Arifmometr
Arifmometr (yun. αριθμός — "rəqəm", "hesab" və yun. μέτρον — ölçü) — alman alimi Qotfrid Leybnitsin yaratdığı stolüstü hesablama maşını.
Ümumi məlumat
redaktəToplama, çıxma, vurma, bölmə əməllərinin aparılması üçün işlədilən stolüstü mexaniki və ya elektromexaniki hesablama qurğusu. 15-ci əsrin sonlarında Leonardo da Vinçi 13 mərtəbəli cəmləmə qurğusunun eskizini vermişdir. İlk hesablama maşınları V.Şikkard (1623), B.Paskal (1642) və Q.Leybnits (1672) tərəfindən yaradılmışdır. Arifmometrin istehsalını ilk dəfə K.Tomas Paris şəhərində təşkil etmişdir (1821). 1905-ci ildə alman ixtiraçısı K.Qaman Arifmometri daha da təkmilləşdirmişdi: ədədlərin sayğaca verilməsi və hesablama mexanizminin işə salınması əl ilə və ya elektrik intiqalı ilə həyata keçirilirdi. 20-ci əsrin 70-ci illərində ucuz başa gələn və etibarlı işləyən elektron kalkulyatorların meydana gəlməsi ilə Arifmometr öz əhəmiyyətini itirmişdir.
Tarixi
redaktə1820-ci ildə fransız ixtiraçı və sahibkar Tomas de Kolmarın yaratdığı, dünyada ilk kalkulyator olan arifmometr satışa çıxarılmış və ondan 90 il ərzində istifadə edilmişdir. Arifmometr kütləvi satış üçün nəzərdə tutulmuş ilk mexaniki hesablama maşını idi və insanın kağız üzərində hesabladığından 10 dəfə sürətlə hesablayırdı.[1]
Arifmometrin modelləri
redaktə- Feliks hesablama maşını
- Arifmometr Facit CA 1-13
- Arifmometr Mercedes R38SM
İstinadlar
redaktə- ↑ Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, səh. 169. (az.)