Zülallar
Zülal —
Zülal
redaktəÜzvi maddələr arasında mühüm əhəmiyyət kəsb edən və çox mürəkkəb quruluşa malik olan birləşmələrdən biri də zülallardır. Züllallar bitki, heyvan və insan orqanizminin yaranması və inkişafında müstəsna əhəmiyyətə malikdir. Zülallar canlı orqanizmdə müxtəlif funksiyalar daşıyırlar. Onlar dərinin, əzələlərin, müxtəlif orqanların toxumalarının tərkibinə daxildir. Bəzi zülallar bioloji katalizator (fermentlər) xassəsinə malik olub, orqanizmdə gedən bütün kimyəvi proseslərdə iştirak edirlər. Zülallar orqanizmin enerji mənbələrindən biri olmaqla bərabər, orqanizm üçün infeksiyalardan müdafiə rolunu oynayırlar.
Quruluşları
redaktəTərkibinə görə növləri
redaktəZülallar kimyəvi tərkibinə görə sadə və mürəkkəb olmaqla iki yerə bölünür:
- polipeptid,
- protein (Sadə zülal) və ya Proteid — (protos: birinci, vacib) aminturşulardan ibarət bir və ya birdən çox sayıda uzun zəncirdən ibarət bioloji əhəmiyyətli makromolekullardır. Zülallar canlı hüceyrəsində metabolik reaksiyaları katalizləmək, DNT-ni çoxaltmaq, xarici stimulların qarşısında hərəkətə keçmək, maddələri hüceyrə içərisində bir nöqtədən digərinə daşımaq, hüceyrənin bir çox strukturunu əmələ gətirmək və sairə kimi bioloji fəaliyyətin çox önəmli bir qismini yerinə yetirirlər. Canlı hüceyrədəki zülalların əksəriyyəti fermentdir. Proteinlər əsas bir-birindən aminturşu ardıcıllıqları baxımından fərqlənirlər. Təxminən 20 növ aminturşu proteinlərdə özünəməxsus spesifik sıra yəni ardıcıllıqla düzülərək əmələ gələn zülalın funksiyasının təyin edir. Bu spesifik ardıcıllıq informasiyası DNT-nin gen adı verilən bölgələrindən gəlməkdədir.
Həllolma qabiliyyətinə görə növləri
redaktəHəllolma qabiliyyətinə görə zülallar həllolan (qlobulyar) və həllolmayan (fibrolyar) zülallara bölünür. Həllolan zülallar adətən kürə formasında olur. Hemoqlobin (qanın zülalı), albumin (Yumurtanın zülalı), insulin (mədəaltı vəzinin zülalı) göstərmək olar.
Həmçinin bax
redaktəMənbə
redaktə- Альбертс Б., Брей Д., Льюис Дж. и др. Молекулярная биология клетки. В 3 томах. — М.: Мир, 1994. — ISBN 5-03-001986-3.
- Ленинджер А. Основы биохимии. В 3 томах. — М.: Мир, 1985.
- Страйер Л. Биохимия. В 3 томах. — М.: Мир, 1984