Havay tipli vulkan
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Havay tipli vulkan – mərkəzi tipli vulkan qurğusudur; lavaların az qalınlıqlı "qatlarından" və bunlarla laylaşan cüzi miqdarda qırıntal-ovuq materialdan ibarətdir. Qurğu- nun 8° bucaq altında хеyli yasamal yatan yamaclar qalxan görkəmindədir. Vulkanın zirvəsində krater yalımyatar ya- macları olan və bəzən kalderanın ölçüləri qədər geniş nim- çəvari görkəmə malikdir. İşlək vulkanların kraterlərinin dibində lava gölü əmələ gəlir. Havay vulkanları son dərəcə böyük ölçülərə malik olur; hündürlüyü okеan dibi hesaba alınmaqla 4 km, en kəsik 400 km-ə çatır. Bu vulkanlar formaca qalxanvari vulkanlara aiddir.
Mənbə
[redaktə | mənbəni redaktə et]Afrika geologiyası-H. S. Bağırov , Ə. F. Kərimov-Bakı – 2011