Disfagiya
Disfagiya | |
---|---|
XBT-10 | R |
XBT-9 | , |
DiseasesDB | 17942 |
MedlinePlus | 003115 |
eMedicine | pmr/194 |
MeSH | D003680 |
Vikianbarda əlaqəli mediafayllar |
Disfagiya (yun.
Orta disfagiyalara adətən divararalığı orqanlarının (damarlar, sinirlər, limfa düyünləri, ürək, plevra və birləşdirici toxumalar) patologiyalarında rast gəlinir. Aşağı disfagiyalara isə adətən diafraqma (şişlər, sistlər və yırtıq), qaraciyər və dalaq patologiyaları səbəb olur. Qida borusu spazması disfagiyanın ən çox rast gəlinən formasıdır. Qida borusu disfagiyası spazmalar, divertikullar, yad cisimlər zamanı, udlağın selikli qişasının kəskin və xroniki iltihablarında, qida borusunun xora, çapıq və şişlərində, qida borusunun əzələ-sinir keçiriciliyi patologiyasında rast gəlinir.
Disfagiyalar ağırlığına görə 4 dərəcəyə bölünürlər:
- I — periodik bərk qida kütləsinin udma aktının çətinləşməsi, qida kütləsinin hərəkətinin ağrılarla müşahidə olunması
- II — ancaq yarım maye şəkilli qidaların qəbulu mümkündür;
- III — ancaq maye qidaların qəbulu mümkündür;
- IV — su və ağız suyunun udulması belə mümkün deyil.