Likiya
Likiya və ya Lisiya (Likcə: Trm̃misa) — Anadolunun Təkə yarımadasını əhatə edən qədim ərazi. Likiya, eyni zamanda bu bölgədəki antik şəhərlərin təşkil etdiyi bir dövlət qurumu, daha sonra da Roma imperiyasının bir əyalətidir. Likiya "İşıq ölkəsi" mənasını verir.
Tarixi
redaktəLikiyalıların, eradan əvvəl 3-cü minilin ikinci yarısında Anadoluya gələn və 2-ci minil boyunca Cənubi Anadolu bölgəsində yaşamış və Anadolunun ən qədim Hind-Avropa mənşəli xalqı olan Luvilərin dağılmasından sonra bir qisminin davamı olduğu söylənilir. Luvi dilinin Xet dilinə yaxınlığı və Luvilərin də Xetlərlə qohum olduğu bilinsə də Likcə də Xet dilinə olan fərqlər anlaşılır. Xet dilində Likiyanın adı Lukkadır.
Ən başdan bəri Yunanların hücumlarına cavab verə bilən Likiyalılar, E.ə. VI əsrdə farslarl tərəfindən işgal edilmişdir. Ancaq E.ə. IV əsrdə Makedoniyalı İsgəndər çıxdığı "Şərq səfəri" daxilində bu bölgəni işğal etmişdir. Makedoniyalı İsgəndərin ölümü ilə sərkərdələrindən biri olan I Ptolemey bu bölgəni ələ keçirmişdir. Ancaq bu dövrdə Likiyanın mövcudluğu hiss olunmurdu. Bölgə yavaş-yavaş yunan mədəniyyəti və sosial dəyərlərin təsiri altında qalmışdır. E.ə. 190-cı ildə Maqneziya döyüşünün ardınca imzalanan Apameya sülh müqaviləsinə görə Likiya ərazisi Kariya bölgəsi ilə birgə Romanın müttəfiqi olan Rodosa verilir. Likiya ittifaqı bu illərdə Rodosa qarşı mübarizə məqsədilə qurulmuşdur. E.ə. 166-67-ci illərdə isə Roma İmperiyası Likiyanın müstəqilliyini elan etmişdir. Bu dövrə Anadolunun bir çox bölgəsi Likiya istisna olmaqla Romanın əyaləti idi. Bunun əsas səbəblərindən biri VI Mitridatın Romaya qarşı başlatdığı üsyanda Romanın tərəfini tutması idi. Buna baxmayaraq E.ə. I əsrdə qarışıq Roma siyasətindən təsirlənmişdir. Ksantos xalqı, Fars yürüşlərində olduğu kimi, bu dövrdə də özlərinə hücum edən böyük hərbi güclərə qarşı müharibə aparmışdır. Müharibədə məğlub olacaqlarını bildikdə isə intihar yolunu seçmişlər. Roma Likiya ittifaqını yenidən ayağa qaldırmaq üçün bu fəlakətdən sonra qalan əhaliyə dəstək vermişdir. 42-43-cü illərdə Klavdi tərəfindən Likiya (Provincia Lycia) Romanın əyalətinə çevrildi. 72-74-cü illərdə Vespasian tərəfindən Pamfiliya əyaləti (Provincia Pamphylia) ilə birləşdirildi (Provincia Lycia-Pamphylia).
Likiya II-III əsrdə baş vermiş böyük zəlzələdən və VI-VIII əsrlərdə baş vermiş 2 əsr davam edən vəba xəstəliyinindən sonra bir daha özünə gələ bilmədi. VIII əsrdə Ərəb hücumlarında tamamilə tərk edilmişdir. XIII əsrdə Türk bəylikləri dövründə yenidən əhali bu torpaqlara köç etmişdir.
[[Şəkil:Death Sarpedon MNA Policoro.jpg|thumb|250px|İlyadadan E.ə. 400-ci ilə aid bir Yunan vazosu : Patroclusun (sağda) Sarpedonu öldürüşü ve Yunan mifologiyasındakı dəniz tanrısı Glaucusun köməyə gəlişi, Policoro Millî Arkeoloji Müzesi
Coğrafiya
redaktəLikiya, Anadolunun cənub-qərbində, Təkə yarımadasında və Antalya körfəzinin qərbində yerləşir. Qərbdən Kariya, şərqində Pamfiliya (indiki Antalya), şimal-şərqdə Pisidiya, şimalında Frigiya (indiki Dənizli və Burdur) ilə əhatələnir. Qocaçay (Eşen çayı - Xanthos), Alakır (Limiros) və Qarasu (Başgöz çayı - Aricandos) kimi böyük çaylar bu bölgədən axır. Dağlar arasında yüksək keyfiyyətli obalarla və sədr, sərvi ağaclarının yetişdirildiyi yaylalarla qapalıdır.
