(Translated by https://www.hiragana.jp/)
Rumlu tayfası — Vikipediya

Rumlu tayfası — Bu boy başlıca olaraq Sivasın Qoyulhisar (Qoylahisar) və Qarahisar (Şəbin) qəzaları ilə yenə Sivasa bağlı digər yörələr və ToqatAmasya bölgələrindəki kəndli Qızılbaşlar tərəfindən meydana gətirilmişdi. Rumlular Səfəvi dövlətinin qurulmasında önəmli bir rol oynamışlar. Onlar Şah İsmayıl Səfəvi ilə anlaşma imzalamış, lakin ona xəyanət edərək Səfəvi dövlətinin süqutunda böyük rol oynamışdır.

Nur Əli Xəlifə, Piri Bəy və Div Sultan bu təşəkkülün ən tanınmış bəyləridir. Div Sultanın əsl adı Div Əli Bəydir; onun Toqat bölgəsi xalqından olduğu anlaşılır. Göründüyü kimi Div Sultan, dövlətin quruluşuna qatılmışdı. Dirliyi (tiyul) Çuxurusəd (İrəvan bölgəsi) olub, əmir əl-üməralığa sadəcə şəxsi qabiliyyətləri sayəsində yüksəlmişdir. Özündən başqa yenə Rumludan Badıncan Sultan (Ərdəbil valisi), Qazaq Sultan, Sofiyan XəlifəAyqud Bəyi tanıyırıq.

Rumluların başlıca olaraq Sivas, Toqat bölgəsi əhalisindən meydana gəldiklərindən və bundan dolayı da onlara Rumlu deyildiyindən daha öncə bəhs edilmişdi. Rumlular, yalnız və ya çoxluqla kənd və şəhər əhalisindən mütəşəkkil idilər. Bu nədənlə onların irəli gələnlərinin bir qismi xəlifə ünvanı daşıyırlar. Hicri 940 (1533-1534) tarixində Təhmasibin yaxın əmirlərindən Əmir Bəy (Sultan) bu boydandır. Tarixçi Həsən Bəy Rumlu, hicri 946-cı (1539-1540) ildə ölən bu Əmir Sultanın nəvəsidir. Hicri 937-də (1530-1531) Qum şəhərində doğulan tarixçi Həsən Bəy, qorucular arasında bulunaraq bir çox səfərlərə qatılmışdır. Rumlu Süleyman Sultan hicri 940-cı (1533-1534) ildə, Əmir Sultan kimi, mərkəz əmirlərindən idi. Rumlulardan digər bir əmir də Sofiyan Xəlifə idi. Sofiyan Xəlifə 941-də (1534-1535) Məşhəd və 942-də Herat valiliyində bulunmuş və eyni ildə Özbəktan hökmdarı Übeyd Xan ilə etdiyi bir savaşda öldürülmüşdür. Onun Sivas şəhəri əhalisindən olduğunu bilirik. Rumlulardan Hüseyn Can Sultan da böyük əmirlərdən olub hicri 954-də (1549) Çuxursəəd valisi idi. Pir Sultan Xəlifə də Hüseyin Can Sultana çağdaş Rumlu əmirlərindən biridir. Eyni ildə Rumlu Qanqara Sultanın İskəndər Paşa ilə edilən savaşa qatıldığını bilirik. Rumlu Ədhəm Bəyə gəlincə, bu əski əmirül-üməra Div Sultanın oğlu idi. Onun hicri 954-də (1547) Dekkan hökmdarına elçilik ilə göndərildiyi görünür. Ölümü hicri 959-cu ildən sonradır. Vəli Xəlifə, Şah Qulu bəy, Aras xanHüseyin Qulu Xüləfa I Təhmasibin son zamanlarındakı Rumlu əmirlərini təşkil edirlər. Bunlardan Aras Xan Şirvan valisi olub, OsmanlıSəfəvi hərbində Özdəmir Oğlu Osman Paşa ilə savaşması dolayısı ilə bizim tarixlərdə də adı keçir. Hüseyin Quluya gəlincə, o, əvvəlcə qeyd edildiyi kimi, xəlifətül-xüləfa idi. Bu sifətlə Türkiyənin hər tərəfindən gələrək dövlət mərkəzi Qəzvində oturan 10,000 qədər sofunun başı sayılırdı. Bununla yanaşı, Hüseyin Qulu Xüləfanın ən mötəbər dövlət ərkanından biri sayılması daha ziyadə ağıllı və dirayətli bir şəxsiyyət olmasından irəli gəlmişdir. I Şah Təhmasiböldüyü zaman ən qüvvətli şəxsiyyət olaraq Hüseyin Qulu Xüləfa görünməkdədir. Gerçəkdən də çoxsaylı olan rəqiblərinə qələbə çalaraq taxtı İsmayıl Mirzəyə təmin etmişdir. Hüseyin Qulu Xüləfanın çağdaşı olan Rumludan bir başqa əmir də Xoy valisi Dəli Budaq olub, dürüst, təmiz inanclı bir Türk idi. İsfahanlı Fəzliyə görə I Təhmasibin ölümü əsnasında bir qisminin adlarını verdiyimiz doqquz Rumlu əmiri vardı.

