46°39′31″ şm. e. 11°55′30″ ş. u.HGYO

La Val

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

La Val— Bolzano şəhərindən təxminən 45 kilometr şimal-şərqdə İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə.

Bələdiyyə
La Val
La Val
Gerb
Gerb
46°39′31″ şm. e. 11°55′30″ ş. u.HGYO
Ölkə  İtaliya
Region Trentino-Alto Adige/Südtiro
Bələdiyyə başçısı Angelo Miribung
Tarixi və coğrafiyası
Sahəsi 39.0 km²
Mərkəzin hündürlüyü 1.353 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1.307 nəfər (2010, 10 noyabr)
Dini tərkibi xristian
Rəqəmsal identifikatorlar
Telefon kodu +39 0471
Poçt indeksi 39030
Nəqliyyat kodu BZ
Digər
website
Xəritəni göstər/gizlə
La Val xəritədə
La Val
La Val
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

30 noyabr 2010-cu il məlumatına görə əhalisi 1307 nəfər və ərazisi 39,0 kvadrat kilometrdir.[1]

Emblem bir əyri budaqdan ibarətdir, iki yarpağı ilə əyilmiş formada təsvir edilmiş, Rü ailəsinin emblemidir. Emblem 1969-cu ildə qəbul edilmişdir.[2]

2011-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin 97.66%-i Ladino dilində, 1.53%-i italyan dilində və 0.81%-i alman dilində birinci dil kimi danışırlar.

Turizm mərkəzlərində də insanlar ingilis dilində danışırlar. Dini Roma Katolikidir.

Kənd turizmin (yürüyüş, alpinizm, dağ velosipedi) və kənd təsərrüfatla yaşayır. Ərazidə xizək turizmi yoxdur, lakin qış servis avtobusları Alta Badia kimi yaxınlıqdakı xizək mərkəzlərinə turistlər gətirir. Qışda yaydan daha çox turist qonaq olur.

Əvvəlki onilliklərdə kənd təsərrüfatı kifayət qədər genişlənmiş, eyni zamanda mal-qaraya əsaslanan bir monokultura halına gəlmişdir.

Pederoa'daki Qran Eqa çayı vadisinin aşağı hissəsi əl sənəti və sənaye bölgəsidir (ayaqqabı, tekstil).

La Val (Wengen) aşağıdakı bələdiyyələrlə sərhədlənir: Badia, Mareo və San Martin de Tor.

  1. All demographics and other statistics: Italian statistical institute Istat.
  2. "Heraldry of the World: La Val". 2012-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.