Sionizm: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Rescuing 0 sources and tagging 1 as dead.) #IABot (v2.0.8
kRedaktənin izahı yoxdur
Teq: Geri qaytarıldı
Sətir 4: Sətir 4:
{{mənbə azlığı}}
{{mənbə azlığı}}
[[Şəkil:Theodore Herzl.jpg|250px|thumb|right|[[Teodor Hertsl]]]]
[[Şəkil:Theodore Herzl.jpg|250px|thumb|right|[[Teodor Hertsl]]]]
'''Sionizm''' - Sionizm tərəfdarlarının təbliğinə görə [[yəhudilər]]in vaxtilə qovulduqları öz doğma torpaqlarına qayıdaraq öz müqəddəratlarını təyin etmək hüquqlarıdır. İlk baxışda adi hüquq kimi müəyyən edilən bu təyin, əslində 19-cu əsrin sonundan bu günə qədər ciddi tarixi sualların və qlobal qarşıdurmaların başlanğıcını qoymuşdur.
'''Sionizm'''/'''Konspiratsionizm'''; Sionizm tərəfdarlarının təbliğinə görə [[yəhudilər]]in vaxtilə qovulduqları öz doğma torpaqlarına qayıdaraq öz müqəddəratlarını təyin etmək hüquqlarıdır. İlk baxışda adi hüquq kimi müəyyən edilən bu təyin, əslində 19-cu əsrin sonundan bu günə qədər ciddi tarixi sualların və qlobal qarşıdurmaların başlanğıcını qoymuşdur.
Sionizm ilk dəfə 1890-cı ildə Nathan Birnbaum tərəfindən təqdim edilmişdir. Ümumi təsvir yəhudi xalqının vətəni hesab etdiyi torpaqlara qayıtmaq məqsədi ilə milli bir hərəkət kimi qəbul edilə bilər. Hərəkat həmçinin yəhudi vətənində müstəqil İsrail dövlətinin qurulmasına və yaşamasına yönəlmişdir.
Sionizm ilk dəfə 1890-cı ildə Nathan Birnbaum tərəfindən təqdim edilmişdir. Ümumi təsvir yəhudi xalqının vətəni hesab etdiyi torpaqlara qayıtmaq məqsədi ilə milli bir hərəkət kimi qəbul edilə bilər. Hərəkat həmçinin yəhudi vətənində müstəqil İsrail dövlətinin qurulmasına və yaşamasına yönəlmişdir.



16:06, 24 yanvar 2021 tarixinə olan versiya

Teodor Hertsl

Sionizm/Konspiratsionizm; Sionizm tərəfdarlarının təbliğinə görə yəhudilərin vaxtilə qovulduqları öz doğma torpaqlarına qayıdaraq öz müqəddəratlarını təyin etmək hüquqlarıdır. İlk baxışda adi hüquq kimi müəyyən edilən bu təyin, əslində 19-cu əsrin sonundan bu günə qədər ciddi tarixi sualların və qlobal qarşıdurmaların başlanğıcını qoymuşdur. Sionizm ilk dəfə 1890-cı ildə Nathan Birnbaum tərəfindən təqdim edilmişdir. Ümumi təsvir yəhudi xalqının vətəni hesab etdiyi torpaqlara qayıtmaq məqsədi ilə milli bir hərəkət kimi qəbul edilə bilər. Hərəkat həmçinin yəhudi vətənində müstəqil İsrail dövlətinin qurulmasına və yaşamasına yönəlmişdir.

1948-ci ildə İsrail Dövləti yaranandan bəri Sionizm, İsrail Dövlətini inkişaf etdirmək və İsraildə yaşayan yəhudi millətini İsrail Müdafiə Qüvvələrinə dəstəkləmək yolu ilə qorumağı da məqsədləri arasında almışdır. [1]

Sionizm əvvəlində konkret və mənəvi məqsədlər qoymuşdur. Bütün siyasi və dini duruşlardan Yəhudilər, solçu, sağçı, dindar və ya dünyəvi, Sionist hərəkətini meydana gətirmişlər və bu hərəkətin hədəflərinə çatmaq üçün birlikdə çalışmışlar.[1]

