(Translated by https://www.hiragana.jp/)
Onurğa beyni — Vikipediya

Onurğa beynilat. medulla spinalis (yun. μύελος) çeçələ barmaq yoğunluğunda öndən arxaya doğru yastılaşmış silindr şəklində zolağabənzər uzvdür; onurğa kanalında yerləşmişdir. Bunun yuxarı ucu uzunsov beyinə keçir, aşağı ucu isə nazikləşərək lat. conus medullaris adını daşıyır.

Onurğa beyni
Mərkəzi sinir sistemi:beyin və onurğa beyni
Mərkəzi sinir sistemi:beyin və onurğa beyni
Onurğa beyni: at quyruğu
Onurğa beyni: at quyruğu
Latınca Medulla spinalis
Yunanca μύελος
Sistem Sinir
Arteriya Ön onurğa beyni arteriyaları – lat. aa. spinales anteriores, dal onurğa beyni arteriyaları – lat. aa. spinales posteriores, ön və dal kök arteriyaları – lat. aa. radiculares anteriores et posteriores
Vena Daxili venoz onurğa kələfləri – lat. plexus venosi vertebrales interni
Embrional Xarici rüşeym vərəqəsi – ektoderma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

redaktə

Onurğa beyni aşağı sinif onurğalılarda uzun zolaq şəklində olur və uzunluğu onurğanın uzunluğuna müvafiq gəlir. Sümüklü balıqlardan (lat. teleostei) başlayaraq onurğa beyni qısalmağa başlayır. Quyruqsuzlarda (lat. anura) və məməlilərdə (lat. mammalia) onun kaudal ucu nazik sap şəklini alır, belə ki, onurğa kanalının kaudalhissəsini bel və oma sinirlərinin kökləri tutur; bunlar at quyruğu adlanan törəməni təşkil edir. Onurğa beyni ilə onurğa kanalının uzunluğunda olan fərq məməlilərdə xüsusilə nəzərə çarpır.

Bir çox heyvanlarda onurğa beyni, ətrafların gövdədən başladıqları yerlərə müvafiq olaraq, iki qalınlaşma əmələ gətirir: boyun və bel qalınlaşmaları. Bu hal xüsusilə quyruqsuzlarda, tısbağalarda (lat. chelonia), quşlardaməməlilərdə inkişaf edir. ayaqsız amfibi və kərtənkələlərdə, ilanlarda onurğa beyninin qalınlaşmaları olmur.

Dəyirmiağızlarda (lat. cyclostomata) onurğa beyninin ağ maddəsi mielinsiz liflərdən təşkil olunur. Qanqlioz hüceyrələr tədricən onurğa beyninin mərkəzi kanalı ətrafındatoplaşmağa başlayır və boz maddəni əmələ gətirir. Balıqlarda hələ boz maddə ağ maddədən kəskin surətdə ayrılmır; amfibilərdə dorzal boz sütunlar (buynuzlar) hələ zəif inkişaf etmiş olur; ventral boz sütunlar isə yaxşı gözə çarpır; kərtənkələlərdə (lat. suria) və məməlilərdə boz maddə sütunları yaxşı inkişaf etmiş olur; bunun nəticəsində onurğa beyninin ağ maddəsi ventral (ön), dorzal (arxa) və yan ciyələrə bölünür. Onurğa beynində sinir hüceyrələri çıxıntılarının miqdarı artdıqca mərkəzi kanalın divarları qalınlaşır, onun mənfəzi xüsusilə dorzal hissədə daralır.

Məməlilərdə onurğa beyni əsas bir xüsusiyyətə malikdir; aşağı sinifdən yuxarı sinfə qalxdıqca, beyinin çəpgən hissəsinin tədricən artması ilə əlaqədar olaraq, ön və yan piramid yollarını təşkil edən sinir liflərinin miqdarı çoxalır, deməli, yarımkürələrin qabığının əzələlərin işinə olan təsiri artır. Məsələn itdə həmin liflərin miqdarı onurğa beyninin ağ maddəsinin təxminən 10%-ni təşkil edirsə, meymunlarda 20%, insanda isə, demək olar ki, 30%-ni təşkil edir.

Quruluşu

redaktə

Vəzifə etibarilə onurğa beyni boyun gövdə və ətraf əzələlərinin avtomatik tənziminin mərkəzi üzvü hesab olunur, morfoloji və fizioloji cəhətcə beyinlə sıx rabitədədir və onun fəaliyyəti beyin qabızının başçılığı altındadır. Onurğa beyninin yuxarı hüdudu uzunsov beyin çarpazının aşağı ucu (birinci boyun sinirinin çıxan yeri) bərabərində, skletə nisbətən atlasın yuxarı kənarı bərabərliyində və aşağı hödudu 1–2-ci bel fəqərələri səviyyəsində olur.

