Elmira Zamanova
Elmira Emin qızı Zamanova — Fəlsəfə elmləri doktoru. Tərcüməçi-jurnalist Emin Sadıxovun qızı.[mənbə göstərin]
Elmira Zamanova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı |
Atası | Emin Sadıxov |
Elm sahəsi | Fəlsəfə |
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru |
İş yeri | AMEA-nın Fəlsəfə İnstitutu |
Üzvlüyü |
Həyatı
redaktəElmira Zamanova 9 aprel 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir.[1]
Elmira Zamanova 1958-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) kiçik elmi işçi vəzifəsində çalışmışdır.1965-ci ildə namizədlik dissertasiyasını(estetika üzrə) müdafiə etmişdir. Alim 1967-1990 illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1990-cı ildən etibarən isə Fəlsəfə və Hüquq İnstitutunda aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.[2] Hal-hazırda baş elmi işçi vəzifəsində çalışır.
Elmira Zamanova 2016-cı il noyabrın 9-da Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti
redaktəElmira Zamanova ilk dəfə XIX-XX əsrlərdə Türkiyədə fəlsəfi-estetik fikrin inkişafı, əsas problem və təmaüllərini tədqiq etmişdir. Alim əsərlərində əsas diqqətini XX əsr türk estetik fikrinin inkişafını səciyyələndirən problemlərə yönəltmiş və bu mövzuda bir çox türk filosoflarının fikir və düşüncələrini təhlil etmişdir. O, ilk dəfə olaraq XX əsr türk estetik fikrində mövcud olan türk-islam sənətinin nəzəri-fəlsəfi konsepsiyasını araşdırmış, türk filosoflarının və sənət nəzəriyyəçilərinin bu mövzuda fikirlərini şərh etmiş, dəyərləndirmişdir.
Elmira Zamanova eyni zamanda Qərb yönlü türk filosoflarının estetik konsepsiyalarını tədqiq və təhlil etmişdir. O, görkəmli türk filosofu İsmail Tunalının ontoloji fəlsəfi-estetik konsepsiyasına xüsusi əsər həsr etmişdir. Alim həmçinin İsmail Tunalının "Fəlsəfə" kitabını Azərbaycan və rus dillərinə tərcümə edərək çap etdirmişdir.
Elmira Zamanovanın araşdırdığı digər problem Azərbaycanda estetik fikrin inkişafı tarixidir. Bu mövzuda alimin iki monoqrafiyası çapdan çıxmışdır: "XX əsr Azərbaycan romantizminin estetikası" (2007) və "XIX-XX əsrin əvvəllərində Azərbaycanda estetik fikir" (2011).
Pedaqoji fəaliyyəti
redaktə1960-62-ci illərdə M.F.Axundov adına APDİ-nin fəlsəfə kafedrasında müəllim, 1964-1967 illərdə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun fəlsəfə kafedrasında baş müəllim işləmişdir.
Əsas elmi əsərləri
redaktəMonoqrafiyalar
redaktə- Marksist estetikanın müasir Türkiyədə mütərəqqi estetik fikrin inkişafına təsiri. Bakı, 1987 (rus dilində)
- Çağdaş Türkiyədə estketik fikir: əsas problemlər və təmaüllər. Bakı, 1991. (rus dilində).
- İsmail Tunalı - Türkiyədə ontoloji estetikanın görkəmli nümayəndəsi. Bakı, 2003 (rus dilində)
- Türk estetikası: tarixi və müasir inkişafı. Bakı, 2005 (Azərbaycan və rus dillərində)
- XX əsr Azərbaycan romantizminin estetikası. Bakı, 2007 (rus dilində)
- XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda estetik fikir. Bakı, 2011 (rus dilində)
Əsas elmi məqalələr
redaktə- Türkiyədə islam sənəti fəlsəfəsinin tənqidi təhlili. VII Beynəlxalq estetika konfransının materialları. Buxarest, 1976 (ingilis dilində).
- XIX əsrin II yarısında Türkiyədə estetik fikir. "История естетической мысли" k-da. Moskva, 1987 (6-ти томах. том. 4)(rus dilində)
- Türkiyədə estetik fikrin inkişafı (XX əsr ). "Проблемы восточной философии". Bakı, 1998. №2(rus dilində).
- XIX əsrin ikinci yarısında Türkiyədə estetik fikrin formalaşması. "Türkiyə respublikası və Osmanlı dövləti" k-da. Bakı, 2000.
- İsmail Tunalının ontoloji fəlsəfi-estetik konsepsiyası. "Mədəniyyət dünyası". VII buraxılış. Bakı, 2003 (rus dilində)
- Türkiyədə islam sənəti fəlsəfəsi. "Проблемы восточной философии". № 1-2. Bakı, 2003 (rus dilində)
- Mövləvilik və onun türk-islam sənətində realist təmayüllərin inkişafına təsiri. Известия НАНА. № 1-4.Bakı, 2003
- Azərbaycanın romantik şairi Hüseyn Cavidin "Sevgi və gözəllik" konsepsiyası. "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı, № 4, Bakı, 2007. (rus dilində)
- Əhməd Ağaoğlunun yaradıcılığının bəzi fəlsəfi aspektləri. "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı, № 4, Bakı, 2009. (rus dilində)
Mənbə
redaktə- ↑ Elmira Emin qızı Zamanova[ölü keçid]
- ↑ Ağayar Şükürov. Müstəqil dövrün fəlsəfəsi və filosofları. Bakı, 2007. səh. 384