Adi ərsindimdik

Vikipediya, azad ensiklopediya
AlleborgoBot (müzakirə | töhfələr) (Bot redaktəsi dəyişdirilir: en:Eurasian Spoonbill) tərəfindən edilmiş 08:01, 1 dekabr 2008 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

thumbright

  • Status. Nadir, sayı azalmaqda olan yuvalayan növdür.
  • Yayılması. Azərbaycan ərazisində bütün iri su hövzələrində yuvalayırdı. Hazırda yalnız Ağgöl, Qızılağac və Mahmudçalada yuvalayır (digər su hövzələrində stabil yuvalamır).
  • Yaşayış yeri. Qamışlıqlarla örtülü düzənlik su hövzələri, yuvalama biotopları insan üçün çətin keçilən qamışlıqlar, eləcə də yulğunluqlardır.
  • Təbiətdə sayı. Son illər ərsindimdiklərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdır. Əgər Ağgöldə 1964-cü ildə 5320 quş, 1968-ci ildə – 2200 quş qeyd edilmişdirsə, 80-ci illərin sonunda yuvalayan populyasiyalarda bu quşların sayı 200-ə qədər olmuşdur.
  • Çoxalması. Aprelin əvvəlində cütlərə ayrılaraq bu quşlar yuva qurmağa başlayırlar ki, burada hər iki valideyn iştirak edir. Yuva 4-5 gün ərzində qurulur. Yuvada yumurtaların sayı adətən 2-3, bəzən 4-5 ədəd olur. İkinci yumurta qoyulduqdan sonra hər iki valideyn növbə ilə kürt yatır (24-25 gün). Müstəqil cavan fəpdlərə iyul ayında təsadüf olunur.
  • Sayının dəyişilmə səbəbləri. Ərsindimdik rahatsızlıq amilinə çox duyuq quşdur. Su hövzələrinin qurudulması yuva koloniyalarına məhvedici təsir edir.
  • Qorunması üçün zəruri tədbirlər. Qeydə alınmış bütün koloniyalarının dövlət tərəfindən ciddi qorunması.