nigaridir. Onlarla birlikdə və daha sonra bir çox azərbaycanlı mürid də Amasiyaya gələrək məskunlaşmışdır. 1783-cü ildə Şamaxı xanlığının Kürdəmir kəndində doğulan Şeyx İsmayıl Siracəddin Şirvani təhsilini Şamaxı, Ərzincan, Tokat, Burdur və Bağdad mədrəsələrində tamamlamış, daha sonra vətənə qayıdaraq burada yeddi il elm tədrisi ilə məşğul olmuşdur. Elmin arxasında bir həqiqət dayandığını anlayan İsmayıl Şirvani yenidən yola çıxaraq bir kamil mürşid tapmaq arzusu ilə Bağdada gedir və burada Mövlana Xalid Bağdadiyə bağlanaraq onun müridi olmuşdu. 1817-ci ildə mürşidindən icazənamə alaraq yenidən məmləkəti Kürdəmirə gələn İsmayıl Şirvani, rus üsul-idarəsinin təzyiqi ilə Azərbaycandan çıxarılana qədər buradakı təkyəsində fəaliyyət göstərmişdi. 1826-cı ildə əvvəlcə Axıskaya köçür. Axıskanın ruslar tərəfindən işğalından sonra Anadoluya gedərək Osmanlı dövlətinin himayəsinə girdi. 1841-ci ildə Amasiyaya yerləşən İsmayıl Şirvani vəfatına qədər burada fəaliyyət göstərmişdir. İsmayıl Şirvaninin oğlu Şirvanizadə Mehmet Rüşdi Paşa Osmanlı dövlətinin baş naziri, digər oğlu isə Əhməd Hülusi Əfəndi İstanbul qazısı olmuşdur. İsmayıl Şirvani 1848-ci ildə vəba xəstəliyindən vəfat etmiş və Amasiya yaxınlığında Şamlar qəbiristanlığında dəfn olunmuşdur. 1869-cu ildə daxili işlər naziri olan Şirvanizadə Mehmet Rüşdi Paşa atasının qəbri üzərində türbə və məscid inşa etdirmişdi. Türbənin içərisində Mövlanə İsmayıl Şirvaninin, oğlu Əhməd Hülusi Əfəndinin və kürəkəni Hacı İsa Ruhi Əfəndi Şirvaninin qəbirləri vardır. Türbə kompleksinin divarında asılmış metal lövhədə İsmayıl Şirvaninin tərcümeyi-halı və ayrıca olaraq Mövlanə Xaliddən aldığı icazənamə verilmişdir.
İsmayıl Şirvaninin ədəbi təsəvvüfi şəxsiyyəti və Qarabağ bölgəsində fəaliyyətləri ilə diqqət cəlb edən xəlifəsi Mir Həmzə Nigaridir. O, Qarabağ xanlığının Cicimli kəndində 1805-ci ildə dünyaya gəlmişdir. Gəncliyində elm öyrənmək üçün buradan Sivasa köçərək İsmayıl əfəndinin yanına gəlmişdir. Elmi və təsəvvüfi təhsilini tamamlayaraq Qarabağa qayıtmışdır. Azərbaycanı işğala başlayan ruslara qarşı üsyan hazırlığı edərkən planlarının üstü açıldığına görə, qaçaraq İran üzərindən Ərzuruma getmişdir. Şeyxi İsmayıl Şirvanidən sonra Amasiya və ətrafındakı insanları irşada dəvət etmə vəzifəsini davam etdirmişdir. Vəfatından sonra Amasiyada dəfn olunmuşdur. Mir Həmzə Nigarinin müridlərindən Qazaxlı Şeyx Hacı Mahmud Azərbaycandan toplanan ianələrlə şeyxin qəbri üzərində türbə və məscid tikdirmişdir. 1876-cı ildə tikilməyə başlanmış, 1895-ci ildə başa çatdırılmış "Şirvanlı məscidi" Amasiyada XIX əsrdə barokko üslubunda tikilən tək məscid olması baxımından başqa xüsusiyyət daşıyır. Mir Həmzə əfəndinin türbəsi məscidlə bitişikdir.
Tanınmış şəxsiyyətləri
redaktə- Əli (Alyoşa) Bayramov — şair, publisist, nasir, folklorşünas.
- Mehdi Abbasov – Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
- Səxavət Məhərrəmov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
- Yavər Həsənov — Azərbaycanın bütövlüyü uğrunda, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
- Şahmar Əhmədov — Azərbaycanlı hüquqşünas, uzun illər Ermənistan SSR-in Azərbaycanlılar kompakt yaşayan Amasya rayonunda hakim işləmişdir.
- Akif Əliyev (şəhid)
- Pərviz Abdullayev — texnika elmləri doktoru, professor.
- Musa Abbasov - həkim anestezioloq – reanimatoloq, tibb üzrə fəlsəfə doktoru
Mənbə
redaktə- Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
- Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
- Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI – начале XIX в., Ленинград, 1949
- Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969
- Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
- Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
- Мамедов С.А., Азербайджан по источникам XV – первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
- Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
- Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954
- Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
- Kemal Beydilli, 1828–1829. Osmanlı – Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986
- Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
- Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
- Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
- Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
- "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
- Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
- Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
- Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907
- Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
- Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
- Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
- Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993
- Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
- Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
- Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
İstinadlar
redaktə- ↑ 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
- ↑ Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə, Amasiya [ölü keçid]