Bu dövrdə Rumluların çoxu Aras xan ilə birlikdə Şirvanda yaşayırdılar. Osmanlı yürüşünə görə üzərinə Şirvandakı ağır itkilər vermişdilər və vəziyyətləri çətin idi. Osmanlı hücumu başladığı vaxt yenə Rumludan bir bölüyün Mahmud Sultan idarəsində Xoy hakimi idi. Rumluların bir bölük də Dərviş Məhəmməd xan ilə birlikdə Xorasanın Nişapur şəhərində yaşayırdılar II Şah İsmayılŞah Məhəmməd Xudabəbdə zamanlarında xəlifətül-xüləfalıq mövqeyinin çox dəfə Rumluların əlində olduğunu idi. II İsmayıl, Hüseyin Quludan sonra bu mövqeyi Bulqar Xəlifəyə vermişdi ki, ehtimal olunur oda Rumlu tayfasındandır. II Şah İsmayıl hökmdar, Bulqar Xəlifənin oğlu Nur Əli Xəlifəyə də əmirlik vermişdi. Deyildiyi kimi, İsmayıl, təbərra məsələsində yalan söylədiyinə qane olub onu (yəni Bulqar Xəlifəni) vəzifədən kənarlaşdırmış və Ustacludan Dədə Xəlifəni xəlifətül-xüləfa etmişdi. Anlaşıldığına görə, Şah Məhəmməd Xudabəndə taxta keçirildikdə, bu mövqeyə yenə Rumludan Şah Qulu Sultan gətirilmişdir.Şah Qulu Sultanı hicri 995-də (1587) xəlifətül-xüləfalıq mövqeyində görürük. I Abbas hökmdar olduqda bu mövqeyi yenə Rumludan Dəli Budağın oğlu Qorxmaza verdisə də Mürşidqulu xan qarşı olduğu üçün öldürüldü 1588). Bunun üzərinə əski xəlifətül-xüləfa Şah Qulu Sultan bu məmuriyyətə gətirildi. Rumludan bəhs edilməsi lazım gələn bir əmir də Şah Qulu Bəydir ki, bu bəy dövrünün ən tanınmış Azərbaycan türkcəsində şeir söyləyənlərindən biri idi. Həmzə Mirzənin Şeytan ləqəbli sevgilisi haqqında oxuduğu şeir, İsgəndər bəydən nəqlən yuxarıda zikr edilmişdi. Sadiq bəy onun böyük bir şair olduğunu özəlliklə qeyd edir.

«Göňlüm quşın ol nərgis-i fəttan apara Kimdür ki, onuň qəmzəsindən can apara Şeytan Şeytan didükləri gər bu olsa

Mən razıyam imanımı Şeytan apara»

I Şah Abbasın ölümü əsnasında Rumludan sadəcə bir əmir vardı. Bu da, Gilandakı Təngabən valisi Qoyla Hisarlu Bəyazid Sultan oğlu Heydər Sultan idi. Adı keçən əmir, I Şah Səfi dövründə öldürülmüşdür (1630-1631). Eyni hökmdar dövründə Bayat və Rumlulardan olan birər qolun Şirvanda Bəndər və Şabrana yerləşdirilmişdilər. XIX yüzildə Qərbi Anadoluda Rumlu (yaxud Urumlu) adlı bir oymaq görünməkdədir. Bu oymağın Səfəvi dövlətindəki Rumluların XVIII yüzildə Anadoluya köç edən bir qolu olması ehtimal olunur.

Mənbə

redaktə

Faruk Sümer — «Səfəvi Dövlətinin Quruluşu və İnkişafında Anadolu Türklərinin Rolu»

Həmçinin bax

redaktə