Frenk Kelloq

Vikipediya, azad ensiklopediya
Xayala Mammadli (müzakirə | töhfələr) (→‎Xarici keçidlər) tərəfindən edilmiş 15:01, 4 yanvar 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Frenk Kelloq
Frenk Kelloq
5 mart 1925 – 28 mart 1929
ABŞ senatoru[d]
4 mart 1917 – 4 mart 1919
ABŞ senatoru[d]
4 mart 1919 – 4 mart 1921
ABŞ senatoru[d]
4 mart 1921 – 4 mart 1923
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1856(1856-12-22)[1][2][…]
Vəfat tarixi 21 dekabr 1937(1937-12-21)[1][2][…] (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi, hakim, vəkil, diplomat, xarici işlər naziri[d]
Həyat yoldaşı Klara Kuk

Təltifləri Nobel mükafatı Nobel Sülh Mükafatı (1929)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frenk Billinqs Kelloq — (22 dekabr 1856 - 21 dekabr 1937) ABŞ SenatındaABŞ dövlət katibi vəzifəsində çalışmış xidmət etmiş Amerikalı vəkil, siyasətçi və dövlət xadimi idi.[5] 1929-cu ildə Brian-Kelloq paktına görə Nobel sülh mükafatına layiq görülmüşdür.[6]

Erkən həyatı və karyerası

Kelloq, 1856-ci il dekabrın 22-də Nyu-Yorkun Potsdam şəhərində Abeqeyl (Billinqs) və Asa Farnsvors Kelloqun ailəsində dünyaya gəlib.[7] Ailəsi 1865-ci ildə Minnesota ştatına köçür.[8]

Kelloq 1877-ci ildə Minnesota ştatının Roçester şəhərində hüquq təhsili aldı və vəkillik fəaliyyətinə başladı. 1878–1881-ci illərdə Roçester şəhər vəkili və 1882 - 1887 arasında, Minnesota, Olmstid Kauntri qraflığı vəkili vəzifəsində çalışıb. 1886-cı ildə Minnesota ştatındakı Sent-Pol şəhərinə köçür.[8]

1905-ci ildə, Teodor Ruzvelt Kelloqdan federal antiinhisar davasını mühakimə etməsini istəyəndə Kelloq federal hökumətə qoşuldu. 1906-cı ildə Kelloq, Eduard Henri Harriman haqqında araşdırma aparmaq üçün Dövlətlərarası Ticarət Komissiyasına xüsusi vəkil təyin edildi. 1908-ci ildə Şerman Antiinhisar qanununa əsasən Union Pacific Railroada qarşı federal prokurorluğa rəhbər təyin edildi.[9][10][11] Onun ən mühüm işi, Amerika Birləşmiş Ştatları, 221 ABŞ 1 (1911)-dəki,Nyu-Cersi Standard Oil idi. Bu uğurlu ittihamdan sonra Amerika Barolar Birliyinin prezidenti seçildi (1912–1913).

1907-ci ildə Amerika İnqilabı Oğulları Minnesota Cəmiyyətinin yurddaşı seçildi.[12]

ABŞ Senatı

1916-cı ildə Kelloq Minnesota ştatından ABŞ Senatına Respublikaçılar partiyasından seçildi və 4 mart 1917 - 4 mart 1923-cü illər arasında 65,66 və 67-ci Konqreslərdə vəzifə yerinə yetirdi. Versal sülh müqaviləsinin ratifikasiyası döyüşündə,ratifikasiyanı dəstəkləyən nadir respublikaçılardan biri idi. 1922-ci ildə yenidən seçilmək təklifini itirdi və 1923-cü ildə Çili, Santyaqoda keçirilən Amerika Dövlətlərinin Beşinci Beynəlxalq Konfransında ABŞ nümayəndəliyini təmsil etdi.[8]

Böyük Britaniya səfiri

1924-cü ildə, prezident Kalvin Kulic tərəfindən 14 yanvar 1924 - 10 fevral 1925-ci illər arasında Böyük Britaniyaya fövqəladə[13] və səlahiyyətli səfir təyin edildi. Uorren Hardinqin dövründə xidmət edən Corc Brinton Mak-Kellan Harveyin yerinə keçdi və Kelloq Dövlət katibi olması üçün Alanson Biqelou Houtona qalib gəldi.[8]

Dövlət katibi

1927-ci ildə Frenk B.Kelloq tərəfindən dövlət katibi olaraq imzalanmış vəsiqə.