Onurğa beyninin onurğa kanalında yerləşməsi
Onurğa beyninin quruluşu (sxematik)
Onurğa beyninin onurğa kanalında yerləşmə mövqeyi (en kəsikdən).
Onurğa beyni ilə onurğa kanalı arasındakı boşluq

Onurğa beyni onurğa kanalının əyriliklərinə müvafiq olaraq boyun və döş nahiyələrində əyilmişdir. Bunun uzunluğu orta hesabla kişilərdə 45 sm. qadınlarda isə 43 sm olur. Onurğa beyninin uzunluğu onurğanın uzunluğuna olan nisbəti daimi deyildir; orta hesabla onurğanın uzunluğunun onurğa beyninin uzunluğuna olan nisbəti 100:64 olan nisbəti kimidir. Onurğa beyninin sagital ölçüsü frontal ölçüsündən kiçikdir. Həcmi 33 sm³ və en kəsiyinin səthi orta hesabla 63 mm²-ə bərabərdir. Onurğa beyninin çəkisi yetişmiş şəxslərdə 30 q və yenidoğulmuşlarda 6–7 q olur; bədən çəkisinə olan nisbəti 1: 1848 olan nisbətinə (yenidoğulmuşlarda isə 1:851 nisbətinə) bərabərdir. Onun çəkisi (yenidöğulmuşunkuna nisbətən) bir yaşında iki dəfə, beş yaşında üç və həddi-bbüluğ dövründə 4–5 dəfə artmış olur.

Onurğa beyni onurğa kanalında yerləşərək onurğanın hərəkəti zamanı yerini bir qədər yuxarıya doğru dəyişir; deməli onurğa beyni onurğa kanalında hərəkətli bir surətdə fiksasiya olunmuşdur. O, onurğa kanalını tamamilə tutmamışdır; əgər onurğa beyninin en kəsiyinin səthi 63 mm² təşkil edirsə, onurğa kanalının en kəsiyinin səthi 254 mm²-ə bərabərdir; beləliklə onurğa kanalında onurğa beyninin tutduğu yerdən başqa artıq sahə qalır; buranı onurğa beyni qişaları, damarlar və beyin-onurğa beyin mayesi tutur. bu sahə onurğa beyninin hərəkət etməsinə şərait yaradır. Onurğa beyninin yerdəyişmə dərəcəsi fiksasiya aparatına aid olan dişli bağlar (lat. lig-ta denticulata) ilə məhdudlaşır. bu bağlar (19–23 cüt) onurğa beyninin yumşaq qişasından ayrılmış törəmədir. Onlar bir tərəfdən sərt qişaya, digər tərəfdən isə onurğa beyninin ön və dal kökləri arasında yumşaq qişaya bağlanmışdır. Onurğa beyninin fiksasiyasında sərt qişanın özü, hörümçək torunabənzər və yumşaq qişaların bağ aparatı (subaraxnoidal arakəsmələr, dişli bağlar), uzunsov beyin, uc sap və onurğa beyni damarları iştirak edir. Topoqrafiya cəhətcə onurğa beyni üç hissəyə bölünür: boyun hissə – lat. pars cervicalis, döş hissə – lat. pars thoracica, və bel hissə – lat. pars lumbalis. Bunların qalınlığı eyni deyildir; boyun və bel hissədə qalınlaşmalar vardır:

  1. Boyun qalınlaşması – lat. intumescentia cervicalis – II boyun fəqərəsi ilə II döş fəqərəsi arasında. Boyun qalınlaşmasının ən qalın hissəsi V–IV boyun fəqərələri bərabərliyində olur.
  2. Bel qalınlaşması – lat. intumenscentia lumbalis – IX–X döş fəqərəsi ilə I ya II bel fəqərələri arasında olur.

Bu qalınlaşmaların əmələ gəlməsi, onurğa beyninin ətrafında gedən sinirlərə müvafiq seqmentlərində sinir hüceyrələrinin çoxluğu ilə izah olunur.