Sionist fəlsəfədə bəzi fikir ayrılıqları Sionist hərəkatında zamanla bəzi bölünmələrə səbəb olmuşdur. Aşağıda bu bölünmələri ortaya çıxara biləcək bəzi mühüm Sionist hərəkatlar var.[1]

Əslində Sionizm yəhudilərin Yaxın Şərqdə yerləşdirilməsi yolu ilə bu ərazilərin əslində nəzarətə götürülməsi məqsədini daşıyan siyasi ideologiyadır. Bu faktı Birləşmiş Millətlər Təşkilatının (BMT) 1947-ci ildə İsrail dövlətinin yaranması ilə bağlı birtərəfli qətnaməsi və BMT-İsrail əlaqələrinin sonrakı inkişafı da təsdiq edir.[1]

Sionizm ideologiyası

Sionizm ideologiyasına və onun tarixi inkişafına müxtəlif tərəflərdən yanaşmaq olar. Lakin bütün bu yanaşmaları birləşdirən əsas xətt ondan ibarətdir ki, bu ideologiya yəhudi xalqının bütün nümayəndələri tərəfindən dəstəklənmir və yəhudi xalqının milli hərəkatı kimi xarakterizə edilə bilməz. Bu ideologiyanın təşəkkül tapdığı dövrdə, yəni 19-cu əsrin axırlarında, dünyada baş verən hadisələrin analizi də bunu deməyə əsas verir ki, yəhudilərin öz tarixi torpaqları kimi qiymətləndirdikləri Fələstinə kütləvi şəkildə qayıdışları tarixi zərurət deyildi. İnkar edilməz faktdır ki, bu dövrdə nə Şərqi, nə də Qərbi Avropada insanların, məhz yəhudi olduqlarına görə, kütləvi təqib edilməsi faktları yox idi.[1]

Siyasi Siyonizm

Siyasi Sionizm siyasətin Sionist hədəflərə çatmaq əhəmiyyətinə vurğu etmişdir və Fələstin ilə əlaqədar siyasi hüquqlar əldə etmənin Sionizm ilə əlaqədar cəhdlərdə bir ön şərt olması lazım olduğunu müdafiə etmişdir. Siyasi Sionizm, Yəhudi problemini siyasi bir problem olaraq görən və beynəlxalq arenada atılacaq konkret addımlarla həll edilməsi lazım olduğuna inanan Theodor Herzl ilə bağlanır. Herzlin məqsədi bütün dünya liderləri tərəfindən qəbul edilən və Yəhudilərin sahib olduqları torpaqlar üzərində bir Yəhudi suverenliyi nəzərdə tutan bir müqaviləni həyata keçirmək idi. Bu prinsiplərə uyğun bir şəkildə hazırlanmış Basel Proqramı sionizmin hədəfinin İsrail torpaqlarında yaşayan yəhudilər üçün beynəlxalq hüququn qoruması altında etibarlı bir cənnət yaratmaq olduğu ifadə edilmişdir. Təşkilat və maliyyə ilə əlaqədar mexanizmlər (Sionist Təşkilatı, Yəhudi Milli Fondu, Jewish Colonial Trust və bu kimi) bu hədəfi reallaşdırmaq istiqamətində qurulan və çalışan təşkilatlardır.[1]

Dini Siyonizm

Dini sionizmin kökləri "Sion peyğəmbərlikləri" ilə izlənilə bilər. (Hibbat __Siyon_un müjdə verən Mevasrei Siyon) Yehudah Alkalai, Zvi Kalischer, Shmuel Mohilever və Naftali Zvi Yehudah Berlin kimi xaxamların da təsirli olduqları bir hərəkətdir. Yəhudi dini ilə Yəhudi millətinin qaynaşmasını təməl prinsip olaraq qəbul edən bu Sionizm növü, yalnız Yəhudilərin siyasi mənada müstəqilliklərini əldə etməyi deyil eyni zamanda da Tövratın işığı altında Yəhudi dinini və Tanrının əmrlərini də yenidən təsirli hala gətirməyi məqsəd qoymaqdadır. Dini sionizm üçün, Allahın əmrlərinə əsaslanan yəhudi bir din, Vətəndə Yəhudi milli həyatının vacib bir hissəsidir.[1]

