Robber Şuman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Robber Şuman
fr. Robert Schuman
Doğum tarixi
Doğum yeri Lüksemburq, Fransa
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Mets, Fransa
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, vəkil
İmza
robert-schuman.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robber Şuman (fr. Robert Schuman) — Fransanın xarici işlər naziri (1948-1952)

R.Şuman 1886-cı ilin 29 iyununda Lüksemburqda anadan olub[1]. Onun ailəsi 1871-1918-ci illərdə Almaniya imperiyasının tərkibində olan Lüksemburq sərhədində yerləşən Lotaringiyanın Evranj şəhərindən idilər. R.Şumanın ana dili lüksemburq dili idi və fransız dilini yalnız məktəbdə öyrənmişdi. Onun alman təbəəliyi var idi və I Dünya Müharibəsi zamanı Almaniyada mülki xidmətdə idi. Səhhəti ilə əlaqədar olaraq o hərbi çağırışa cəlb olunmamışdı. 1918-ci ildə Lotaringiya Fransaya keçəndən sonra o, Fransa vətəndaşlığını qəbul etdi.

R.Şumanın siyasi karyerası Fransa Parlamentinə Mozeldən deputat seçildikdən sonra başlayıb.

1946-47-ci illərdə Bido və Ramadyenin hökumətlərində Maliyyə naziri postunu tutub. 1947-ci ilin noyabrından 1948-ci ilin iyuluna və 1948-ci ilin avqust-sentyabr aylarında baş-nazir vəzifəsində olub.

1948-1952-ci illərdə xarici işlər naziri, 1955-1956-cı illərdə ədliyyə naziri olub.

1958-60 illərdə Avropa Birliyinin məsləhət assambleyasının sədri olub.

R.Şuman 1963-cü il sentyabrın 4-də Mets şəhərində dünyasını dəyişib.

Hazırda Avropa İttifaqında yaşayan insanlar R.Şumanı 1950-ci ildə irəli sürdüyü plana görə minnətdarlıq hissi ilə yad edirlər.

  1. "Köhnə qitə "Avropa Günü"nü qeyd edir". 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.