Həmid Ataman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həmid Ataman
1 mart 1955 – 3 mart 1957
ƏvvəlkiRəsul Ünsal
SonrakıKərim Odər
1 fevral 1949 – 18 noyabr 1953
Əvvəlkivəzifə təsis edildi
SonrakıRəsul Ünsal
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1900(1900-01-20)
Doğum yeri
Vəfat tarixi 1979
Vəfat yeri
Həyat yoldaşı Şəfiqə Ataman

Həmid Xəlil Ataman və ya Həmid Məmməd oğlu Məmmədov (Məmmədxəlil) (20 yanvar 1900, Qars, Qafqaz diyarı1979, Ankara) — azərbaycanlı mühacir, cümhuriyyət tələbəsi.

Həmid Ataman 1-ci Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Ştutqart İnstitutuna (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi.

1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin Parlamentinin xüsusi qərarına əsasən təhsilini almaq üçün Ştutqarda (Almaniya) göndərilmiş[1][2].

Təhsilini bitirdikdən sonra Türkiyədə məskunlaşmış və Ataman soyadını qəbul etmişdi. Gələcəkdə Həmid Xəlil Ataman Azərbaycan Kültür Dərnəyinin ilk sədri olur[2].

  1. "Arxivlənmiş surət". 2018-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  2. 1 2 Abid Tahirli. Azərbaycan Mühacirət Mətbuatı (PDF). Bakı: Qapp poliqraf. 2002. səh. 46. 2021-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-04.