1902-ci ildə təşkil edilən Beşinci Sionist Konqresdə alınan, mədəni fəaliyyətlərin də Sionist Hərəkatının bir parçası olaraq qəbul edilməsi qərarına əsasən, Reines və Ze'ev Yavetz adlı xaxamlar Mizrachi tədbirini qurmuşlar. (Mizrachi ibrani dilində mənəvi mərkəz təbirinin bir qısaltmasıdır.) Mizrachi ilk dünya konqresini 1904-ci ildə yığmışdır və prinsip olaraq Tanrının əmrlərinə itaəti və Siyon'a dönüşü müşahidə vəzifəsini mənimsəyən bir hərəkət platforması qurmuşdur. Fələstində Xaxam Avraham Yizhak HaCohen Kook Israil torpaqlarına Yəhudilərin yerləşməsi ilə Məsihin gəlməsi və qurtuluşun reallaşmasını şərik Dini Sionizmə fərdi və mənəvi töhfələrini etmişdir.

Dini sionizm, milli və dini təhsil sisteminin qurulması üçün öz resurslarından və səylərindən çoxunu ayırdı. Hapoel Hamizrahi, "Torah va'Avodah" (Tövrat və İşçi) şüarıyla Fələstində Ortodoks bir çöl məskunlaşma yeri qurmaq üzərinə sıxlaşmaq üçün ana hərəkətdən ayrılmışdır. 1956-ci ildə bu iki hərəkət, Mizrachi və Hapoel Hamizrahi, Milli Dini Partiya çətiri altında birləşmişdir ki, bu partiya hələ də İsrail siyasi həyatında fəaldır.

Sosialist Sionizm

Sosialist Sionizm (ya da İşçi Sionizmi), Yəhudilərin milli və ictimai qurtuluşunu Sionizm və Sosializmin birləşdirilməsindən keçdiyinə inanır. Qurucusu, bu fikri 1899-ci ildəki 3. Sionist Konqresindən qısa bir müddət əvvəl rəsmi olaraq eşitdirən NACHMAN Syrkin'dir.

Bu hərəkətin fəlsəfəsi diaspordakı Yəhudilərin problemlərinin Sosialist bir inqilabdan sonra belə çözülemeyeceği və Yəhudi varlığına həllin, onların bir ölkəyə köç etməsi və bir ölkədə toplanmasından keçdiyi fərziyyəsinə dayanır. Sosialist Sionizmin gözə çarpan müdafiəçilərindən biri olan Dov Ber Borochov, kapitalizmin inkişafının Yəhudiləri qaçınılmaz bir şəkildə Fələstinə köç etməyə məcbur ediləcəyinə və yalnız orada yəhudilərin, Yəhudi işçi sinifinin sinif mübarizələrinə zəmin olacaq iqtisadi strukturlarını yenidən meydana gətirə inanır. Borçov Sionizmi yəhudi xalqının tarixi və iqtisadi bir öhdəliyi olduğunu və yəhudi proletaryasının, məsələn, yəhudi milli azadlıq hərəkatını aparan tarixi bir rol olduğunu iddia etdi

Sosialist Sionizmin konseptual və fəlsəfi təməlləri ilə əlaqədar anlaşmazlıqları, Fələstində hədəfə çatmaq üçün tətbiq olunması nəzərdə tutulan fərqli metodlar və fərqli ölkələrdəki Sosialist təşkilatlar və partiyalar ilə əlaqələr, bir çox müxtəlif Sionist Sosialist partiyanın yaradılmasına gətirib çıxarmışdır. Bu təşkilatların bəziləri Marksist terminologiyasından uzaqlaşdılar və özlərini Sosialist kimi tanımadılar. Özlərini daha çox sosist və az sionist kimi gördükləri digər insanlar bir neçə dəfə Sionist bir təşkilatda olduğunu inkar etmişlər.

Sosialist sionizm ideyası bir çox gənclik hərəkatının yüksəlməsinə öncülük etmişdir. Hashomer Hatz'air və Hehalutz bu hərəkətlərdəndir. Sosialist sionist partiyalarının liderləri müstəqillik və İsrail Dövlətinin müstəqilliyindən sonra aparıcı Fələstin yəhudi icmaları arasındadır. Bu nümunələrin üçü David Ben-Gurion, Yitzhak Ben-Zvi və Berl Katznelsondur. Sosialist Sionizm, İsrail qaçqın hərəkətlərinin əksəriyyətidir və İsrailin iki böyük sənayeçi partiyasından olan İsrail İşçi Partiyasının atasıdır.