Onurğa beyni iki maddədən təşkil olunmuşdur: xaricdən ağ maddə – lat. substantia alba və daxildə boz maddə – lat. substantia grisea. Onurğa beyninin ön və arxa səthlərində orta xətdə birər boylama şırım vardır. Bunlardan öndəki ön orta yarıq – lat. fissura meniana anterior və arxadakı dal orta şırım – lat. fissura mediana posterior adlanır. Ön yarıq dal şırıma nisbətən dərindir. Bunlar onurğa beynini iki simmetrik hissəyə bölür. Ön orta yarığa və dal orta şırıma paralel olaraq onurğa beyninin yan sahələrilə digər iki şırım da gedir; bunlardan qabaqdakına ön yan şırım – lat. sulcus lateralis anterior, daldakına dal yan şırım – lat. sulcus lateralisposterior deyilir. dal yan şırım öndəkindən daha zəif gözə çarpır. Qey olunan şırımların vasitəsilə onurğa beyninin hər yarısının ağ maddəsi üç ciyəyə bölünür: ön, yan və dal ciyələr; bunlardan ön ciyə – lat. funiculus anterior ön orta yarıqla ön yan şırım arasında, yan ciyə – lat. funiculus lateralis ön yan şırımla dal yan şırım arasında və dal ciyə – lat. funiculus posterior dal yan şırımla dal orta şırım arasında yerləşir. dal ciyə boyun və yuxarı döş nahiyəsində zəif bir şırım – dal ara şırım – lat. sulcus intermedius posterior iki dəstəyə ayrılır; bunlardan bayır tərəfdəkinə pazabənzər dəstə – lat. faciculus cuneatus, içəridəkinə isə nazik dəstə – lat. fasciculus gracilis deyilir. Onurğa beyninin yuxarı hissəsində bu dəstələrdə daha artıq gözə çarpır. Onurğa beyninin ön yan şırımında ventral (ön) kök – lat. radix ventralis (anterior – BNA), dal yan şırımından isə – arxa ya dal kök – lat. radix dorsalis (posterior – BNA) xaric olur. Ventral köklər hərəki, arxa köklər hissi liflərdən təşkil olunmuşdur. Arxa köklər əslində onurğa beyninə daxil olur və onurğa beyni qanqlionlarının yalançı unipolyar hüceyrələrinin neyritlərindən əmələ gəlmişdir. Ventral və arxa köklər fəqərəarası dəliklərə doğru gedir; burada arxa kök qalınlaşma onurğa beyni qanqlionunu – lat. ganglion spinale (intervertebrale – BNA) təşkil etdikdən sonra ventral köklə birləşir və hər tərəfdə bir ədəd onurğa beyni siniri – lat. n. spinalis əmələ gətirir. Onurğa beyninin sinirlərinin miqdarı 31 cütdür; bunlardan 8 cütü boyun – lat. nn. cervicales, 12 cütü döş – lat. nn. thotacici (nn. thotacales – BNA), 5 cütü bel – lat. nn. lumbales, 5 cütü oma – lat. nn. sacrales və 1 cütü büzdüm siniri – lat. n. coccygeus adlanır.

Onurğa beyninin aşağı ucu – lat. conus medullaris uc sap – lat. filum terminale deyilən törəməyə keçir. Uc sap onurğa beyni konusundan başlayaraq II büzdüm fəqərəsinin sümüküstlüyünə çatır və burada tamam olur. Bunun yuxarı hissəsi sərt qişa kisəsi daxilində, aşağı hissəsi isə xaricində yerləşir. Uc sapın yuxarı hissəsi II bel fəqərəsindən II oma fəqərəsinədək uzanır; uzunluğu 15 sm-dir, özü də onurğa beyninin rudimentini təşkil edir. Onun aşağı hissəsi (lat. filum durae matris spinalis) onurğa beyni qişalarının ardını təşkil edir, uzunluğu 8 sm-ə çatır və aşağıda II büzdüm fəqərəsinə bitişir.

Onurğa beyni qişaları

Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat. meninges medullae spinales) ilə əhatə olunmuşdur: 1) onurğa beyninin sərt qişası – lat. dura mater spinalis; 2) onurğa beyninin hörümçək torunabənzər qişası – lat. arachnoidea spinalis və 3) onurğa beyninin yumuşaq qişası – lat. pia mater spinalis.

Sərt qişa

redaktə

Onurğa beyninin sərt qişası – lat. dura mater spinalis sərt birləşdirici toxumadan təşkil olunmuş uzun və geniş bir kisə şəklindədir;

Hörümçək torunabənzər qişa

redaktə

Hörümçək torunabənzər qişa – lat. arachnoidea spinalis damarsız nazik birləşdirici toxuma qişadır;

Yumşaq qişa

redaktə

Yumşaq qişa – lat. pia mater bir-birilə çarpazlaşmış kollagen və argentofil (gümüş duzalrı ilə boyanan) birləşdirici toxuma liflərində təşkil olunmuşdur;