Dil
redaktəMüasir dövrdə Likiya dilinin Luvi dilinin davamı olması ilə demək olar ki, bütün mütəxəssislər razılaşır. Likiyanın paytaxtı Arnnada (Likçe: "Arnna"; Yunanca: "Ksantos")da tapılan və Afinalılara qarşı əldə edilən qələbəni göstərən Likiya dilindəki yazılı abidə Likiya dilinin əhəmiyyətli mənbələrindən biri hesab olunur. Hind-Avropa dillərinə aid olduğu qəbul edilən Likiya dilində 6-sı cingiltili olmaqla 29 hərf müəyyən edilmişdir. Hərflərin yazılışı ilə yunan əlifbasının yazılışı arasında oxşarlıqlar mövcuddur.
Likiya şəhərləri
redaktəTarix boyunca sərhədlərdəki dəyişiklikləri göstərməklə yanaşı, həm həmin dövrə aid müxtəlif yazılarda, həm də şəhərlərin sahib olduğu əsas xarakterlərindən Likiya şəhərlərini ayırd etmək imkanına malikik. Ən çox müzakirə Kariya, Pisidya, Pamfiliya sərhədləri yaxınlığındakı şəhərlərin üzərində olmuşdur. Tarixçilər aşağıdakı şəhərlətin Likiya şəhərləri olması qərarına gəlmişlər.
[[Şəkil:Xanthos inschriftenpfeiler axb01.jpg|thumb|right|250px|Likya Kitabesi, Arnna Antik Kenti (Likya dilinde "Arnna" Yunancada ise "Ksantos").]]
- Aloanda
- Andriake
- Antiphellos
- Aperlai
- Apollonia
- Araxa
- Ariassos
- Arneai
- Arnna (Ksantos)
- Arsada
- Arykanda
- Balbura
- Bubon
- Choma
- Daedala
- Gagae
- Hippoukome
- Idebessos
- İsinda
- Istlada
- Kadyanda
- Kandyba
- Karmylassos
- Kibyra
- Korydalla
- Kyaneai
- Letoon
- Lmyra
- Myra
- Nysa
- Oktapolis
- Oinoanda
- Olympos
- Patara
- Phaselis
- Phellos
- Pınara
- Podalia
- Pydnai
- Rhodiapolis
- Simena
- Sura
- Sidyma
- Telmessos
- Termessos Minor
- Theimussa
- Tlos
- Trebenna
- Tyberissos
- Typallia
- Trysa
Likiya şəhər birlikləri və Likya ittifaqı (Federasiyası)
redaktəTarixdə ilk demokratik birlik qurmuş olan Likiyalılar, fərqli şəhərlərdən bir araya gəlmələrinə baxmayaraq ortaq bir mədəniyyət yaratmış və mövcud olduqları dövrdə bunu paylaşıb yaşatmışdılar. Bunu, arxalarında buraxdıqları, bu günümüzə qədər çatan əsərlərin izlərindən rahatlıqla görə bilərik. Likiya ittifaqı haqqında əldə edilən məlumatlara görə bu ittifaq tam 23 şəhərdən ibarət idi. Günümüzə qədər gəlib çatan, ən böyük altı şəhəri olan Arnna (Ksantos), Patara, Pınara, Tlos, Myra və Olymposun 3 səs haqqı, digər kiçik şəhərlərin isə 1 və ya 2 səs haqqı vardır. İki və daha çox Likiya şəhərlərinin bir araya gələrək yaratdıqları siyasi ittifaq Sympoliteia adlanır.
Likiyalıların qurmuş olduqları bu federasiya sistemi, eyni zamanda ABŞ Konstitusiyasınında əsas bazisi olmuşdur. Aleksandr Hamilton, Ceyms Madison və Con Ley tərəfindən qələmə alınan 85 maddədən ibarət Federalist yazılar, ABŞ Konstitusiyasının əsasını təşkil edir. Aleksandr Hamiltonun yazıdığı 9 və 10 nömrəli və Ceyms Madisonun yazdığı 45 nömrəli məqalələrdə ABŞ üçün ən münasib idarəetmə sistemi Likiya birliyinin olduğu federatif şəhər birliyi olduğu göstərilməkdədir.
Şəhərlər | Oyu |
---|---|
Arnna (Ksantos) | 3 |
Patara | 3 |
Myra | 3 |
Pınara | 3 |
Tlos | 3 |
Olympos | 3 |
Cybira | 2 |
Boubon | 2 |
Balbira, Lycia | 1 |
Oenoanda | 1 |
Aperlai, Simena, Isinda, Apollonia |
1 |
Həmçinin bax
redaktəKaynakça
redaktə- Bean, G.E. (1997): Eskiçağda Likya Bölgesi, Arion Yayınevi.
- Bryce, T.R. (1974): "The Lukka Problem – and a Possible Solution", en Journal of Near Eastern Studies 33, pp. 395–404.
- Bryce, T.R. (1983): "Political Unity in Lycia during the Dynastic Period", en Journal of Near Eastern Studies 42, pp. 31–42.
