Begemot

Vikipediya, azad ensiklopediya
TexnoBot (müzakirə | töhfələr) (→‎top: Şəkil→Fayl, File→Fayl using AWB) tərəfindən edilmiş 12:31, 8 avqust 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Begemot
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Begemot
Beynəlxalq elmi adı
Begemot

Adi begemot, yaxud hippopotam (lat. Hippopotamus amphibius) — iri, otyeyən məməli heyvandır, bədəninin uzunluğu 4-5 metrədək, çiyninin hündürlüyü 1,5 metrə yaxın, çəkisi 3-4,5 ton olur. Dərisi qalın və tüksüz, başı iri, burnu enli, gözləri və qulaqları xırda, ayaqları yoğun və qısadır. Barmaqlarının arasında üzmə pərdəsi var. Çay və göllərdə yaşayır, sahilə az çıxır. Ot ilə qidalanır. Boğazlıq müddəti 240 gündür. 1 bala doğur.

Yunan dilindən tərcümədə "hippopotamus" "çay atı" deməkdir.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0