Ağ və boz maddəsi

redaktə

Onurğa beyni qeyd olunduğu kimi xaricdən ağ maddə – lat. substantia alba və daxildən boz maddə – lat. substantia grisea təşkil olunmuşdur. Biz maddə onurğa beyninin hər yarısında boy uzunu iki sütun əmələ gətirir: ön boz sütun – lat. columna grisea anterior və dal boz sütun – lat. columna grisea posterior. Onurğa beyninin sağ yarısında olan boz maddə sol yarısındakı boz maddə ilə atma – mərkəzi ara maddə – lat. substantia intermedia (grisea – BNA) centralis vasitəsilə birləşmişdir; bunun mərkəzində sinir borusu mənfəzinin qalığı hesab olunan mərkəzi kanal – lat. canalis centralis yerləşmişdir. Bu kanal adi gözlə çox çətinliklə görünür və mərkəzi aramaddəni ön və dal hissəyə bölür; bunlara ön boz bitişmə – lat. commissura grisea anterior (BNA) və dal boz bitişmə – lat. commissura grisea posterior (BNA) deyilir. Onurğa beyninin mərkəzi kanalı yuxarıda IV mədəciklə birləşir, aşağı ucu isə uc sapın yarısınadək çatır və büzdüm siniri kıklərinin başlandığı yerdə bir genişlik təşkil edir: bina uc mədəcik – lat. ventriculus terminalis (Krausi) deyilir; bu mədəciyin ön-arxa ölçüsü 0,8–1,0 mm-ə, eni 0,5–1,0 mm-ə bərabərdir. Mərkəzi kanal daxildən ependim hüceyrələri ilə örtülüdür, forması hər nahiyyədə eyni deyildir; en kəsiyi oval şəkildə və ya girdə olur. Yaşa dolduqca mərkəzi kanalın mənfəzi müxtəlif nahiyyələrdə tutulur. 40 yaşından sonra cəmi 7% hallarda mərkəzi kanalın mənfəzi bütün boyu uzunu açıq qalır (V. P. Kurkovski).

Boz maddə

redaktə
Onurğa beyninin quruluşu: ağ və boz maddə
Onurğa beyninin boz maddəsi və struktur quruluşu: Bror Reksedə görə qatları, nüvələr
Onurğa beyni: boyun hissəsinin en kəsiyi

Boz maddə onurğa beyninin en kəsiyində "H" hərifinə, ya kəpənəyə bənzəyir: ön boz sütununun en kəsiyinə ön buynuz – lat. cornu anterius və dal boz sütununun en kəsiyinə dal buynuz ß lat. cornu posterius deyilir. Dal buynuz ön buynuzdan uzun və nazikdir. Onurğa beyninin orta hissəsində VIII boyun, I–XII döş və I–III bel seqmentləri səviyyəsində mərkəzi ara maddə yanlara doğru çıxaraq yan ara maddəni – lat. substantia intermedia lateralis (yan boz sütunu – lat. columna grisea lateralis) əmələ gətirir. yan ara maddənin en kəsiyinə yan buynuz – lat. cornu laterale deyilir. Burada olan sinir hüceyrələri yığıntısı simpatik sinir sisteminin mərkəzini təşkil edir və lat. nucleus intermediolateralis adlanır. boyun nahiyəsində ön və dal, döş nahiyəsində dal və yan buynuzlar arasında ağ maddə daxilində nazik boz maddə atmaları yerləşmişdir; bunlar bir-birilə çarpazlaşaraq lat. formatio reticularis (Clarkii) adlanan tor törəmə əmələ gətirir. Ön buynuz böyük hərəki sinir hüceyrələrindən təşkil olunmuşdur; bu hüceyrələrin aksonları onurğa beyninin ön-yan şırımından xaric olub ventral kökləri təşkil edir. Ön buynuzu təşkil edən hüceyrələr beş yığıntı (nüvə) əmələ gətirir; bunlardan ikisi bayır (ön və dal), ikisi içəri (ön və dal) və biri də mərkəzi nüvə adlanır. Dal buynuz nisbətən kiçik hüceyrələrdən təşkil olunmuşdur; bu hüceyrələr dal kökləri təşkil edən aksonlala rabitədə olur. Dal buynuzun öndən arxaya doğru düzülmüş əsası (kökü) – lat. radix cornus (cilumnae – BNA) posterioris, boynu – lat. cervix cornus posterioris, başı – lat. caput cornus posterioris və tamamilə dalda yerləşmiş zirvəsi – lat. apex cornus posterioris vardır. Dal buynuzun zirvəsi jelatinəbənzər maddə – lat. substantia gelatinosa (Rolandi) ilə örtülmüşdür. bu maddə daxilində bir sıra kiçık sinir hüceyrələri vardır; bunlar öz çıxıntıları vasitəsilə onurğa beyninin müxtəlif seqmentlərini bir-birilə birləşdirir. Jelatinəbənzər maddə arxa tərəfdən süngəri məntəqə – lat. zona spongiosa adlanan qliya toru ilə əhatə olunmuşdur. Bu torda da sinir hüceyrələri vardır; bunlar öz çıxıntıları vasitəsilə bir ya iki qonşu seqmentlər arasında rabitə yaradır. Süngəri maddəni arxadan əhatə edən ağ maddəyə hüdudi məntəqə – lat. zona terminalis (Lissaueri) deyilir. Dal buynuzun əsasının içəri tərəfində VIII boyun və II bel seqmentləri arasında bir qrup böyük sinir hüceyrələri yerləşmişdir; bunlara döş nüvəsi – lat. nucleus thoracicus (n. dorsalis Clarkii-Stillingi – BNA) deyilir. dal buynuzun mərkəzində olan sinir hüceyrələri onun öz xüsusi nüvəsini – lat. nucleus proprius conus posterioris təşkil edir. dal buynuzun orta hissəsi bir tərəfdən ağ tor maddə – lat. substantia reticularis alba (Rolandi) deyilən cizgili kütlə səfhəsi ilə əhatə olunmuşdur. Yan buynuzlar kiçik sinir hüceyrələrindən ibarətdir: bunlar ara-bayır nüvə – lat. nucleus intermediolateralis adlanaraq simpatik sistemin onurğa beyni mərkəzini təşkil edir. Həmin hüceyrələrin aksonları onurğa beynindən VIII boyun, bütün döş və üç yuxarı bel sinirlərinin ön kökləri tərkibində xaric olur. Ara-bayır nüvədən başqa bir də ara-içəri nüvə – lat. nucleus intermediomedialis vardır. beləliklə onurğa beyninin boz maddəsi morfoloji və fizioloji cəhətcə bir-birilə rabitədə olan seqmentar mərkəzlərdən ibarətdir; bunlar beyin kötüyünün boz maddəsi ilə birlikdə vəzifə cəhətcə şərtsiz reflekslərin qapanan yerləridir. onurğa beyninin boz maddəsi sinir liflərindən təşkil olunmuş xüsusi dəstələrlə – lat. fasciculi proprii hər tərəfdən əhatə olunmuşdur. Bu dəstələr onurğa beyninin özündən başlayaraq orada da tamam olur; ağ maddədə yerləşdiklərinə baxmayaraq onurğa beyninin seqmentar aparatına daxildir. bu aparata bir də dal buynuzların hüdudi məntəqəsi (lat. zona terminalis) aiddir.

