Şeyx İbrahim

Vikipediya, azad ensiklopediya
TgrlBot (müzakirə | töhfələr) (şablon parametrləri) tərəfindən edilmiş 10:12, 26 fevral 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Şeyx İbrahim Səfəvi
Ərdəbil hakimliyinin IV Şeyxi
1424 – 1447
ƏvvəlkiŞeyx Xacə Əlaəddin Əli
SonrakıŞeyx Cüneyd (həqiqi) Şeyx Cəfər (faktiki)
Şəxsi məlumatlar
Doğum tarixi 1401
Doğum yeri Ərdəbil
Vəfat tarixi
Vəfat yeri Ərdəbil
Dəfn yeri Ərdəbil
Atası Şeyx Xacə Əlaəddin Əli
Anası Qədəm xanım (Sultan Cəlaləddin Hüseynin nəvəsi)
Uşağı Şeyx Cüneyd

Şeyx İbrahim (Səfəvi) — Ərdəbil hakimliyinin IV şeyxi

Şeyx İbrahim Şeyx Əli ilə Qədəm xanımın böyük oğlu olmuşdur. Qədəm xanım Cəlari Şeyx Hüseynin nəvəsi idi.

Şeyx İbrahim atasının sağlığında hakimliyə gəlmişdi və onun dövründə onun tabeliyində olan şiə əqidəli siyasi-hərbi səfəvi birləşmələrinin Qaraqoyunlulara müttəfiq olduğu aydın sezilir. Belə ki, Metsoflu Tomas adlı erməni tarixçi XV əsrdə yazdığı "Teymur və onun xələflərinin tarixi" əsərində Şeyx İbrahimin də adını çəkir. 1440-1441-ci illərdə Cahanşahın Gürcüstan səfərində Şeyx İbrahimin qaraqoyunlular tərəfindən iştirakını görürük. Tarixci yazır ki, Gürcüstan hökümdarı İsgəndərin Cahanşahı təhqir etməsi və təslim olmaması bu ölkəyə fəlakət gətirdi. Həmçinin erməni tarixçi əsərində maraqlı bir ifadə işlədir:"Budur Türkmənlər!...Biz ermənilər isə həmişə gürcülərə ümid bağlayardıq, kafirlər arasında öyünərdik, lakin bundan sonra məyus olduq və kafirlərin önündə dağılan qaldıq. Peyğəmbərin sözləri yerinə yetdi: insana ümid bağlayan insana lənət gəldi... Çarmıxa çəkilən, kilsə üçün canını verən Rəbb İsa Məsihdən başqa bizə kömək edəcək kimsə yox idi". Gürcüstanın təslimiyyətindən sonra Şeyx İbrahim Cahanşaha məsləhət gördü ki, kafirlərin dinimizi təhqirlərinə qarşılıq onları vassal etməklə yanaşı, cizyə və xəraca məruz qoysunlar. Bu məsləhət yerinə yetdi.[1]

Şeyx İbrahim ani xəstəlikdən 1447-ci ildə vəfat etmişdir. Məzarı Ərdəbildədir. Ölümündən sonra qardaşı Şeyx Cəfər və oğlu Şeyx Cüneyd arasında Ərdəbilə hakimlik üçün mübarizə başlamışdır.

  1. Metsoflu Tovma, Patmaqrutyun (Levon Xaçikyan redaktəsilə) - Yerevan, Mağağat nəşri, 1999, səh 207-208