Mariya Mediçi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mariya Mediçi
it. Maria de Medici
fr. Marie de Médicis
Şəxsi məlumatlar
Doğum tarixi 26 aprel 1575(1575-04-26)[1]
Doğum yeri
Vəfat tarixi 3 iyul 1642(1642-07-03)[2][3] (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
Anası Avstriyalı Yuanna (hersoqina)[4]
Həyat yoldaşı
Uşaqları

Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mariya Mediçi (it. Maria de Medici, fr. Marie de Médicis; 26 aprel 1575, Florensiya — 3 iyul 1642, Köln) — Fransa kraliçası, IV Henrixin ikinci arvadı, XIII Lüdovikin anası

Mariya Mediçi 26 aprel 1575-ci ildə Florensiyada anadan olmuşdur. Böyük Toskana hersoqu Françesko de Mediçi və onun ilk arvadı Avstriyalı İoannanın altıncı uşaq və altıncı qızı idi. Ana tərəfdən Müqəddəs Roma imperiyasının imperatoru V Karlın bacısı nəvəsi və I İzabellanın kötücəsi idi. Mariya 2 yaşında olarkən onun anası bədbəxt hadisə nəticəsində vəfat etdi, atası isə çoxillik məşuqəsi Bianka Kappello ilə evləndi. Onun yeganə rəfiqəsi sosial vəziyyət və mənşədə olan əhəmiyyətli fərqə baxmayaraq xidmətçi və süd bacısı Leonora Doru Qaliqay (təxminən 1571–1617) idi.

1599-cu ildə Fransa kralı IV Henrix uşaqsız olan Marqarita de Valua ilə nikahını pozduğdan və evlənmək istədiyi rəsmi favoritkasi Qabriel d'Estrenin vəfatından sonra, Mariyanın əmisi və 1587-ci ildə vəfat edən I Françeskonun xələfi I Ferdinand Mediçinin nümayəndəsi ilə onun qardaşı qızı Mariya ilə evlənməsi barədə danışıqlara başladı, hadisələr baş verəndə gələcək kraliçanın artıq 24 yaşı tamam olmuşdur. 1600-cü ilin mart ayına qədər davam edən uzun sürən danışıqlardan sonra, hər iki tərəf razılığa gəldi. I Ferdinand altı yüz min kron cehiz verdi və beləliklə Mariya Mediçi öz nişanlısına Fransa tarixində ən böyük cehiz gətirdi. Oktyabr ayında Florensiyada nikah bəyin yoxluğunda (etibarnamə ilə) baş tutmuşdur, dekabrın 17-də isə Lion şəhərində toyları olmuşdur. Doqquz ay sonra, 1601-ci il sentyabrın 27-də Mariya Mediçi ilk uşağı və gələcək Fransa kralı XIII Lüdoviki dünyaya gətirdi. Onun ardınca ikisi oğlan və üçü qız olmaqla daha beş uşağı oldu, onlardan uşaqlıqda ikinci oğlu Orleanlı Nikola vəfat etmişdir.

Mariya gözəl olsa da, amma onun amiranə və qısqanc xarakteri ərinin xoşuna gəlmirdi. IV Henrixin xüsusilə Mariya ilə birlikdə Fransaya gələn Leonora Dori və onun əri Konçino Konçinidən zəhləsi gedirdi. Leonoranın Mariya üzərində çox böyük təsiri var idi, bəziləri onu cadugər belə adlandırırdılar, buna baxmayaraq o, öz mövqeyisindən istifadə edərək, həyat yoldaşı ilə birlikdə heç də pis olmayan var-dövlətə sahib oldular.

1610-cu ildə IV Henrix protestantlara dəstək vermək üçün qoşunu ilə birlikdə Almaniyaya getmək istəyəndə, hakimiyyətə can atan və ölkəni özü idarə etmək arzusunda olan Mariya Mediçi özünün tac qoyma mərasimini Sen-Denidə etmək üçün, ərini razı saldı. Ertəsi gün, mayın 14-də, kral Fransua Ravalyak tərəfindən qətlə yetirildi. Mariyanın sui-qəsdin ortağı olmasına dair şübhələr bitmirdi.

O, ağır dövürdə yetkinlik yaşına çatmayan oğlu XIII Lüdovikin regenti oldu. Ali aristokratiya ondan narazı idi, buna görə də Mariya klerikal və ispan partiyasına meyilləndi. Onun əsas məsləhətçiləri ispan və Roma elçiləri oldular və həmçinin Konçini, hansına ki Mariya 1614-cü ildə markiz titulunu verdi. Şahzadələr və aristokratiya dəfələrlə üsyan qaldırırdılar, Mariya üçün onları dəf etmək böyük səylər və qurbanlar bahasına gəlirdi.

Gənc kral 1614-cü ildə həddi-büluğa çatanda, Mariya hakimiyyəti hakimiyyəti öz əlində saxlaya bildi. Lakin 1617-ci ildə Lüdovik Konçinini öldürülməsi üçün əmr etdi və anasını Bluaya göndərdi. Anasının ardınca kardinal Rişelye də sürgün edildi.

1619-cu ilin fevralında Mariya Anqulemə qaçdı, oğlu ilə barışdı və Parisə geri döndü və burada dövlət şurasına yenidən başçılıq etməyə başladı. Öz nüfuznu möhkəmlətmək üçün o, məsləhətçisi Rişelyeyə kardinal və birinci nazir olmağa şərait yaratdı, amma sonra onun əmri ilə Rişelyeni vəzifələrindən azad etdi. 11 noyabr 1630-cu ildə (o gün tarixə "Aldanmışlar günü" kimi keçdi) məğlubiyyəti qəbul etdi və 1631-ci ilin iyul ayında Brüsselə qaçdı. Rişelyenin 1638-ci ilki tələbi ilə oradan da uzaqlaşdırılan Mariya öncə İngiltərəyə, sonra da Amsterdama köçdü ki, burada onu təntənəli şəkildə qarşıladılar, daha sonra isə Köln şəhərinə gəldi və helə burada da 3 iyul 1642-ci ildə Rubensin evində tək və yoxsul şəkildə vəfat etdi.

Mariya Mediçini təsvir edən sənətlərdə onun popuqayına bəslədiyi sevgi haqda kifayət qədər tez-tez rast gəlmək olar. Ölümündən qabaq kraliça öz sevimlisini kardinal Rişelyeyə vəsiyyət etmişdi.

  • d’Estrées, "Mémoires d’Etat sous la régence de Marie de Médicis" (П., 1666);
  • Ponchartrain, "Mémoires concernant les affaires de France sous la régence de Marie de Médicis" (Гаага, 1720);
  • miss Pardoe, "The life of Mary de Medicis" (Л., 1852);
  • Perrens, "Les mariages espagnols sous Henri IV et la régence de Marie de Médicis" (П., 1869);
  • Perrens, "L’Eglise et l'état en France sous le règne d’Henri IV etc." (П., 1872).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]