Ağ maddə

redaktə

Ağ maddə onurğa beyninin xarici səthində olan boylama ön-yan və dal-yan şırımlar vasitəsilə üç hissəyə: ön, yan və dal ciyələrə – lat. funiculi anterior, lateralis et posterior bölünmüşdür. Bunlar onurğa beynini beyinlə birləşdirən qalxan (hissi ya afferent) və enən (hərəki ya efferent) liflərdən və onurğa beyninin seqmentlərini bir-birilə birləşdirən qısa assosiatik liflərdən ibarət olub, müxtəlif vəzifə daşıyır və onurğa beyninin aparıcı yollarını təşkil edir. Ön ciyələr bir-birilə ön bitişmə – lat. commissura alba vasitəsilə birləşmişdir; bu bitişmə ön ciyə liflərinin orta xətdə çarpazlaşması nəticəsində əmələ gəlmiş və özü də ön boz bitişməyə ön tərəfdən söykənmişdir. Arxa kökləri təşkil edən liflər onurğa beyninə daxil olub dal buynuzun içəri tərəfində dar bir sahə tutur; bu sahəyə köklərin daxil olan məntəqəsi deyilir. Bu məntəqəda olan kök lifləri bayır, ön və içəri istiqamətə doğru paylanır. Bayır tərəfə gedən liflər hüdudi məntəqəyə daxil olur; burada hər lif "T" hərfinə bənzər surətdə iki şaxəyə bölünür; bu şaxələr bir neçə seqment yuxarı və aşağı gedərək süngəri məntəqəni və jelatinəbənzər maddəni təşkil edən kiçik sinir hüceyrələrinə və eləcə də dəstə hüceyrələrinə çatır. bu hüceyrələr də öz çıxıntıları vasitəsilə ön buynuzların hüceyrələri ilə rabitəyə girir. bu üsulla hüdudi məntəqə lifləri onurğa beyninin seqmentar aparatında iştirak edir. Önə doğru gedən arxa kök liflərinin bir qismi ön buynuzların hərəki hüceyrələri ilə rabitədə olan dəstə hüceyrələrinə, digər qismi isə dal buynuz və ara məntəqə hüceyrələrinə çatır; bu hüceyrələrin aksonları onurğa beyninin yan ciyələri ilə qalxaraq beyinə çatır. Nəhayət, içəriyə doğru gedən arxa kök lifləri onurğa beyninin dal ciyələrini təşkil edir. Onurğa beyninin ciyələri aparıcı yollardan ibarətdir.