Milli Sionizm

Milli sionizm, yəhudilərin Fələstində və ya başqa bir yerdə öz hökumətində toplanmaları lazım olduğunu müdafiə edir. Uqanda proqramı ilə bağlı müzakirələrdən sonra millətçi fikir birləşdi. 1905-ci ildə, Sionist Konqresi Uqanda planını rədd etdikdən sonra, Milli Yəhudi Təşkilatı, yazıçı İsrail Zangwillin rəhbərliyi altında, Baseldə yaradılıb. Bu təşkilat, Asiyanın, Avstraliyanın və Afrikanın müxtəlif bölgələrində yəhudilərin yerləşdirilməsinə uyğun torpaq axtarırdı, lakin bu, uğurlu olmayıb. Balfour Bəyannaməsi və sonrakı sionist oyanışı hərəkətin 1925-ci ildə dağılmasına və parçalanmasına səbəb oldu.

Digər müharibə təcrübələri Sovet İttifaqında iki dünya müharibəsi arasında görünə bilər. Cənub Ukraynasında və Şimali Kırımda bir-birinə bitişik olmayan dörd il 1920-ci illərin əvvəllərində formalaşmış və Nazi işğalı ilə tamamilə aradan qaldırılmalıdır. İkincisi, 1934-cü ildə Yəhudi Muxtar Vilayətinin elan etdiyi Birobidjan (Rusiya sərhədində, Rusiyanın şərqində). Bölgədəki kiçik bir yəhudi azlığını tərk edərək bu cəhd də uğursuz oldu. 1935-ci ildə Isaac Nachman Steinberg, Almaniyada hakimiyyətə gələn natiqlərə reaksiya olaraq Amerika Birləşmiş Ştatlarında Freeland Liqasını qurdu. Bu təşkilat Ekvador, Avstraliya və Surinam şəhərlərində nadir hallarda olan böyük ərazilərdə avtonom yəhudi əraziləri yaratmaq istəyirdi.

Bu milli təşəbbüslərdən heç biri bu gün tətbiq edilmir.

Müasir Sionizm

Müasir Sionizm formal olaraq 1897-ci ildə Avstriya jurnalisti Teodor Herzl tərəfindən yaradılmışdır. O belə hesab edirdi ki, yəhudilər özgə ölkələrdə heç vaxt rahat yaşaya bilməyəcəklər və onların təhlükəsizliyinin təmin edilməsi üçün ən düzgün yol yəhudi dövlətinin yaradılmasıdır. Odur ki, rəsmi Sionizmin əsasında yəhudilərin Fələstinə qaytarılması və orada "Yəhudi dövlətinin" yaradılması ideyası dayanır. Əlbəttə, bu, yalnız "aysberqin görünən tərəfidir". Görəsən, belə bir dövlətin yaradılması naminə milyonlarla yəhudinin qurban verilməsi nə dərəcədə tarixi zərurət idi və özünü doğrultdumu? 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində təşkilatlanmağa meylli və inqilabi ruhlu yəhudilərin İsrail dövlətini yaratmaq bəhanəsi ilə Avropadan uzaqlaşdırılması hansı dövlətlərin marağına xidmət edirdi? 20-ci əsrdəki iki Dünya müharibəsinin və 21-ci əsrdə Yaxın Şərqdə baş verən qanlı hadisələrin Sionizmlə hansı bağlılığı vardır? Və sair.

Qeyd etmək lazımdır ki, sionizm ideologiyası, elə yaradılan vaxtdan, yəhudilərin özləri tərəfindən mübahisəli bir ideologiya olmuşdur. Bu ideologiyanın İudaizmlə eyniləşdirilməsi əleyhinə çıxış edən ortodoks yəhudi anti-sionistlər bildirirlər ki, Yerusəlimə qayıdışın belə təbliği əslində düzgün deyil. İslahatçı yəhidi anti-sionistlər isə yəhudilərin millət olmadıqlarını bildirərək ayrıca Yəhidi dövlətinin yaradılmasını da səhv addım hesab edirlər. Marksist anti-sionistlər isə Sionizmi yeni müstəmləkəçi siyasətin tərkib hissəsi hesab edərək, onu "millətçi ideologiya" adlandırırlar.