1925-ci ildən 1929-cu ilədək prezident Kulic kabinetində ABŞ dövlət katibi vəzifəsini icra etdi.[14] 1928-ci ildə İrlandiyanın Dublin şəhərində "Şəhər Azadlığı" mükafatına layiq görüldü və 1929-cu ildə Fransa hökuməti onu "Fəxri Legion" ordeni ilə mükafatlandırıldı.[8]

Şəxsi həyatı

Kelloqun Vaşinqtondakı keçmiş iqamətgahı.

1886-cı ildə Kelloq Corc Klinton Kuk (1828-1901) və Elizabet (qardaş Börns) Kukun (1838-1908) qızı Klara Mey Kuk (1861-1942) ilə evləndi.[15]

1880-ci ildə, 1 aprel, 19 aprel və 3 may tarixlərində masonluq dərəcələrini aldığı,21 nömrəli mason lojasına üzv oldu.[16]

Sent-Polda 81 yaşı ərəfəsində,insultdan sonra,düçar olduğu sətəlcəmdən vəfat etdi.[5] Vaşinqtonda Vaşinqton milli kafedralında dəfn edilib.[8]

İrsi

1937-ci ildə, qəyyumu olduğu Karlton Kollecində Kellogg Beynəlxalq Münasibətlərdə Kelloq Təhsil vəqfini təsis etdi.[17] Sent-Poldakı evi, Frenk B.Kelloq Evi 1976-cı ildə ABŞ Milli Tarixi Abidələri siyahısına salındı.[18]

Aşağıdakılar onun şərəfinə adlandırılıb:

  • Sent-Pol şəhərindəki Kelloq Bulvarı.[19]
  • Vaşinqton,Şorelayn və Roçester, Minnesotadakı Kelloqun adını daşıyan orta məktəblər, Roseville School District 623-ün bir hissəsi olan Minnesota, Little Canada-daki Frenk B. Kelloq Liseyi (1986-cı il).
  • Frenk B. Kelloqun adını daşıyan "Liberti" gəmi nəqliyyatı.

Sənədləri

Frenk B. Kelloqun sənədləri Minnesota Tarix Cəmiyyətində araşdırmalar üçün istifadə edilə bilər. Bunlara yazışmaları və müxtəlif sənədlər, Dövlət Departamentinin dublikatları, müxtəlif xəbərlərdən kəsilib toplanmış albomları, mükafatları,memorandumları, fəxri fərmanlar, xəritələr və xatirə sənədləri daxildir.[20]

