Nazim Axundov
Nazim Axundov (tam adı: Nazim Fərrux oğlu Axundov; d. 20 iyun 1924, Şuşa, Azərbaycan SSR, SSRİ - ö. 10 mart 1994, Bakı, Azərbaycan) — biblioqraf, ədəbiyyatşünas, 1953-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Filologiya elmlər doktoru (1967), professor (1970).[1]
Nazim Axundov | |
---|---|
Nazim Fərrux oğlu Axundov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyatı
redaktəNazim Fərrux oğlu Axundov 1924-cü il iyun ayının 20-də Şuşa şəhərində müəllim və həkim ailəsində anadan olmuşdur. İbtidai təhsilini Tərtər rayonunun Qazax kəndində aldıqdan sonra 1937-ci ildə Bakı Pedaqoji Məktəbinin Filologiya fakültəsinə daxil olan N.Axundov 1940-cı ildə oranı bitirir. N.Axundov 1940-1944-cü illərdə kənd məktəblərində müəllimlik etməklə yanaşı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində təhsilini davam etdirir. 1945-ci ildə isə həmin institutun Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturasına daxil olur. 1948-ci ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin elmi şurasında N.Axundov "Molla Nəsrəddin jurnalının nəşri tarixinə aid tədqiqlər" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmlər namizədi adını alır. N.Axundov 1966-cı ildə "Azərbaycan satira jurnalları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1994-cü il martın 10-da Bakıda vəfat etmişdir.
Fəaliyyəti
redaktəN.Axundov əmək fəaliyyətinə Tərtər rayonunun Azad Qaraqoyunlu və Qaynax kənd məktəblərində müəllim, dərs hissə müdiri və məktəb müdiri kimi başlamışdır. 1948-1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1950-ci ilin mart ayından 1952-ci ilə qədər Quba Pedaqoji İnstitutunun direktoru, eyni zamanda Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, 1953-1956-cı illərdə isə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun tədris-elmi işlər üzrə prorektoru, rektoru, kafedra müdiri olmuşdur. 1953-cü ildə Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi, 1958-ci ildən isə Azərbaycan SSR Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. 1961-ci ilin iyunundan N.Axundov Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Dövri mətbuat və biblioqrafiya şöbəsinin müdiri işləmişdir. Xankəndi Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri olmuş, 1971-ci ildən XX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır. 1988-ci ildən vəfatınadək Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun professoru vəzifəsində işləmişdir.
N.Axundovun ilk mətbu əsəri - "Cəfər Cabbarlı" adlı kitabçası 1947-ci ildə çap olunmuşdur. "Cəfər Cabbarlı" (1947), "Mirzə Fətəli Axundov" (1948), "Səməd Vurğun" (1949), "Mirzə Ələkbər Sabir" (1958) və s. biblioqrafik kitabçalarını, "Ədəbiyyat" (8-ci siniflər üçün), "Ədəbiyyat müntəxabatı" (9-cu siniflər üçün) dərsliklərini və bir sıra metodik vəsaitləri, digər müəlliflərlə "Azərbaycan sovet ədəbiyyatşünaslığı (1920-1965)" adlı biblioqrafiya kitabını tərtib etmişdir. Eyni zamanda o, "Azərbaycan satira jurnalları (1906-1920)" adlı tədqiqatın müəllifidir. 1952-1956-cı illər Azərbaycan Yazıçılar Birliyi Gəncə filialının rəhbəri, 1958-1963-cü illər Sovet-Bolqar Cəmiyyəti Azərbaycan şöbəsinin üzvü və digər elmi və müdafiə şuralarının üzvü kimi fəaliyyət göstərmişdir. 1951-1954-cü illərdə Yerli Sovetlərə deputat olan N.Axundov 1953-1956-cı illərdə Azərbaycan KP Gəncə şəhər komitəsinə üzv seçilmişdir.[2]
Əsərləri
redaktə- "Molla Nəsrəddin" jurnalının nəşri tarixi (1959);
- Azərbaycanda dövri mətbuat (1832-1920) (1965);
- Azərbaycan satira jurnalları (1906-1920) (1968);
- Azərbaycan mətbuatının ilki ("Əkinçi" - 100) (1976);
- Azərbaycan sovet ədəbiyyatşünaslığı 60 ildə (1977);
- Sənədlərin dili ilə (1980);
- Üzeyir Hacıbəyov (1986);
- Azərbaycan dövri mətbuatı (biblioqrafiya) (1987);
- Azərbaycan sovet ədəbiyyatı xaricdə (1987);
- "Hümmət" qəzetinin izahlı biblioqrafiyası (1987);
- Qarabağnamələr (1991)
Xarici keçidlər
redaktəMənbə
redaktə- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.
İstinadlar
redaktə- ↑ "Nazim Fərrrux oğlu Axundov". 2019-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.
- ↑ "Mətbuat tariximizin yorulmaz tədqiqatçısı". 2019-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.