Tüklü palıd
Tüklü palıd (lat. Quercus pubescens) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Tüklü palıd | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Tüklü palıd |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təbii yayılması
redaktəYabani halda Cənubi Krımda, Zaqafqaziyanın şimal hissəsində, Cənubi Avropada və Kiçik Asiyada bitir.
Botaniki təsviri
redaktəHündürlüyi 8–10 m-dək, enli çətirli ağac və ya koldur. Gövdəsinin və budaqlarının qabığı tünd bozumtul rənglidir. Yarpaq saplağı və yarpaqları tüklü, kənarları bütöv və ya seyrək dişlidir. Düz qalxan gövdəsi silindrvari formalıdır. Cavan zoğları çox tükcüklüdür. Yarpaqların uzunluğu 5–10 sm, forma və ölçülərinə görə çox dəyişkən, 4–8 cüt küt və ya ucu biz qanadlı, üstü tünd yaşıl, çılpaq, alt tərəfi boz-yaşıl tükcüklüdür. May ayında çiçəkləyir, qozaları noyabr ayında yetişir. Qozanı əhatə edən pulcuqları tükcüklüdür.
Ekologiyası
redaktəYavaş böyüyür, işıq və istisevəndir, quru daşlı yamaclarda və əhəngli torpaqlarda bitir. Budanmanı yaxşı keçirir. Uzunömürlüdür. Şaxtaya və quraqlığa davamlıdır. Quraqlıq rayonlarda yaşıllaşdırma üçün qiymətli növdür, daşlı, digər növlər inkişaf etməyən torpaqlarda bitir.
Azərbaycanda yayılması
redaktəBəzi rayonlarda park və bağlarda rast gəlinir.
İstifadəsi
redaktəHündür canlı hasarlar və fiqurlu, budanmış formalar üçün gözəl materialdır. Mantar palıdı və digər istisevən cənub növləri yaşıllaşdırma üçün əlverişlidir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Quercus alba var. pubescens (Willd.) Willd.
- Quercus brevipedunculata var. pubescens (Willd.) St.-Lag.
- Quercus robur var. pubescens (Willd.) Bonnier
- Quercus sessiliflora var. pubescens (Willd.) Loudon
Yarımnövləri
redaktə- Quercus pubescens subsp. crispata (Steven) Greuter & Burdet
- Quercus pubescens subsp. pubescens
- Quercus pubescens subsp. subpyrenaica (Villar) Rivas Mart. & C.Saenz