Sionizmin əsil mahiyyətini düzgün anlamaq üçün bu ideologiyanın təşəkkül tapmasında və inkişafında hansı qüvvələrin maraqlı olmasını analiz etmək daha düzgün yanaşmadır. Başqa sözlə desək, Sionizm ideologiyasının əsil mahiyyətini başa düşmək üçün bəzi sualların aydınlaşdırılmasına ehtiyac vardır. Məsələn, Avropa ölkələri Sionizmin inkişafına dəstək vermişlərmi? Bəli, tarixi faktlar sübut edir ki, müasir Sionizm ideologiyası təşəkkül tapdıqdan iyirmi il sonra, yəni 20-ci əsrin əvvəllərində, Yəhudilərin Böyük Britaniyaya miqrasiyasını məhdudlaşdıran qanunun əsas tərəfdarı olan Artur Balfor hökumətə təklif edir ki, Yəhudilər Fələstinə yerləşdirilsin. Lakin bu təklif Britaniya yəhudi icmasının özü tərəfindən "anti-semit təklif" kimi qiymətləndirilərək rədd edilmişdir.

Bəzən Sionizmi yəhudi millətinin statusunun bərpası və İsrail dövlətinin yaranması və inkişafı naminə hərəkat da adlandırırlar. Lakin nəzərə alsaq ki, "Uqanda planına" əsasən Yəhudi dövlətinin boş qalmış Şərqi Afrika ərazilərində də yaradılması təklif edilirdi və hətta 20-ci əsrin əvvəllərində bu ideyanı reallaşdırmaq tamamilə mümkün idi, onda başa düşmək çətin deyil.

Sionizmin ABŞ xarici siyasəti ilə əlaqəsi

BMT Baş Assambleyasının 3379-cu Qətnaməsində Sionizmin irqçi ideologiya kimi qiymətləndirilməsi və İsraildəki irqi ayrı-seçkiliyin pislənməsi Yaxın Şərqdəki hadisələrin o qədər də sadə və tezliklə həll edilə bilən olmamasından xəbər verirdi. Sionizmin dünyada sülhə təhlükə olması, irqçi, millətçi və imperialist bir ideologiya kimi xarakterizə edilməsi əlbəttə onun inkişafında və möhkəmlənməsində xüsusi marağı olan ölkələri, xüsusilə də ABŞ-ı narahat etməyə bilməzdi. İsrailin BMT-dakı səfiri Çaim Herzoq bu qətnaməyə öz narazılığını bildirərək onu 1938-ci ildə Hitler Almaniyasının yəhudilərə qarşı soyqırımı ilə müqayisə edirdi. 1991-ci ildə ABŞ –ın ciddi təkidi ilə bu qətnamənin ləğv edilməsi Sionizmin mahiyyətini qətiyyən dəyişmədi və dəyişə də bilməzdi. Əksnə, 1991-ci ildən sonra Yaxın Şərqdə baş verən hadisələr dünya ictimai fikrində özünə yer almış narahatçiliqları bir daha artırdı. Sionizmin ABŞ xarici siyasəti ilə əlaqəsi onun əsil mahiyyətinin nədən ibarət olduğundan xəbər verirdi.

Amerika İsrail İctimai Əlaqələr təşkilatının rəsmi fəaliyyətinə qarşı mübarizə aparan Ortodoks Yəhudilər Sionist rejiminin qlobal təhlükə mənbəyi olduğunu qeyd edirlər. Yəhudilər Sionizm Əleyhinə təşkilatının məruzəçisi Rabbi Yisoel Dovid qeyd edir ki, Sionizmi və "İsrail" dövlətini dəstəkləyən hər kəs başa düşməlidir ki, bununla onlar Yəhudiləri və ya İudaizmi dəstəkləmirlər, əksinə Yaxın Şərqdə gərginliyi və qan tökülməsini dəstəkləyirlər. Tarixən İslam ölkələrində yəhudilərin müsəlmanlarla dinc yanaşı yaşamasını və ictimai harmoniya təşkil etməsini yüksək qiymətləndirən Rəbbi, bu harmoniyanın və sülhün dağıdılmasında Sionizmin mənfi rolunu qeyd edir. O əmindir ki, ərəb və yəhudilər arasındakı din fərqi onlar arasında düşmən münasibətə səbəb ola bilməz. Əksinə, bu düşmənçiliyin əsasında Sionizm dayanır və Sionizm bütün hallarda antisemitizmi doğuran səhv ideologiyadır.

