Kərim Sultanov
Kərim Xankişi oğlu Sultanov (16 aprel 1913, Traubenfeld, Qazax qəzası – 5 sentyabr 1975, Kirovabad) — Azərbaycan teatr aktyoru, Gəncə Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan SSR əməkdar artisti (1961).
Kərim Sultanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tovuz, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1923-cü ildən |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu |
Teatr | Gəncə Dövlət Dram Teatrı |
Mükafatları |
Həyatı
redaktəKərim Sultanov 16 aprel 1913-cü ildə Tovuzda anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Nuxaya köçərək burada ibtidai təhsil alıb. 1923-cü ildə Səməd Tağızadənin rəhbhərlik etdiyi dram dərnəyinə üzv olub. 1924-cü ildə ailəsi ilə Gəncəyə qayıdıb və şəhərdəki qadınlar klubunun dram dərnəyində müxtəlif rollar oynayıb. 1931-ci ildə Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna daxil olub.[1]
Kərim Sultanov Gəncə Dövlət Dram Teatrının direktoru Ələkbər Seyfinin təklifi ilə 1934-cü ildə teatrın aktyor truppasına qəbul olunub. Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra, 1945-ci ilin oktyabr ayında yenidən truppaya dəvət alıb. Sənət dostu Məmməd Bürcəliyevlə birlikdə yazdıqları "Yadigar" dramı 18 yanvar 1948-ci ildə Gəncə teatrında tamaşaya qoyulub.[1]
Aktyor 5 sentyabr 1975-ci ildə Kirovabadda vəfat edib və buradakı Səbiskar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.[1]
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 14 dekabr 1961
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 20 may 1958
İfa etdiyi əsas rollar
redaktəKərim Sultanov həm romantik, həm də realist üslublu tamaşalarda müxtəlif rollar ifa etmişdir.[1]
- "Hacı Qara", Mirzə Fətəli Axundov — Heydər bəy
- "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov — Teymur Ağa
- "Ölülər", Cəlil Məmmədquluzadə — İsgəndər
- "Yaşar", Cəfər Cabbarlı — Yaşar
- "Solğun çiçəklər", Cəfər Cabbarlı — Bəhram
- "Nəsrəddin şah", Cəfər Cabbarlı — Mirzə Tağı xan
- "Oqtay Eloğlu", Cəfər Cabbarlı — Hacı Zaman
- "Səyavuş", Hüseyn Cavid — Rüstəm
- "Xoşbəxtlər", Sabit Rəhman — Mürşüd
- "Aşnalar", Sabit Rəhman — Murad
- "Küləklər", Sabit Rəhman — Nəsir bəy
- "Bahar", Məmmədhüseyn Təhmasib — Qüdrət
- "Bahar suları", İlyas Əfəndiyev — Uğur
- "Qaçaq Nəbi", Süleyman Rüstəm — Təhmas bəy
- "İldırım", Cabbar Məcnunbəyov — İldırım
- "Göz həkimi", İslam Səfərli — Rauf
- "Madrid", Mirzə İbrahimov — Xoze
- "Kişilər", Altay Məmmədov — Cəlilzadə
- "Sevinc", Şıxəli Qurbanov — Fərhad
- "Şərqin səhəri", Ənvər Məmmədxanlı — General Tomson
- "Sən yanmasan…", Nəbi Xəzri — Yanar
- "Medeya", Evripid — Kreont
- "Otello", Vilyam Şekspir — Yaqo
- "Qaçaqlar", Fridrix Şiller — Şvarts
- "Cancur Səməd", Jan Batist Molyer — Notarius
- "Kələkbaz sevgili", Lope de Veqa — Lüsindo
- "Kəllə", Nazim Hikmət — Polis rəisi
- "Bura gəlin", Əziz Nesin — Mateh
- "Quduz pullar", Aleksandr Ostrovski — Qriqori Kuçumov
- "Ezop", Gilerma Fiqeyredu — Aqnostos
- "Praqanın şabalıd ağacları altında", Konstantin Simonov — Petrov
- "Aldanmış adaxlı", Riçard Şeridan — Don Fernando
- "Aygül diyarı", Mustay Kərim — Yaqafar
İstinadlar
redaktə- ↑ 1 2 3 4 İlham Rəhimli. Kərim Sultanov // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 174–175. ISBN 978-9952-8021-9-1.