Aparıcı yolları
Ön və yan piramid yollar


Ön ciyədə olan aparıcı yollar

redaktə
  1. Ön piramid yol ya ön qabıq-onurğa beyni yolu – lat. tractus pyramidalis s. corticospinalis anterior
  2. Örtük-onurğa beyni yolu
  3. dəhliz-onurğa beyni (Lövental) yolu – lat. tractus vestibulospinalis (Löventhali)
  4. İçəri (dal) boylama dəstə – lat. fasciculus longitundinalis medialis (posterior)
  5. Xüsusi ön (Fleksiq) dəstəsi – lat. fasciculus anterior proprius (Flechsigi)

Yan ciyədə olan aparıcı yollar

redaktə

Enən yollar:

  1. Yan piramid yol, ya yan qabıq-onurğa beyni yolu – lat. tracus pyramidalis s. corticospinalis lateralis
  2. qırmızı nüvə – onurğa beyni (Monakov) yolu – lat. tracus rubrospinalis (Monakowi)

Qalxan yollar:

  1. Ön onurğa beyni-beyincik (Qovers) yolu – lat. tracus spinocerebellarlis anterior (Gowersi)
  2. Dal onurğa beyni-beyincik (Fleksiq) yolu – lat. tracus spinocerebellaris posterior (Flechsigi)lat. nucleus thoracicus
  1. Onurğa beyni-görmə qabarı yolu – lat. tracus spinothalamicus
  2. Onurğa beyni-qapaq yolu – lat. tracus spinotectalis
  3. Xüsusi yan (Fleksiq) dəstəsi – lat. fascisulus lateralis proprius (Flechsigi)

Dal ciyədə olan aparıcı yollar

redaktə
  1. Nazik (Qoll) dəstə – lat. fasciculus gracilis (Golli)
  2. pazabənzər (Burdax) dəstə – lat. fasciculus cuneatus (Burdachi)

Vaskulyarizasiyası

redaktə

Onurğa beyni onurğa boyu bir çox mənbələrdən (lat. a. vertebralis, a. cervicalis profunda və seqmentar arteriyalardan: lat. aa. intercostales, aa.lumbales et aa. sacrales) vaskulyarizasiya olunur. Bunu qidalandıran əsas magistral arterial şaxələrə ön onurğa beyni arteriyaları – lat. aa. spinales anteriores, dal onurğa beyni arteriyaları – lat. aa. spinales posteriores ön və dal kök arteriyaları – lat. aa. radiculares anteriores et posteriores aiddir.

lat. Aa.spinales anteriores

redaktə

lat. Aa.spinales anteriores cüt olub onurğa arteriyalarından başlayır; yaxın məsafədə bir-birilə birləşərək arterial yol – lat. tractus arteriosus anterior təşkil edir. bu arterial yol ön orta yarıqla aşağıya doğru gedir.

lat. Aa. spinales posteriores

redaktə

lat. Aa. spinales posteriores onurğa arteriyalarından (onların kəllə boşluğuna daxil olan yerlərindən) başlayaraq cüt arterial yol (lat. tractus arteriosus posterior) şəklində onurğa beyninin dal səthi ilə – dal köklərin çıxan cizgiləri ilə aşağıya doğru gedir.

Ön və dal arterial yollar onurğa beyni konusuna qədər davam edir; onlar yolda seqmentar arteriyalardan anastomoz şaxələr – lat. rami spinales qəbul edir. lat. Rami spinales onurğa və dərin boyun arteriyalardan, seqmentar arteriyaların dal şaxələrindən (lat. rr. posteriores) başlayaraq fəqərəarası dəliklərdən onurğa kanalına daxil olur və orada onurğa kanalının divarını, onurğa beyni qişalarını və onurğa beyninin özünü qidalandırır.

lat. Rami spinales

redaktə

lat. Rami spinales ventral və arxa köklərə ön və dal kök arteriyaları – lat. aa. radiculares anterior et posterior deyilən şaxəciklər verir. bunlar ventral və arxa kökləri müşayiət edərək, yuxarıda təsvir olunan arterial yollara çatdıqdan sonra qalxan və enən şaxələr, arterial yollara anastomoz şaxələr verir. Kök arteriyalarının qalxan və enən şaxələri onurğa boyu bir birilə anastomozlaşaraq arterial zəncirlər əmələ gətirir.

Onurğa beyninin qeyd olunan üç (bir ön iki dal) arterial yolları çoxlu kiçik anastomoz şaxələr vasitəsilə bir-birilə rabitədə olaraq onun xarici səthində lat. vasocorona adlanan damar toru təşkil edir. bu tordan onurğa beyni kütləsinə kiçik şaxəciklər daxil olub ağ maddəni və qismən boz maddəni qidalandırır. Boz maddəni, başlıca olaraq, ön orta yarıqda yerləşmiş ön arterial yoldan çıxan şaxəciklər qidalandırır.

Bəzi məlumata görə (B. V. Oqnev, İ. D. Lev) onurğa beyni kütləsinə daxil olan şaxəciklər bir-birilə zəngin surətdə anastomozlaşır; deməli orada olan damarlar uc arteriyalar qismində deyildir.

Onurğa beyni sinirlərinin ön və dal kökləri yuxarıda qeyd olunan ön və dal kök arteriyalarından (lat. aa. radiculares anteriores et posteriores) çıxan şaxələrlə qidalanır.