Sionizmin yaranması tarixi göstərir ki, bu ideologiya Dünya Müharibəsinə qədər yəhudilərin böyük əksəriyyəti tərəfindən dəstəklənmirdi. Yəhudilərin İkinci Dünya Müharibəsi ərəfəsində faşist Almaniyası tərəfindən təqib edilməsi Sionizmin yayılmasını gücləndirdi. Bu dövrdə ortodoks yəhudilər sionistlər tərəfindən sosialist və millətçilik ideologiyasına xas olan bəzi elementlərin qəbul etməsinin qəti əleyhinə çıxırdılar. Onlar daha çox Rabbilərin ənənələrinin davam etdirilməsinin tərəfdarı idilər. Sionistlər isə ənənəvi dini dəyərlərin saxlanmasına təhlükə yaradırdılar.

Yaxın Şərq ölkələrində baş verən hadisələr bunu deməyə əsas verir ki, Sionizm qeyri-zorakılığı və qeyri-irqçiliyi təbliğ edən İudaizmdən kəskin fərqlənir. İudaizm tələb edir ki, hansı ölkədə yaşamağından asılı olmayaraq hər bir yəhudi bu ölkənin qanunlarına hörmət edərək sülh şəraitində yaşamalıdır. İudaizmə görə fəaliyyətdə olan qanunlara qarşı üsyan etmək və İsrail torpaqlarını güclə almaq olmaz. İudaizm yerli əhali olan fələstinlilərin əllərindən qanuni torpaqlarının tarixi bəhanə ilə alınmasını qadağan edir. Beləliklə, ortodoks Yəhudilər Fələstində İsrail dövlətinin yaranmasını İudaizm dininin əleyhinə olan addım kimi qiymətləndirərək Sionizmin rəsmi elan etdiyi məqsədlərin də əleyhinə çıxırlar.

Sionizmin yaranmasının və inkişafının tarixi analizi bir daha sübut edir ki, bəyan edildiyinin əksinə olaraq, bu ideologiya heç də yəhudi xalqının mənafeyini əsas götürmür. Belə ki, təkcə fələstinlilərə qarşı deyil, həm də sionizm ideologiyasını sual altına alan hər bir yəhudiyə qarşı da amansız təqiblər baş verir. Əlbəttə, Sionizm ideologiyasının möhkəmlənməsi və inkişaf etdirilməsi məqsədilə onun İudaizmlə yaxın olması iddia edilir. Sionizmi dəstəklənməyən hər bir kəsin isə anti-semit kimi adlandırılması, əslində yəhudilər ilə digərlər arasında fikir ayrılığının yaradılmasına və nəticədə sionizmin gücləndirilməsinə xidmət edir.

Tarixi faktlar göstərir ki, sionizm ideologiyasını təbliğ edənlər onun gücləndirilməsi üçün həm anti-semitizmdən, həm də gələcəkdə Yaxın Şərqdə sədaqətli müttəfiqlik kartından müvəffəqiyyətlə istifadə etmişlər. İsrail tarixçisi Avi Şalim qeyd edir ki, sionizmin yaradıcısı Herzl İsrail dövləti yaradılacağı halda Türkiyə sultanına yəhudi kapitalını, Kayzer Almaniyasına müttəfiqlik, Britaniyaya isə tam müstəmləkəçilik vəd edirdi. O başa düşürdü ki, Sionizm bütün hallarda yalnız böyük dövlətlərin mənafeyi nəzərə alındığı halda mövcud ola bilər. Nəticədə isə bu ideologiya ABŞ-ın mənafeyinə xidmət etməli oldu.

Həmçinin bax

İstinadlar

Mənbə