İstinadlar

  1. 1 2 Frank B. Kellogg // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Frank Billings Kellogg // Brockhauz Ensiklopediyası (alm.).
  3. Bell A. Frank B. Kellogg // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  4. Find a Grave (ing.). 1996.
  5. 1 2 "Frank B. Kellogg Dies At Age Of 81 [sic]. Winner of Nobel Peace Prize for Pact Outlawing War, Ex-Secretary of State". The New York Times. December 22, 1937. İstifadə tarixi: December 16, 2014. Frank B. Kellogg, former World Court judge and Secretary of State, died at 7:28 P. M., Guy Chase, his law partner, announced tonight.
  6. "The Nobel Peace Prize 1929". Nobelprize.org. İstifadə tarixi: October 6, 2011.
  7. [1]
  8. 1 2 3 4 5 6 "KELLOGG, Frank Billings - Biographical Information". bioguide.congress.gov. Biographical Directory of the United States Congress. İstifadə tarixi: May 13, 2017.
  9. "TAFT DECLINES COMMENT.; F.B. Kellogg, in Conference with Candidate, Also Silent Now". The New York Times. July 23, 1908. İstifadə tarixi: May 13, 2017.
  10. "Article 2 -- No Title". The New York Times. November 21, 1909. İstifadə tarixi: May 13, 2017.
  11. Neubeck, Deborah Kahn. "Collection Finding Aids, Frank B. Kellogg chronology". mnhs.org. İstifadə tarixi: December 14, 2014.
  12. https://www.ancestry.com/interactive/2204/32596_242110-00195?pid=202616&backurl=https://search.ancestry.com/cgi-bin/sse.dll?_phsrc%3DWOu109%26_phstart%3DsuccessSource%26usePUBJs%3Dtrue%26indiv%3D1%26db%3DSARMemberApps%26gss%3Dangs-d%26new%3D1%26rank%3D1%26msT%3D1%26gsfn%3Dfrank%26gsfn_x%3D1%26gsln%3Dkellogg%26gsln_x%3D1%26MSAV%3D1%26uidh%3Dvt7%26pcat%3D39%26fh%3D0%26h%3D202616%26recoff%3D%26ml_rpos%3D1&treeid=&personid=&hintid=&usePUB=true&_phsrc=WOu109&_phstart=successSource&usePUBJs=true
  13. "2,000 NOMINATIONS MADE BY COOLIDGE; List Is Headed by Frank B. Kellogg for Ambassador to Britain". The New York Times. December 11, 1923. İstifadə tarixi: May 13, 2017.
  14. "SACASA PROTESTS KELLOGG'S COURSE; Said to Have Threatened in Message to Rouse Latin America Against Us. WILL KEEP UP THE FIGHT He Promptly Denies Story That He Is Giving Up in Face of Our Opposition". The New York Times. January 15, 1927. İstifadə tarixi: May 13, 2017.
  15. "MRS. F. B. KELL0GG, DIPLOMAT'S WIDOW; Was Hostess for Her Husband Co-Author of Peace Pact and Ex-Secretary of State DIES AT ST. PAUL HOME Aided Mrs. Coolidge at White House FetesmCouple Marked 50th Anniversary in 1936". The New York Times. October 3, 1942. İstifadə tarixi: May 13, 2017.
  16. Denslow, William R. "10,000 Famous Freemasons". The Phoenixmasonry Masonic Museum and Library. Macoy Publishing & Masonic Supply Co., Inc. 1957. İstifadə tarixi: November 10, 2014.
  17. "CARLETON COLLEGE GETS $500,000 GIFT; Frank B. Kellogg Establishes Unit for Study of International Relations". The New York Times. June 8, 1937. İstifadə tarixi: May 13, 2017.
  18. "Frank B. Kellogg House". National Historic Landmark summary listing. National Park Service. April 3, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 8, 2008.
  19. Millett, Larry. AIA Guide to the Twin Cities: The Essential Source on the Architecture of Minneapolis and St. Paul. Minnesota Historical Society Press. 2007. 142. ISBN 978-0-87351-540-5.
  20. Frank B. Kellogg Papers

Həmçinin bax

Ədəbiyyat

  • Bryn-Jones, David. Frank B. Kellogg: A Biography. New York, G. P. Putnam's Sons, 1937. (Reprinted in 2007: ISBN 978-1-4325-8982-0)
  • Ellis, Lewis Ethan. Frank B. Kellogg and American foreign relations, 1925-1929. New Brunswick, N.J.: Rutgers University Press, 1961.
  • Ellis, Lewis Ethan. Republican foreign policy, 1921–1933 (1968)
  • Ellis, L. Ethan. “Frank B. Kellogg” in An Uncertain Tradition: American Secretaries of State in the 20th Century. ed. Norman A. Graebner. (1961) pp 149–67.
  • Ferrell, Robert H. Frank B. Kellogg & Henry L. Stimson: The American Secretaries of State and their diplomacy. Cooper Square Publishers, 1963. online
  • Rhodes, Benjamin D. United States Foreign Policy in the Interwar Period, 1918-1941: The Golden Age of American Diplomatic and Military Complacency (2001) pp 57–72.

Xarici keçidlər