Onurğa beyninin əsas venoz kötükləri arteriyalar kimi onurğa beyninin ön və dal səthləri ilə gedərək epidural sahədə yerləşmiş daxili venoz onurğa kələflərinə (lat. plexus venosi vertebrales interni) açılır. Onurğa beynindən limfa yuxarıda qeyd olunan perivaskulyar (damarətrafı) limfa sahələrinə toplanır və buradan hörümçək torunabənzər sahəyə axır.

İnkişaf və anomaliyaları

redaktə

Onurğa beyninin inkişafı

redaktə
Onurğa beyninin inkişafı
Sinir borusunun inkişaf dövrləri (Şimalhauzenə görə): Sinir səfhəsi, sinir şırımı, sinir borusu, sinir borusunundəri səfhəsindən uzaqlaşması
İnsan embrionu – beyin və onurğa beynin mayası

Onurğa beyni sinir borusunun kaudal hissəsindən inkişaf edir. İlk dəfə sinir borusunun divarları eyni qalınlıqda olur. bir qədər sonra borunun yan divarı sürətlə qalınlaşmağa başlayır, ön və dal divarları isə zəif inkişaf edərək dərində qalır; nəticədə orta xətdə ön və dal boylama şırımlar meydana çıxır, onurğa beyni iki simmetrik hissəyə bölünür. yan divarlardan gələcəkdə onurğa beyninin ön, yan və dal sütunları və ciyələri (lat. columnae et funiculi ant., lat. et posteriores), eləcə də ön dal divarların qalığından onurğa beyninin ön və dal bitişmələri əmələ gəlir. Sinir borusunun yan divarları qalınlaşdığı üçün, onun mənfəzi daralır, sanki yanladan basılmış olur; bu mənfəzin qalığından onurğa beyninin mərkəzi kanalı (lat. canalis centralis) əmələ gəlir. Sinir borusunun kaudal ucu zəif inkişaf edir və konus şəklini alır; buna lat. conus medullaris deyilir. Beyin borusunun divarlarını təşkil edən ilk hüceyrələr başlıca olaraq iki istiqamət üzrə diferensasiya edir. Embrional həyatın beş həftəliyində iki qisim, hüceyrə elementləri meydana çıxır; bunların bir qismi spongioblast (qlioblast) adlanaraq sinir toxumasının istinad və trofik elementlərini, yəni qliyanı təşkil edir: digər qismi neyroblast adlanaraq neyronları əmələ gətirir. Neyroblastların törəyib artması təxminən anadan olandan sonra bir yaşına kimi davam edir. Bəzi müəlliflər güman edirlər ki, sonralar da sinir hüceyrələri əmələ gəlir.

Embrional həyatın dırdüncü həftəsinin axırında sinir borusunun mənfəzi ətrafında bir qisim hüceyrələr də diferensasiya edir; bunlara ependim hüceyrələri deyilir. Bu hüceyrələr silindr şəklində olub mərkəzi kanalı və beyin mədəciklərini (beyin qovuqları boşluqlarının qalıqlarını) daxildən örtür. Sinir borusunun yan divarını təşkil edən hüceyrə elementləri törəyib artdıqca ventral və dorzal istiqamətə doğru yerlərini dəyişir; nəticədə iki cür hüceyrə yığıntısı meydana şıxır: yan divarın ventral hissəsində yerləşən hərəki məntəqə (əsas səfhə) və dorzal hissəni işğal edən hissi məntəqə (qanad səfhəsi). Hərəki məntəqədən onurğa beyninin ön boz sütunu – lat. columna grisea anterior və hissi məntəqədən – dal boz sütun – lat. columna grizea posterior əmələ gəlir. Bu üsulla onurğa beyninin boz maddəsi inkişaf edir.

