27°02′40″ şm. e. 128°25′02″ ş. u.HGYO

Yoroncima

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yoroncima adası
yap. 与論島よろんとう
Ümumi məlumatlar
Sahəsi 20,8 km²
Hündür nöqtəsi 98 m
Əhalisi 6.000 nəfər (2009-cu il)
Yerləşməsi
27°02′40″ şm. e. 128°25′02″ ş. u.HGYO
Ölkə  Yaponiya
Akvatoriya
Yoroncima adası xəritədə
Yoroncima adası
Yoroncima adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yoroncima (yap. 与論島よろんとう) — Amami arxipelaqına daxil olan, Şərqi Çin dənizində yerləşən ada. Ada Yaponiyaya məxsus olur. Yoroncima Hedo çayının mənsəbindən, Okinava adasının şimal nöqtəsindən 22 km şimalda yerləşir. Sakit okeanla Çərqi çin dənizi arasındadır və bu iki su shəsini ayıran sərhəd rolunu oynayır. Kaqoşima prefekturasının ucqar cənub nöqtəsindəki adadır. Yaponlar adanı bəzən Yoronto adlandırırlar.

Adanın ümumi sahəsi 20,8 km²-dir. Ada 23.5 km diametrə malikdir. Burada ümumilikdə 6000 insan yaşayır. Yoroncima adasının maksimal hündürlüyü 98 metrdir.

Yoroncima Ryukyu krtallığının bir parçası olmuşdur. Bu səbəbdən də adanın əhalisi öz şivəsində danışır. Yonnu futuba adlandırılan dil Ryukyu dilləri qrupuna daxildir. Bu dillər də Okinava dilinin bir parçasıdır. Qramatik baxımından dil yapon ədəbi dilininə yaxınlığı ilə seçilir. Fonetik baxımından isə yapon dilindən olduqca zəngindir. Gənclər bu dili bilsə də, gündəlik həyatda əsasən yapon ədəbi dilindən istifadə edilir.

Adanın çağdaşlaşmasına İkinci dünya müharibəsinin sonlarında başlanılır. Bu ərəfələrdə okinavalıların bir çoxu hərbi əməliyyatlardan uzaq olmaq məqsədilə 20 km-lik boğöazı keşəırək adaya pənah gətirirdilər. Adanın elektriklləşdirilməsinə 190-cı illərdə başlanılır. Bundan sonra turizm bumu başlayır. Okinavaya gedə bilməyəmn yapon turistlər elə buradaca istirahət edirdilər.

Adanın mçədəniyyətİ Okinav ilə sıx bağlı olduğundan demək olar ki eynidir. Adada bu gündə xüsusi barabanlar məşhurdur. Burada masuri, mərcan bayramları qeyd edilir. Hələ də Okinav milli geyimi istifadə edilir. Görunuş baxımından yapon milli geyimindən heç də geri qalmır. Mədəniyyəti Okinava ilə eyni olsa da inzibati baxımından Kaqoşima prefekturasına daxildir.

Digər fərqliliklərdən biri də dini fərliliklərdir. Yaponlar həm sintoizmə həm də Buddizmdə etiqat edə bilirlər. Ancaq Yoroncimada buddizm kök sala bilməsiyindən Yoroncimalıların toy və yas mərasimləri sintoizm qaydaları ilə idarə edilir. Yoroşimalılar qədim bayramlarını da qeyd edirlər. Bu bayramlar haqqında Yoroncima muzeylərində məlumat əldə etmək olar. Adada əvvəllər qamış örtüklü damlara, köhnə alətlər və palmadan hazırlanmış mebellər evlərin bəzəyi sayılırdı. Hazırda da burada qamış örtüklü damlara rastlamaq mümkündür.

Yoroncima adası Yoron qəsəbəsi ərazisinə daxildir.

Yoronda duz və qamış sirkəsi hazırlanır. Okinavadan fərqli olaraq ada ABŞ nəzarətində deyildir və burada tuirizm inkişaf edir. Ada iqtisadiyyatına bu sahə böyük miqdarda gəlir gətirir. Adada çoxlu sayda restoran, otel və digər iaşə obyektləri vardır. Burada dayvinq, vindsyorfinq, snorkelinq, qayıqla üzmək kimi sahələr mövcuddur.

Adada Yoron hava limanı (IATA: RNJ; ICAO: RORY) Yoroncimaya və əks istiqamətdə hərəkət edıən təyyarələrə xidmət edir. Japan Air Commuter şirkəti Kaqoşima və Okinoerabu adasına reyslər təşkil edir. Ryukyu Air Commuter isə Naha istiqamətində fəaliyyət göstərir.

Yoroncima limanından Kaqoşima, Amami Yşima, Kobe, Osakaya gəmi reyslıəri təşkil edilir.