(Translated by https://www.hiragana.jp/)
Herat — Vikipediya

Herat (fars. هرات‎, q.türk Häri[1])Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər.

Herat
34°20′30″ şm. e. 62°12′11″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 143 km²
Mərkəzin hündürlüyü 920 ± 1 m
Əhalisi
Əhalisi
  • 556.205 nəf. (1 yanvar 2020)
Xəritəni göstər/gizlə
Herat xəritədə
Herat
Herat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Herat
Herat Cümə məscidi

Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi. 786-809-ci illər arasında şəhər Abbasilər tərəfindən idarə olunurdu. Herat, 1000-ci ildə Qəznəvilərin, 1040-cı ildə isə Səlcuqluların əlinə keçdi. Daha sonra Xarəzmşahlar sülaləsinin bir parçası oldu.

 
Herat qalası

1221-ci ildə Herat Çingiz xan tərəfindən yerlə bir edildi. 1381-ci ildə da Əmir Teymur tərəfindən təkrar məhv edildi. XV yüzillikdə şəhər bir müddət Qaraqoyunlular tərəfindən idarə olundu. 1507-ci ildə Özbəklərin əlinə keçən şəhər, 1510-cu ildə Şah İsmayıl Səfəvi tərəfindən Səfəvilər dövlətinə qatıldı.

Herat bəylərbəyliyi

redaktə
  Əsas məqalə: Herat bəylərbəyliyi

Dürranilər hakimiyyəti altında

redaktə
  Əsas məqalə: Dürranilər İmperiyası

1750-ci ildə Herat, Əhməd xan Dürraninin əlinə keçdi. Herat 1860-cı ildə Əmir Dostməhəmməd xan tərəfindən Əfqan dövlətinin bir parçası halına gətirildi. XIX əsr boyunca şəhər İngilislər, Qacarlar dövlətiƏfqanlar arasında bir çox döyüşlərə səhnə oldu.

Sovet-Əfqan savaşı zamanı Herat, Sovet ittifaqı tərəfindən işgal edildi. 10- 20 mart 1979 tarixləri arasında şəhərə Sovetlərə qarşı çıxan üsyanı yatırmaq üçün Sovetlər şəhəri bombalayaraq 20 000 nəfərin ölümünə səbəb oldular. Şəhər 1995-ci ildə Talibanın əlinə keçdi. 2001-ci ildə ABŞ-nin Əfqanıstana apardığı müdaxilə nəticəsində Taliban şəhəri tərk etmək məcburiyyətində qaldı. Günümüzdə Herat, ABŞ-nin dəstəklədiyi Hamid Kərzai hökuməti tərəfindən idarə edilir.

Önəmli yerlər

redaktə
  • Aeroportları
    • Herat aeroportu
 
Herat abidəsi
  • Şəhərin səmtləri
    • Şar Noe (Şəhər mərkəzi)
    • Vilayet (Vilayət binası)
    • Kolordu (Ordu karargahı)
    • Farka (Ordu karargahı)
    • Durvaza Kuş
    • Çar-suk
    • Pul-rangina
    • Sufi-abad
    • Noe-abad
    • Pul-malaan
    • Tak-ta Sefer
    • Havza-Karbas
    • Baraman
    • Darvaza Kandahar
    • Darvaza Irak
  • Abidələr
    • İskender qalası
    • Musalla Kompleksi
  • Müzeylər
    • Herat Milli Muzeyi
    • Cihat Muzeyi
  • Türbəler
    • Kraliça türbəsi (Gövhərşad)
    • Mirveys Sadıq türbəsi
    • Jami türbesi
    • Kaca Kaltan türbesi
  • Məscidlər
    • Cümə məscidi
    • Kazirgah Şerif
    • Kalga Şerif
    • Şah Zahdaha
  • Parklar
    • Park-ı Terakki
    • Park-ı Millet
    • Kana-i Cihat Parkı
  • Stadionlar
    • Herat Stadionu
  • Oteller
    • Serena Hotel
    • Diamond Hotel
    • Marcopolo Hotel
  • Universitetlər
    • Herat Universiteti

İstinadlar

redaktə
  1. Древнетюркский словарь, Ленинград, 1969 г. (s. 197)

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə