Sürəyya Kərimova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sürəyya Kərimova
Doğum tarixi 15 fevral 1922(1922-02-15)
Doğum yeri
Vəfat tarixi 2 avqust 1993(1993-08-02) (71 yaşında)
Uşaqları Raya, Raqub, Rafiq, Rəşid, Səadət, Amil, Aidə, Kamil, Aytəkin, Asif
Milliyyəti azərbaycanlı
Fəaliyyəti siyasətçi, pambıqçı
Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı Qəhrəman ana
"Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni “Əmək igidliyinə görə” medalı
1-ci dərəcəli "Analıq şöhrəti" ordeni 2-ci dərəcəli "Analıq şöhrəti" ordeni 3-cü dərəcəli "Analıq şöhrəti" ordeni I dərəcəli Analıq medalı II dərəcəli Analıq medalı

Sürəyya Abbasqulu qızı Kərimova (15 fevral 1922, Qaradağlı, Şuşa qəzası2 avqust 1993) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR pambıq ustası (1957). Qəhrəman Ana (1965).

Sürəyya Abbasqulu qızı Kərimova 15 fevral 1922 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir.

Sürəyya Kərimova Ağdamın Qaradağlı kəndində Telman adına kolxozda kolxozçu, manqabaşçısı, briqadir işləmişdir.

Sürəyya Kərimova SSRİ Ali Sovetinin (8–9-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (2–5-ci çağırış) deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII-XIX qurultaylarında Mərkəzi Komitənin üzvü seçilmişdir. Ümumdünya sülh tərəfdaşları konqresində (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur. 2 dəfə "Lenin" ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir[1].

Sürəyya Kərimovaya həsr olunan "Sürəyya" mahnısının musiqisi Səid Rüstəmova aiddir. Bu mahnıya görə Səid Rüstəmov 1952-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

  1. "KƏRİMOVA SÜRƏYYA ABBASQULU QIZI". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.