Abram Hannibal

Vikipediya, azad ensiklopediya
Vagobot (müzakirə | töhfələr) (Şəxs şablonu qaydaya salınır) tərəfindən edilmiş 08:08, 23 sentyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Abram(İbrahim)Petroviç Hannibal
Abram(İbrahim)Petroviç Hannibal
Doğum tarixi
Doğum yeri Laqon, Şimali Efiopiya
Vəfat tarixi
Vəfat yeri Syuda, Rusiya
Dəfn yeri Syuda
Vətəndaşlığı Rusiya
Milliyyəti ərəb
İxtisası hərbi-mühəndis
Fəaliyyəti mühəndis, müəllim
Tanınır 1-ci Pyotrun ərəbi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abram (İbrahim) Petroviç Hannibal (güm. 1696[1][2][…], Efiopiya imperiyası[3][4]14 (25) may 1781[5][6]) — rus hərbi mühəndisi. general-anşef(1739).

Həyatı

Efiop knyaz ailəsində doğulmuşdur. Hannibalı yeddi yaşında türklər tərəfindən girov kimi İstanbula aparmışdılar.1706-cı ildə rus səfiri S.Raquzski onu Moskvaya gətirmiş və çara bağışlamışdı. 1-ci Pyotr onu 11 il yanında kamerdiner və katib kimi saxlamış. 1717-ci ildə hərbi-mühəndislik işini öyrənmək üçün Fransaya göndərmişdi. O, 1723-cü ildə Rusiyaya qayıtmış, mühəndis işləmiş, müəllimlik etmiş, 1762-ci ildə istefaya çıxmışdı. Hərbi mühəndislik sənəti haqqında əsəri (1726) var. Hannibal A.S.Puşkinin ulu babasıdır. "Böyük Pyotrun ərəbi" povestində A.S.Puşkin Hannibalın obrazını əbədiləşdirmişdir. Həmin povest əsasında eyni adlı bədii film də cəkilmişdir.[7]

İstinadlar