Məcid Mərdanov: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 43: Sətir 43:


== Hərbi xidmətdə ==
== Hərbi xidmətdə ==
Məcid Mərdanov [[1939]]-cu ildə Sovet ordusu sıralarına çağırılmış, Sovet Ordusu sıralarında qulluq etməyə başlamışdır. Böyük Vətən müharibəsi başlayana qədər orduda mühəndislik kursu keçmiş, orta komandir heyəti üzrə təhsil almışdır. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirak­çısı olmuş, minomyot vzvod komandiri kimi Leninqrad, Kareliya və Estoniya cəbhələrində vuruşmuşdur.<ref name=":0" /><ref name=":1" />Məcid Mərdanov 1944-cü il fevralın 24-də Kareliyada gedən döyüşlər zamanı ağır yaralanaraq sağ ayağını itirmişdir. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan tərxis olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur.
Məcid Mərdanov [[1939]]-cu ildə Sovet ordusu sıralarına çağırılmış, Sovet Ordusu sıralarında qulluq etməyə başlamışdır. Böyük Vətən müharibəsi başlayana qədər orduda mühəndislik kursu keçmiş, orta komandir heyəti üzrə təhsil almışdır. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirak­çısı olmuş, minomyot vzvod komandiri kimi Leninqrad, Kareliya və Estoniya cəbhələrində vuruşmuşdur.<ref name=":0" /><ref name=":1" />Məcid Mərdanov 1944-cü il fevralın 24-də Kareliyada gedən döyüşlər zamanı ağır yaralanaraq sağ ayağını itirmişdir. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan tərxis olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur.<ref>{{Cite web |date=2023-09-25 |title=Tarixə dönmüş kimyaçı ömrü |url=http://milliarxiv.gov.az/az/mecid-merdanov |access-date=11.06.2024 |website=milliarxiv.gov.az}}</ref>
O, [[1946-1948]]-ci illər ərzində Saratov şəhərində yaşamışdır. [[1948]]-ci ildə Saratovdan Bakıya qayıdaraq V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur. [[1949]]-cu ildən xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının baş mühəndisi; [[1952]]-ci ildən ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışmışdır.
O, [[1946-1948]]-ci illər ərzində Saratov şəhərində yaşamışdır. [[1948]]-ci ildə Saratovdan Bakıya qayıdaraq V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur. [[1949]]-cu ildən xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının baş mühəndisi; [[1952]]-ci ildən ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışmışdır.

06:29, 11 iyun 2024 tarixinə olan versiya

Məcid Əhəd
Məcid Əhəd oğlu Mərdanov
Doğum tarixi
Doğum yeri Vəndam, Qəbələ rayonu
Vəfat tarixi (69 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi Kimya
Elmi dərəcəsi Professor
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Azərbaycan Dövlət Universiteti

Məcid Əhəd oğlu Mərdanov (22 iyul 1913, Qutqaşen rayonu27 sentyabr 1982) — texnika elmləri doktoru (1962), professor (1963), Əməkdar elm xadimi (2006), AMEA-nın həqiqi üzvü (1972)

Həyatı

Məcid Mərdanov 1913-cü il iyul ayının 9-da Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur.[1] 1920-ci ildə Göyçay rayon məktəbinə daxil olmuş, 1926-cı ildə həmin məktəbi bitirmişdir. 1931-ci ildə Pedoqoji Texnikumu bitirmişdir. 1934-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 1939-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.[2][3]

Hərbi xidmətdə

Məcid Mərdanov 1939-cu ildə Sovet ordusu sıralarına çağırılmış, Sovet Ordusu sıralarında qulluq etməyə başlamışdır. Böyük Vətən müharibəsi başlayana qədər orduda mühəndislik kursu keçmiş, orta komandir heyəti üzrə təhsil almışdır. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirak­çısı olmuş, minomyot vzvod komandiri kimi Leninqrad, Kareliya və Estoniya cəbhələrində vuruşmuşdur.[2][3]Məcid Mərdanov 1944-cü il fevralın 24-də Kareliyada gedən döyüşlər zamanı ağır yaralanaraq sağ ayağını itirmişdir. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan tərxis olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur.[4]

O, 1946-1948-ci illər ərzində Saratov şəhərində yaşamışdır. 1948-ci ildə Saratovdan Bakıya qayıdaraq V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur. 1949-cu ildən xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının baş mühəndisi; 1952-ci ildən ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışmışdır.

1953-cü ildə "Benzolun olifenlərlə alkilləşməsi nəticəsində alınan polialkil benzolların katalitik çevrilməsi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının yeni təşkil edilmiş Neft-Kimya prosesləri institutunda elmi işlər üzrə direktorun birinci müavini işləmişdir.

Elmi tədqiqatlarının əsas istiqaməti, neftlərin təşkilinin tədqiqi və onların əsasında yeni növ reaktiv yanacaqların istehsal texnologiyasının işlənməsi olmuşdur.

