0 dərəcəli N dairəsi (teleserial, 2007)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"0" Dərəcəli N Dairəsi
fars. مدار صفر درجه
Janr Dram filmi
Rejissor Həssən Fəthi
Rollarda Şahab Hoseyni
Natali Matti
İstehsalçı ölkə İran İran
Fransa Fransa
Macarıstan Macarıstan
Livan Livan
İl 2007
Dil Fars dili
Rəng Rəngli
IMDb ID1146332
tv1.irib.ir/barnameha/sh…

"0" Dərəcəli N Dairəsi (fars. مدار صفر درجه‎, translit. Madare sefr darajeh) – 2007-ci ildə İran, Macarıstan, LivanFransa əməkdaşlığı nəticəsində yaranan teleserialı. Proqram indiyə qədər İranda hazırlanan ən bahalı və ən yaxşı proqramdır və orada böyük tamaşaçı kütləsini özünə cəlb etməyi bacarmışdır. Serial İran diplomatı Əbdül Hüseyn Sərdarinin həyat hekayəsi əsasında lentə alınmışdır. Əbdül Hüseyn Sərdari 1940-cı ildə İran səfirliyinə sığınan Paris yəhudilərinə İran pasportları verməklə onların həyatını xilas etmişdir.

Serial İkinci Dünya Müharibəsi illərində Parisə oxumağa gedən gənc iranlı tələbə Həbib Parsanın həyatı haqqındadır. Orada Həbib eyni universitetdə təhsil alan Fransız yahudi Sara Astrokla tanış olur. Əvvəlcə bir-birilərinə zidd olan gənclər, sonra bir- birilərinə aşiq olurlar. Bir çox problemlərlə qarşılaşan Həbib və Sara, serialın sonunda birlikdə qalırlar.

"0" Dərəcəli N Dairəsi serialının rejissoru Həsən Fəthi serial haqqında belə demişdir: "Mən 2002-ci ildə bu serialı ekranladışdırmaq qərarına gəldim və hələ o vaxtlarda Holokost nəşrdə yox idi. Əgər Alman düşərgələrində hətta bir Yahudi öldürülübsə, dünya utanmalıdır. Əgər bu işarələr bir Fələstinliyə qarşı baş veribsə, yəni bir Fələstinli öldürülübsə dünya utanmalıdır. İkinci Dünya Müharibəsində Yahudi qurbanlara, Fəsəstində öldürülən qadınlar və uşaqlara eyni dərəcədə ürəyim yanır." Bu serial cəmiyyətin mədəniyyət xəzinəsini qoruyan müstəqil təşkilatın-İran-Yuhudi Assosiyasiyasının tərifini və dəstəyini qazanmışdır. Bu assosiyasiya Mahmud Əhməd Nejatın Holokost haqqında fikirlərini tənqid etmiş və Həsən Fəthinin bu işini tərifləmişdir.