- Bryce, T.R. (1986): The Lycians in Literary and Epigraphic Sources, Museum Tusculanum Press. ISBN 87-7289-023-1
- Burrell, B. (2004): Neokoroi: Greek Cities and Roman Emperor, Brill Academic Publichers. ISBN 90-04-12578-7
- Drinkwater, J.; & Grünewald, T (2004): Bandits in the Roman Empire: Myth and Reality, Routledge. ISBN 0-415-32744-X
- Ehrenberg, V. (1960): The Greek State, Barnes and Noble.
- Foss, P. (1998): "Lycia", en C. Lehmann (ed.) Encyclopedia of the Roman Provinces (en construcción).
- Gygax, M.D. (1991): "Los periecos licios", en Gerión 9, pp. 111–130.
- Keen, A.G. (1993): "Athenian Campaigns in Karia and Lykia during Peloponesian War", Journal of Hellenic Studies 113, pp. 152–157.
- Keen, A.G. (1998): Dynastic Lycia: A Political History of the Lycians & Their Relations with Foreign Power, c.545-362 BC, Brill Academic Publishers, Leiden. ISBN 90-04-10956-0
- Lund, H.S. (1992): Lysimachus: A Study in Early Hellenistic Kingship, Routledge. ISBN 0-415-07061-9
- Pomeroy, S.B (1976): "A Classical Scholar's Perspective on Matriarchy", en B.A. Carroll (ed.) Liberating Women's History: Theoretical and Critical Essays, University of Illinois Press.
- Sekunda, N.V. (1991): "Achaemenid Settlement in Caria, Lycia and Greater Phrygia", en H. Sancisi-Weerdenburg and A. Kuhrt (eds.) Achaemenid History VI Asia Minor and Egypt: Old Cultures in a New Empire. Proceedings of the Gronigen 1988 Achaemenid History Workshop, Leiden.
- Strabon (1993): Antik Anadolu Coğrafyası (Geographika XII-XIII-XIV), Arkeoloji ve Sanat Yayınları
- Weiskorpf, M. (1987): "Asia Minor", en E. Yarshater (ed.) Encyclopaedia Iranica v. 2, pp. 757–764.
- Hellenizm ve Roma Likya'sında Sympoliteialar https://web.archive.org/web/20110708104247/http://www.bulentiplikcioglu.com/yahoo_site_admin/assets/docs/Senem_Din%C3%A7_Hellenizm_ve_Roma_%C3%87a%C4%9Flar%C4%B1_Likyas%C4%B1nda_Sympoliteialar.9945741.pdf
Xarici keçidlər
redaktə- Likya hakkında oldukça ayrıntılı bir sayfa, İngilizce, http://www.lycianturkey.com/
- ABD Anayasası'nın Likya Federasyonu'ndan esinlendiğine ilişkin New York Times'tan bir yazı http://www.nytimes.com/2005/09/19/international/europe/19patara.html?scp=1&sq=patara&st=nyt
- Anadolu Uygarlıkları ve Antik Kentler ile ilgili amatör ancak ayrıntılı bir site http://antikkentler.cirbanonline.com/antikkentler_bati/default.asp?id=115[ölü keçid]
- Arkeoloji Dünyası http://www.arkeolojidunyasi.com/bolgeler/lykia.html
- Anadolu Nümizmatiği ile ilgili bir site http://www.asiaminorcoins.com/lycia.html Arxivləşdirilib 2011-04-24 at the Wayback Machine
- Likya ile ilgili bir kaynakça listesi https://web.archive.org/web/20110124155151/http://sace.liv.ac.uk/lycia/Lyciabibliography0109CMDSRW.pdf
- Suna – İnan Kıraç Akdeniz Medeniyetleri Araştırma Enstitüsü Web Sitesi http://akmed.kaleicimuzesi.com/index_en.php Arxivləşdirilib 2011-08-24 at the Wayback Machine
- Tanıtım Gönüllüleri Derneği Web Sitei http://www.tgdturkey.com/turkey/antalya/25-12-antik_kentler.html Arxivləşdirilib 2011-05-09 at the Wayback Machine
- Likya Federasyonu ve kentleri ile ilgili kişisel bir site, İngilizce, http://www.lycianfederation.co.uk/ Arxivləşdirilib 2012-02-16 at the Wayback Machine
- Mimarlık Müzesi, Likya Kentleri Antik Tiyatroları ile ilgili ayrıntılı bilgi http://www.archmuseum.org/Gallery/Photos.aspx?CategoryID=31&DetailID=2
- Virtual tour of Lycia tombs
Anadolunun qədim əyalətləri | ||
---|---|---|
Vifiniya • Qalatiya • İoniya • Kapadokiya • Kariya • Kilikiya • Lidiya • Likaoniya • Likiya • Miziya • Pamfiliya • Paflaqoniya • Pisidiya • Pont • Troada • Frigiya • Eolida |