1959-cu ildə onun rəhbərliyi ilə keçmiş SSRİ-də ilk termostabil T-5 markalı reaktiv yanacağının Azərbaycan neftlərindən istehsal texnologiyası sənayəsində tətbiq olunmuşdur.

Bu sahədə apardığı tədqiqatlar digər region neftlərindən termostabil yanacaqların alınması istiqamətində aparılan tədqiqatların əsasını qoydu.

Rəhbərliyi ilə səs sürətindən iti sürətli təyyarələr üçün T-6 markalı yüksək termostabil yanacağın alınma texnologiyası yaradılmış və Başqırdıstanın Salavt Neft-Kimya Kombinatında istehsal olunub, sənayə-təcrübi nümunəsi ixtisaslaşdırılmış üsullarla sınaqdan müvəfəqiyyətlə keçmiş və aviasiyada istifadəsinə vəsadət verilmişdir.

Rəhbərliyi altında keçmiş SSRİ-də ilk dəfə olaraq piroliz prosesinin mayə məhsullarından yükək təmizlik dərəcəsinə malik tsiklopentadienin ayrılma texnologiyası işlənib, yarım sənayə qurğusunda tətbiqini tapmışdır. Bu qurğu Rusiya Federasiyasının Novokuybışev şəhərində Neft-Kimya Layihə İnstitutu tərəfindən layihələndirilmişdir.

Bu prosesin işlənib hazırlanmasına görə M.Ə.Mərdanov "SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri" sərgisinin gümüş medalı ilə təltif olunmuşdur. M.Ə.Mərdanov əməkdaşları ilə motor yanacaqlarının keyfiyyətini artıran aşqarların və korroziya inhibitorlarının yaradılması və tətbiqi sahəsində geniş tədqiqatlar aparmışdır. Karbamid və ortofosfat turşusu əsasında yaradılmış çoxfunksiyalı korroziya inhibitoru VFİRS-82 MDB ölkələrində geniş tətbiq tapmışdır.

Professor M.Ə.Mərdanov yanacaqlar sahəsində kadrlar hazırlanmasında böyük diqqət yetirirdi. Onun bilavasitə rəhbərliyi altında 3 elmlər doktoru, 20 elmlər namizədi yetişdirilmişdir. M. Ə. Mərdanovun apardığı elmi tədqiqatların nəticələri 216-dan artıq elmi məqalədə və 75-dən çox müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Məcid Əhəd oğlu Mərdanov uzun illər sürən ağır xəstəlikdən sonra 1982-ci il sentyabrın 27-də vəfat etmişdir.

Təhsili və elmi dərəcə və elmi adları

  • M.Ə.Mərdanov 1920-ci ildə Göyçay rayonu məktəbinə daxil olmuş, 1926-cı ildə həmin məktəbi bitirmişdir. 1931-ci ildə pedoqoji texnikumu bitirmişdir. 1931-1934-cü illərdə Qəbələ rayonunun məktəblərinə əvvəlcə müəllim sonra tədris hissə müdiri və direktor kimi fəaliyyət göstərmişdir.
  • 1934-cü ildə M.Ə.Mərdanov Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1939-cu ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Universitetdə oxuduğu müddətdə, M. Ə. Əzizbəyov adına (indiki Neft Akademiyası) Azərbaycan Sənayə İnstitutunda laborant, baş laborant vəzifəsində çalışmışdır. Universiteti bitirdikdən sonra “Analtitik kimya” kafedrasında müəllim işləmişdir.

Tədqiqat sahəsi

1962-ci ildə M.Ə.Mərdanov "Azərbaycan neftlərindən reaktiv yanacaqların alınması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1963-cü ildə ona SSRİ Ali Atestasiya Komisiyasının (AAK) qərarı ilə texnika elmləri doktoru alimlik dərəcəsi, 1964-cü ildə isə professor elmi adı verilmişdir.

  • Onun rəhbərliyi ilə sintez edilmiş yeni antistatik aşqar AP-h. 34-1 Bakı Şinzavodu, Tiflis Aviasiya Zavodu və Pern Mühərrik Zavodunda müvəffəqiyyətlə tətbiq olunmuşdur.

Mükafatları

  • Elmin inkişafındakı roluna və yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə M.Ə.Mərdanov, Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" adına layiq görülmüşdür. Onun əməyi yüksək qiymətləndirilərək "Şərəf nişanı" və "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və bir çox medallarla təltif olunmuşdur.

İstinadlar

  1. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. 1 2 "Mərdanov Məcid Əhəd oğlu". science.gov.az. İstifadə tarixi: 2024-06-11.
  3. 1 2 "Məcid Əhəd oğu Mərdanovun həyat yolu". www.nkpi.az. 2018-04-09. İstifadə tarixi: 11.06.2024.
  4. "Tarixə dönmüş kimyaçı ömrü". milliarxiv.gov.az. 2023-09-25. İstifadə tarixi: 11.06.2024.