Maqda
kənd | |
Maqda | |
---|---|
40°21′00″ şm. e. 44°07′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Karbi mahalı |
Rayon | Əştərək rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.725 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0228 |
Maqda — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[2][3]
Tarixi
[redaktə | mənbəni redaktə et]"İrəvan əyalətinin icmal dəftəri"ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qеyd olunmuşdur[6][7]
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim muq etnoniminin fars dilində işlənən forması olan maq etnonimindən[8] və -da topoformantı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1949-cu ildə kənd ermənicə Lernarot adlandırılmışdır. 1590-cı ilə aid mənbədə Maqta[9][10]. 1728-ci ilə aid mənbədə isə Makta kimidir[11][12] Naxçıvanda Maxta kəndinin adı ilə mənşəcə eynidir. Naxçıvanda Maqqız (maq və türk dillərində giz "dayaz dərə" [143.II,2,1389], sözlərindən) Qazax r-nunda Maqi (dağ adı) toponimləri ilə səslənir. Ermənistan SSR AS RH-nin I. XII.1949-cu il fərmanı ilə adı dəyişdirilib Lernarot qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 38 nəfər, 1873-cü ildə 195 nəfər, 1886-cı ildə 226 nəfər, 1897-ci ildə 296 nəfər, 1908-ci ildə 268 nəfər, 1914-cü ildə 284 nəfər, 1916-cı ildə 399 nəfər yalnız azərbaycanlı yaşamışdır[13]. 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.[14]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.90
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.163
- ↑ Джалиле Джалил. Курды Османской империи. М., 1968
- ↑ İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996,
- ↑ Мирзазаде Ч.Х. Топонимы Азербайджана в средневековых арабских географических источниках, Баку, "Элм", 1988. s.91–92
- ↑ Гарипова Ф.Г. Исследования по гидроними Татарстана. М., 1991.
- ↑ Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633
- ↑ Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
- ↑ Алияров С.С. Об этногенезе азербайджанского народа. "К проблеме этногенеза азербайджанского народа". Баку, 1984.
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23, 106–107
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Магда // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.