"Azərbaycan Bayrağı" ordeni
"Azərbaycan Bayrağı" ordeni | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | orden |
Təltif edir | |
Status | verilir |
Statistika | |
Təsis tarixi | 10 noyabr 1992 |
İlk təltif |
|
Ardıcıllıq | |
Yüksək mükafat | "Şah İsmayıl" ordeni |
Aşağı mükafat | "Rəşadət" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
"Azərbaycan Bayrağı" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 6 dekabr 1993-cü ildə təsdiq edilmişdir.
Tarixi və statusu
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Bayrağı" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.[1]
Ordenin əsasnaməsi Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən orden aşağıdakılara görə verilir:[2]
- Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə;
- Hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;
- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə;
- Respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə;
- Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
"Azərbaycan Bayrağı" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şah İsmayıl" ordenindən sonra taxılır.[2]
Təsviri
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Bayrağı" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır.
İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin əsasnamədə ordenın təsviri aşağıdakı kimi verilmişdir:
"Azərbaycan Bayrağı" ordeni qızıldan və gümüşdəndir, qızılı konturlu və mavi minalı düzgün səkkizguşəli ulduzdan ibarətdir. Ulduz növbə ilə dörd dairəvi və dörd iti bucaqlı sağanağa dirənən gümüşü şüaların fonunda təsvir edilmişdir. Səkkizguşəli ulduzun ortasında göstərilən sağanaqlara paralel qızılı ornamentli lent Azərbaycan Respublikasının Dövlət bayrağının təsvirini əhatəyə almışdır. Bayrağın təsvirinə mavi, qırmızı və açıq yaşıl rəngli, ayparanın və səkkizguşəli ulduzun təsvirinə ağ mina çəkilmişdir.
Ulduzun iki əks ucu arasında ordenin ölçüsü 57 mm-dir.
Orden ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib 19 mm enində mavi lentlə birləşən ornamentli iki hissədən ibarətdir.
Qəlibin ölçüsü 54 mm x 22 mm-dir.
— ordenin ilk təsviri[2]
Ordenin ikinci təsviri Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin təsvirdə qeyd deyilir:
"Azərbaycan Bayrağı" ordeni iki, bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş, qabarit ölçüsü 35 mm səkkizguşəli ulduzdan ibarətdir, qızıl suyuna çəkilmiş gümüşdəndir, milli ornamentlə işlənmişdir, altdakı ulduz ağ, üstdəki ulduz isə göy mina ilə örtülmüşdür.
Üstdəki ulduzun mərkəzində naxışla haşiyələnmiş sağanağın daxilində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir olunmuş və öz rənglərinə uyğun mina ilə örtülmüşdür.
Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycan Bayrağı" sözləri yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.
Orden halqa və ilgək vasitəsilə paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun zolaqlarla haşiyələnmiş 27 mm x 47,5 mm ölçülü beşguşəli ağ xara lentə birləşdirilir.
Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur
— ordenin ikinci təsviri[3]
Ordenin üçüncü və hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 723-IVQD nömrəli Qanunu ilə təsdiq olunmuşdur. Ordenin təsviri aşağıdakı kimi verilmişdir:
"Azərbaycan Bayrağı" ordeni iki, bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş, qabarit ölçüsü 35 mm səkkizguşəli ulduzdan ibarətdir, qızıl suyuna çəkilmiş gümüşdəndir, milli ornamentlə işlənmişdir, altdakı ulduz ağ və göy rəngli mina ilə örtülmüşdür.
Üstdəki ulduzun mərkəzində naxışla haşiyələnmiş sağanağın daxilində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir olunmuş və öz rənglərinə uyğun mina ilə örtülmüşdür.
Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycan Bayrağı" sözləri yazılmışdır, ondan aşağıda ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
Orden halqa və ilgək vasitəsilə paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun zolaqlarla haşiyələnmiş 37 mm x 50 mm ölçülü beşguşəli ağ xara lentə birləşdirilir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir.
Ordenə paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
— ordenin üçüncü təsviri[4]
1993[a] | 1993–2009[b] | 2009-cu ildən[c] |
---|---|---|
Lent | ||
Qeyd | ||
Təltif edilənlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 10 noyabr 1992. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
- ↑ 1 2 3 "Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 6 dekabr 1993. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
- ↑ "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 6 fevral 1998. 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
- ↑ ""Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". president.az. 27 noyabr 2013. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.