Onurğa beyninin ağ maddəsinə gəldikdə o, sinir borusu divarlarından inkişaf edən neyroblastların çıxıntılarından əmələ gəlir. Neyroblastların buraxdıqları aksonlar ilk dəfə çılpaq olur; bunlar tədricən mielin qişası ilə örtülməyə başlayır; bu hadisəyə mielinizasiya deyilir. Mielin maddəsi aksonları tədricən örtdükcə, onlar qalınlaşır; beləliklə, sinir liflərinin qalınlığı mielin maddədən asılıdır. Ağ maddənin rəngi, şəffaflığı və sinirlərin ağlığı da mielin qişadan (mielindən – piyəbənzər maddədən) asılıdır. Sinir liflərinin mielinizasiyası bir vaxtda olmur. Əvvəlcə sinir sisteminin filogenetik cəhətcə ən qədim törəmələrinin lifləri, sonra isə təkamül prosesində nisbətən gec əmələ gəlmiş sinir hüceyrələrinin neyritləri mielinizasiya prosesinə məruz qalır. Beyin və onurğa beznində mielinizasiya embrional həyatın dırdüncü ayının axırında ya beşinci ayın əvvəllərində başlayır (P. İ. Karuzin). Onurğa beyninin sinir liflərinin mielinizasiyası bir yaşında tamam olur. Beyin və onurğa bezni sinirlərinin mielinizasiyası embrional həyatın beş aylığında başlayır; bu proses beyin sinirlərində uşaq anadan olandan sonra üç aylıqda, onurğa beyni sinirlərində isə üç yaşında tamam olur. Bütün sinir liflərinin mielin qişa ilə örtülməsi 15–20 yaşında qurtarır. Embrional həyatın ilk aylarında onurğa beyni və onurğa uzununa eyni sürətlə böyüyür; bunun nəticəsində embrionun üç azlığına kimi onurğa beyni onurğa kanalını tamamilə tutmuş olur. Onurğa beyni sinirlərinin kıkləri onurğa beynindən üfuqi istiqamətdə başlayaraq, həmin səviyyədə özlərinə müvafiq fəqərəarası dəliklərdən xaric olur. Embrional həyatın dörd aylığından etibarən onurğa beyninin uzununa böyüməsi ləngiyir, əksinə olaraq onurğa xüsusən də onun bel hissəsi sürətlə boy atır. Bunun nəticəsində onurğa beyni yuxarıda qalır, onun aşağı hissəsi reduksiya prosesinə uğrayaraq sap şəklini alır ki, bina da uc sap – lat. filum terminale deyilir. Dılün altı aylığında onurğa beyninin aşağı ucu hələ oma kanalında olur, sonradan tədricən yuxarıya doğru yerini dəyişir, beləki. yəni doğulmuşda III və yetişmiş şəxslərdə I və II bel fəqərələrinin səviyyəsinə çatır. Bu hadisəyə onurğa beyninin qalxması – lat. ascensus medullae spinalis deyilir. Onurğa beyni yuxarı qalxdıqca aşağı bel, oma və büzdüm sinirlərinin kökləri yuxarıya doğru dartılaraq, onurğa kanalında çəp istiqamət alır və təbii ki, özlərinə müvafiq fəqərəarası dəliklərə çatmaq üçün müəyyən məsafə onurğa kanalı (oma kanalı) içərisi ilə aşağı enir. Bunlar onurğa kanalında uc sapı əhatə edərək at quyruğu – lat. cauda equina deyilən törəməni əmələ gətirir. Onurğa beyninin hərəki məntəqəsində olan neyronların aksonları onurğa beyninin ön səthindən xaric olaraq ventral (hərəki) kıkləri – lat. radices ventrales əmələ gətirir. Onurğa beyninin arxa (hissi) kökləri – lat. radices dorsales onurğa beyni qanqlionunu təşkil edən yalançı unipolyar hüceyrələrin aksonlarından əmələ gəlir; həmin hüceyrələrin aksonları qanqliondan xaric olub arxadan onurğa beyninə daxil olur.

Anomaliyaları

redaktə
Onurğa beyninin anomaliyaları
Onurğa beyninin anomaliyası: onurğa kanalının yarılması (lat. spina befida); onurğa beyninin maye ilə dolu sist şəklində xaricə çıxması
Onurğa beyninin anomaliyası: onurğa kanalının yarılması (lat. spina befida); onurğa beyninin və qişalarının xaricə çıxması (yırtığı) – lat. myelomeningocele

Onurğa beyni anomaliyaları, onurğada təsadüf edən anomaliyalarla müəyyən nisbətdədir. Əgər onurğa kanalının yarılması (lat. spina befida s. rachischisis) meydana çıxarsa, o zaman onurğa beyninin özü ya onun qişaları onurğada əmələ gəlmiş yırtıqdan xaricə çıxıb müxtəlif ölçüdə qabarıqlar (yırtıqlar) əmələ gətirir; məsələn:

  1. lat. meningocele – onurğa bezni qişalarının xaricə çıxması (yırtığı);
  2. lat. myelocele – onurğa beyninin müəyyən hissəsinin onurğa yarığından xaricə çıxması (onurğa beyni yırtığı);
  3. lat. myelomeningocele – onurğa beyninin və qişalarının xaricə çıxması (yırtığı);
  4. lat. myelocystocele – onurğa beyninin maye ilə dolu sist şəklində xaricə çıxması.

Bunlardan əlavə onurğa beynində bir sıra başqa variasiyalara da təsadüf edilir:

  1. piramida çarpazının yoxluğu;
  2. piramida dəstələrinin bir tərəfdə və ya hər iki tərəfdə yoxluğu;
  3. onurğa beyni seqmqntlərinin 30-a dək azalması, ya 32-yə dək çoxalması (bu dəyişiklik adətən bel ya oma seqmqntlərinin hesabına olur);
  4. mərkəzi kanalın ayrı-ayrı hissələrinin tutulması;
  5. at quyruğu təşkil edən köklırin bir-birilə bitişməsi.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə

Mənbələr

redaktə

Xarici keçidlər

redaktə