(Translated by https://www.hiragana.jp/)
DNS — Vikikitab Məzmuna keç

DNS

Vikikitab, açıq dünya üçün açıq kitablar

DNS (Domain Name System) — adların domen sistemi.

İnternetdə hər bir kompüter təkrarolunmaz (unikal) ünvana malikdir. Kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir.

IP-ünvan

[redaktə]

IP-ünvan hər ölkədə internet provayderi (ISP-İnternet Service Provider) tərəfindən verilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən və çox zaman onluq şəkildə yazılan dörd qrupdan ibarətdir. Məsələn: 208.220.230.14. Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir. Bu cür ünvanlar IP-ünvan (IP internet protokol) adlanır. Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS) tərəfindən yerinə yetirilir. Məsələn, 62.212.230.18 əvəzinə - www.elm.az yazmaq olar. Burada www (world wide web) serverin lokal şəbəkədə adını, elm serverin məxsus olduğu təşkilatın (və ya şirkət adı, domen), .az isə birinci səviyyəli domendir (adətən serveri işlədən təşkilatın coğrafi yerini bildirir). Deməli, İnternetdə hər bir resurs xüsusi domen ada malikdir.

Domen

[redaktə]

Domen İnternetin məntiqi səviyyəsidir, yəni xüsusi ada malik, xüsusi stansiyalar tərəfəindən idarə olunan şəbəkə resursları qrupudur. Başqa sözlə, Domen – DNS-də domen adları fəzasının mərkəzləşdirilmiş inzibatlaşdırılan sahəsidir.

Adların domen sistemi (Domain Name System) (DNS) Internetdə işləyən istifadəçilərin işini asanlaşdıraraq lazımı informasiyanın tez əldə edilməsini təmin edir. DNS-in əsas təyinatı qurğuların domen adlarını İP-ünvanlara və İP-ünvanları domen adlarına dəyişməkdir. DNS-in əsası iyerarxiya üzrə bölünmüş verilənlər bazasıdır. DNS ünvanın əsas hissəsi birinci səviyyəli domen adlanıb qlobal coğrafi zonanı əhatə edir. Internetdə altdomenlər (subdomain) də mövcuddur. Subdomen – hər hansı domenə nisbətən aşağı səviyyəli domen deməkdir (*.GOV.AZ domeni GOV.AZ domeninin subdomenidir). Məs.: http://library.elm.az.

DNS server - bir və ya bir neçə zonanın saxlanmasını və DNS-nin verilənlər bazasında olan sorğuları emal edən proqramdır. Zona üçün “primary” (birinci səviyyəli) DNS-server - bu zona haqqında tam informasiyanın saxlanmasını təmin edən DNS-serverdir. Zona üçün “secondary” (ikinci səviyyəli) DNS-server isə - bu zona haqqında tam informasiyanı digər DNS-serverdən alan DNS-serverdir. Zona - bir domendə yerləşən, növbəti (daha aşağı) səviyyəli resurslar və domenlər haqqında qeydlərin cəmidir.

Həmçinin bax

[redaktə]

Xarici keçidlər

[redaktə]