Xristian mistisizmi
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Xristian mistisizmi — xristianlığın içində mistik cərəyandır.
Ortodoks Xristianlığında mistisizm
[redaktə | mənbəni redaktə et]Şərq Xristianlığında Tanrının mistik cəhətdən duyulması hissi ilahiyyatla sıx münasibətlərdə idi və onlar bir-birini inkar etmirdi. Buna görə də, Qərb ilahiyyatından fərqli olaraq, ilahiyyat sxolastik elmə çevrilməmişdir. Qərbdə Aristotel təlimi ilə tanış olmayan mistikləri ciddi qəbul etmirdilər və onlara münasibət heç də bir mənalı deyil idi. XIII əsrdən sonra Müqəddəs Kitabların məntiq nöqteyi-nəzərindən təhlil edilməsi, Qərb ilahiyyatının prioritet istiqamətinə çevrilmişdir.
Şərq kilsə ataları da Müqəddəs Kitabların yozulmasında düşüncənin rolunu inkar etmirdilər. Lakin, buna əlavə olaraq, onlar hesab edirdilər ki, Tanrı səmimi ibadət edən bəndəsinə özü-özünü açır və Onun haqqında bilik təkcə ağılla əldə edilmir. Tanrı haqqında mistik biliyi əldə etmək üçün, rahib həyatını yaşamaq, daim özünü mənəvi cəhətdən təmizləmək lazımdır. Müqəddəslərin mistik təcrübələrinə inanmaq ənənəsi də bundan irəli gəlmişdir.
Təbiidir ki, bəzi hallarda, Şərq Xristianlığında bəzən mistiklərlə ilahiyyatçılarnın arasında qütbləşmə baş verirdi, lakin bu qütbləşmə ciddi ixtilafa çevrilmirdi. Hətta “həqiqətin” açılmasında kilsə məclislərinin və yepiskopların rəylərinin böyük nüfuza malik olmalarına baxmayaraq, Şərq kilsəsi “həqiqətin” hər bir insana fərdi şəkildə açıla bilməsini inkar etmirdi.
Şərq Xristianlığında mistik ənənəsinin görkəmli nümayəndəsi Simeon (Symeon) (946-1021) olmuşdur. Onun üçün xristian imanı Tanrı ilə görüş kimi səciyyələn dirilirdi. Tanrını ağılla deyil, şəxsi təcrübə ilə duymaq olar. Ata Tanrı ilə ünsiyyət, onun oğlu İsa və Müqəddəs Ruh vasitəsilə qurulur. Bu cür mistik ünsiyyəti inkar edənlər dinsiz və imansız adamlardır. Əsl xris-tian həyatı ölümdən sonra nələrin baş verəcəyi haqqında düşüncələrə qapılmaqdan ibarət deyil. Xristian həyat tərzi, insanın hər an İsanı özündə duymasından ibarətdir[1]. Həyatı ibadətlərlə keçirən insanın bədənində İsa yaşayır.
O, insanın mahiyyəti ilə qarışmadan, insanı ilahiləşdirir, Tanrının bir parçasına çevirir. Simeonun mistikasında İsa ilə birliyə nail olmaq, ona olan sonsuz məhəbbət hissi vasitəsilə mümkündür.[2]
Günahların bağışlanması mərasimini hər bir keşiş apara bilməz[3]. Bunu yalnız Tanrını görmə qabiliyyəti olan rahiblər edə bilərlər. İsadan İlahi bərəkət yepiskoplara verilmişdi, lakin onlar onu saxlaya bilmədilər. Bu səbəbdən də bərəkət keşişlər və, nəhayət, rahiblərə keçmişdir. Buna görə günahların bağışlanma mərasimini yalnız rahiblər həyata keçirməlidirlər[4]. Simeonun bu cür fikirləri rəsmi kilsə xadimlərinin etirazlarına səbəb olmuşdur.
O dövrün mistiklərinin ən başlıca problemi insanın fiziki cəhətdən Tanrıya doğru yuksəlməsi məsələsi idi. Simeondan başqa bu məsələni Nilus adında bir rahib ortaya atmışdır. O hesab edirdi ki, İsa Tanrıya hal nöqteyi-nəzərindən çatmışdır. Lakin rəsmi kilsəyə görə İsanın insan təbiətinin tanrılaşması üçlüyün daxilində düşünülə bilər.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Иоанн Мейендорф. Жизнь и труды св. Григория Паламы: Введение в изучение. — Издание второе, исправленное и дополненное для русского перевода / Перевод Г. Н. Начинкина, под редакцией И. П. Медведева и В. М. Лурье. — Санкт-Петербург: Византинороссика, 1997. — XVI + 480 с. (Subsidia Byzantinorossica, 2) ISBN 5-7684-0436-8. ISSN 1818-555X (печатная версия); ISSN 1818-5576 (онлайн версия Arxivləşdirilib 2013-10-30 at the Wayback Machine, в формате дежавю). Тот же самый перевод в формате html
- Алексеев А. С. Политический исихазм // Социальные институты в истории. Омск 1996. с. 24-28.
- Петрунин В. В. Политический исихазм и его традиции в социальной концепции Московского Патриархата. — СПб.: Алетейя, 2009.
- Хоружий С. С. Антропология Православия // Православная аскеза - ключ к новому видению человека. Вэб-Центр "Омега", М., 2000.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə[ölü keçid] (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 126-128. ISBN 5-87459-013-7[ölü keçid]. 2016 tarixində arxivləşdirilib. 2016-08-16 tarixində istifadə olunub.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Прп. Симеон Новый Богослов. Гимн 27. Каким должен быть монах и какое его делание,какое преуспеяние и восхождение Arxivləşdirilib 2022-03-20 at the Wayback Machine. [Перевод игумена Илариона (Алфеева)].
- ↑ Simeonun rahiblik nəzəriyyəsinin və praktikanın müxtəlif aspektləri ilə yazından tanış olmaq üçün bax: Прп. Симеон Новый Богослов. Сто глав богословских и практических Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine. [Перевод игумена Илариона (Алфеева)].
- ↑ Simeonun günahları bağışlanması mərasimini haqqında fikirləri ilə daha ətraflı tanış olmaq üçün bax: Преподобный Симеон Новый Богослов. Послание об исповеди Arxivləşdirilib 2022-04-02 at the Wayback Machine. [Перевод игумена Илариона (Алфеева)].
- ↑ Günahların bağışlanması mərasimi ortodoksal Xristianlığının ən vacib əməllərindən biridir. İnsanların günahlarını bağışlayan keşiş, xristian təliminə görə, bu işi Müqəddəs Ruhun vasitəsilə edir.