Frenk Kelloq

Vikipediya, azad ensiklopediya
Xayala Mammadli (müzakirə | töhfələr) tərəfindən edilmiş 16:47, 3 yanvar 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Frenk Kelloq
Frenk Kelloq
5 mart 1925 – 28 mart 1929
ABŞ senatoru[d]
4 mart 1917 – 4 mart 1919
ABŞ senatoru[d]
4 mart 1919 – 4 mart 1921
ABŞ senatoru[d]
4 mart 1921 – 4 mart 1923
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1856(1856-12-22)[1][2][…]
Vəfat tarixi 21 dekabr 1937(1937-12-21)[1][2][…] (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi, hakim, vəkil, diplomat, xarici işlər naziri[d]
Həyat yoldaşı Klara Kuk

Təltifləri Nobel mükafatı Nobel Sülh Mükafatı (1929)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frenk Billinqs Kelloq — (22 dekabr 1856 - 21 dekabr 1937) ABŞ SenatındaABŞ dövlət katibi vəzifəsində çalışmış xidmət etmiş Amerikalı vəkil, siyasətçi və dövlət xadimi idi.[5] 1929-cu ildə Brian-Kelloq paktına görə Nobel sülh mükafatına layiq görülmüşdür.[6]

Erkən həyatı və karyerası

Kelloq, 1856-ci il dekabrın 22-də Nyu-Yorkun Potsdam şəhərində Abeqeyl (Billinqs) və Asa Farnsvors Kelloqun ailəsində dünyaya gəlib.[7] Ailəsi 1865-ci ildə Minnesota ştatına köçür.[8]

Kelloq 1877-ci ildə Minnesota ştatının Roçester şəhərində hüquq təhsili aldı və vəkillik fəaliyyətinə başladı. 1878–1881-ci illərdə Roçester şəhər vəkili və 1882 - 1887 arasında, Minnesota, Olmstid Kauntri qraflığı vəkili vəzifəsində çalışıb. 1886-cı ildə Minnesota ştatındakı Sent-Pol şəhərinə köçür.[8]

1905-ci ildə, Teodor Ruzvelt Kelloqdan federal antiinhisar davasını mühakimə etməsini istəyəndə Kelloq federal hökumətə qoşuldu. 1906-cı ildə Kelloq, Eduard Henri Harriman haqqında araşdırma aparmaq üçün Dövlətlərarası Ticarət Komissiyasına xüsusi vəkil təyin edildi. 1908-ci ildə Şerman Antiinhisar qanununa əsasən Union Pacific Railroada qarşı federal prokurorluğa rəhbər təyin edildi.[9][10][11] Onun ən mühüm işi, Amerika Birləşmiş Ştatları, 221 ABŞ 1 (1911)-dəki,Nyu-Cersi Standard Oil idi. Bu uğurlu ittihamdan sonra Amerika Barolar Birliyinin prezidenti seçildi (1912–1913).

1907-ci ildə Amerika İnqilabı Oğulları Minnesota Cəmiyyətinin yurddaşı seçildi.[12]

ABŞ Senatı

1916-cı ildə Kelloq Minnesota ştatından ABŞ Senatına Respublikaçılar partiyasından seçildi və 4 mart 1917 - 4 mart 1923-cü illər arasında 65,66 və 67-ci Konqreslərdə vəzifə yerinə yetirdi. Versal sülh müqaviləsinin ratifikasiyası döyüşündə,ratifikasiyanı dəstəkləyən nadir respublikaçılardan biri idi. 1922-ci ildə yenidən seçilmək təklifini itirdi və 1923-cü ildə Çili, Santyaqoda keçirilən Amerika Dövlətlərinin Beşinci Beynəlxalq Konfransında ABŞ nümayəndəliyini təmsil etdi.[8]

Böyük Britaniya səfiri

1924-cü ildə, prezident Kalvin Kulic tərəfindən 14 yanvar 1924 - 10 fevral 1925-ci illər arasında Böyük Britaniyaya fövqəladə[13] və səlahiyyətli səfir təyin edildi. Uorren Hardinqin dövründə xidmət edən Corc Brinton Mak-Kellan Harveyin yerinə keçdi və Kelloq Dövlət katibi olması üçün Alanson Biqelou Houtona qalib gəldi.[8]

Dövlət katibi

Şəxsi həyatı

İrsi

İstinadlar

  1. 1 2 Frank B. Kellogg // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Frank Billings Kellogg // Brockhauz Ensiklopediyası (alm.).
  3. Bell A. Frank B. Kellogg // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  4. Find a Grave (ing.). 1996.
  5. Sitat səhvi: Yanlış <ref> teqi; obit adlı istinad üçün mətn göstərilməyib
  6. "The Nobel Peace Prize 1929". Nobelprize.org. İstifadə tarixi: October 6, 2011.
  7. [1]
  8. 1 2 3 4 "KELLOGG, Frank Billings - Biographical Information". bioguide.congress.gov. Biographical Directory of the United States Congress. İstifadə tarixi: May 13, 2017.
  9. "TAFT DECLINES COMMENT.; F.B. Kellogg, in Conference with Candidate, Also Silent Now". The New York Times. July 23, 1908. İstifadə tarixi: May 13, 2017.
  10. "Article 2 -- No Title". The New York Times. November 21, 1909. İstifadə tarixi: May 13, 2017.
  11. Neubeck, Deborah Kahn. "Collection Finding Aids, Frank B. Kellogg chronology". mnhs.org. İstifadə tarixi: December 14, 2014.
  12. https://www.ancestry.com/interactive/2204/32596_242110-00195?pid=202616&backurl=https://search.ancestry.com/cgi-bin/sse.dll?_phsrc%3DWOu109%26_phstart%3DsuccessSource%26usePUBJs%3Dtrue%26indiv%3D1%26db%3DSARMemberApps%26gss%3Dangs-d%26new%3D1%26rank%3D1%26msT%3D1%26gsfn%3Dfrank%26gsfn_x%3D1%26gsln%3Dkellogg%26gsln_x%3D1%26MSAV%3D1%26uidh%3Dvt7%26pcat%3D39%26fh%3D0%26h%3D202616%26recoff%3D%26ml_rpos%3D1&treeid=&personid=&hintid=&usePUB=true&_phsrc=WOu109&_phstart=successSource&usePUBJs=true
  13. "2,000 NOMINATIONS MADE BY COOLIDGE; List Is Headed by Frank B. Kellogg for Ambassador to Britain". The New York Times. December 11, 1923. İstifadə tarixi: May 13, 2017.

Həmçinin bax

Xarici keçidlər