Amfisbena

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Amfisbena
Aberdin bestiarisindən Amfisbena illüstrasiyası. Təxminən 1200-ci il.
Aberdin bestiarisindən Amfisbena illüstrasiyası. Təxminən 1200-ci il.
Mifologiya Qədim yunan mifologiyası
Roma mifologiyası
Tipi ilan
Yunanca adı ἀμφίσβαινα
Latınca adı amphisbaena
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amfisbena (q.yun. ἀμφίσβαινα; ἀμφίς – "hər iki tərəfdən" və βάινο – "gedirəm" sözlərindən) — yunanRoma mifologiyasında uydurma ilanabənzər heyvan.

Etimologiya

"Amfisbena" yunan dilindəki "ἀμφίς" – "hər iki tərəfdən" və "βάινο" – "gedirəm" sözlərindən yaranışdır. Bu, hərfi tərcümədə "iki istiqamətdə hərəkət etmək" deməkdir.[1]

Tarixi

PliniLukan amfisbenanı "bədənin hər iki ucunda yerləşən iki başı var idi" kimi təsvir etmişdir. Plini əlavə edir: "Sanki onun ağzı zəhərini üfürməyə bəs etmir, gözləri də od püskürür. Onun istiliyi qarı əridə bilər". Amfisbenanı cəhənnəmin yeddinci dairəsinə yerləşdirən Brunetto Latini yazmışdır ki, "amfisbena iki başı olan bir ilandır. Onlardan biri öz yerində, digəri quyruqundadır. Onların hər ikisini sancmağı bacarır, çevik hərəkət edir və gözləri şam kimi yanır". Belə bir fikir var idi ki, iki hissəyə kəsilmiş amfisbena dərhal bərpa olunur. O, insan cəsədləri ilə qidalanır.[1]

İstinadlar

  1. 1 2 Телицын, В. Л.; Багдасарян, В. Э.; Орлов, И. Б., redaktorlar АМФИСБЕНА // Символы, знаки, эмблемы. Энциклопедия (rus). М.: ЛОКИД-ПРЕСС. 2005.

Əlavə ədəbiyyat

  • Средневековый бестиарий, М., 1984;
  • Борхес Х. Энциклопедия вымышленных существ, М., 1994, с.7;
  • Беляев Ю. А., 100 чудовищ древнего мира, М., 1997, с.9.

Xarici keçidlər