37°33′45″ şm. e. 126°56′42″ ş. u.HGYO

İhva Qadın Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İhva Qadın Universiteti
이대, なしだい, なしだい
이화여자대학교
Xəritə
37°33′45″ şm. e. 126°56′42″ ş. u.HGYO
Şüar İhva öndədir!
Əsası qoyulub 31 may 1886
Tip Qeyri-dövlət
Tələbə sayı 19,503[1]
Şəhər Seul şəhəri
Ölkə
Sayt ewha.ac.kr
ewha.ac.kr/ewhaen/index.…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İhva Qadın Universiteti (kor. 이화여자대학교) — Koreya Respublikasının paytaxtı Seul şəhərində yerləşən qeyri-dövlət ali təhsil müəssisəsi. Ölkənin ən məşhur ali təhsil müəssisələrindən biri olmaqla yanaşı, dünyanın ən böyük qadın universiteti hesab edilir.

Universitetin əsası amerikalı metodist, kilsə missioneri Meri F.Skrenton tərəfindən qoyulmuşdur. O, 31 may 1886-cı ildə öz evində tək bir şagird üçün İhva Haktanq adlı missioner qadın məktəbi açmışdı. Həmin ilin noyabrında Çondonda məktəb binasının tikintisi başa çatır. Növbəti il İmperator Kocon universitetə "Armud çiçəyi akademiyası" mənasına gələn ad verir.

1910-cu ildə burada kollec kursları, 1925-ci ildə isə qadınlar üçün peşə kursları açılır. 1935-ci ildə universitet Sodemun-qu rayonundakı hazırkı korpusuna köçür.

Koreya azad edildikdən dərhal sonra, 15 avqust 1945-ci ildə İhva Universiteti Koreyanın ilk ali təhsil müəssisəsinə çevrilir. 1950-ci ildə universitetdə magistratura və aspirantura şöbələri, 1977-ci ildə qadın tədqiqat kursları, 1984-cü ildə isə fasiləsiz təhsil şöbəsi açılır. 1996-cı ildə universitetdə qadınlar üçün ilk dəfə olaraq mühəndislik fakültəsi açılmış, 2001-ci ildə Beynəlxalq tədqiqatlar şöbəsinin əsası qoyulmuşdur.

2003-cü ildə ərli qadınların universitetə daxil olmasına qoyulan qadağa götürüldükdən sonra 2008-ci ildə ilk ərli qadın Ki Sonha İhvadan məzun olmuşdur.

2006-cı ildə universitetdə İhva qlobal əməkdaşlıq proqramı işə düşmüş, həmçinin İhva Haktanqın restavrasiyası başa çatmışdır. 2007-ci ildə universitetdə Fərqlənmə və Beynəlxalq Tədqiqatlar proqramlarını özündə birləşdirən ixtisaslaşmış Skrenton ilkin ali təhsil fakültəsi açılmışdır.

Hazırda ilkin ali təhsil şöbəsi 11 fakültəni və 65 kafedranı əhatə edir.

Universitetə qəbul müsabiqə əsasında aparılır.

Rəmzi və şüarı

[redaktə | mənbəni redaktə et]

Universitet adını Koreya-Çin dilində armud çiçəyi mənasını verən "ihva" sözündən almışdır. Universitetin rəmzi armud çiçəyidir.

Qadın təhsil sistemində liderlik mövqeyini qoruyub saxlamaq istəyi universitetin yeni şüarında da əksini tapmışdır:

" İhva öndədir! "

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

İhva Qadın Universiteti Harvard Universitetinin Asiya proqramının Koreyada yeganə tərəfdaşıdır.

İhva, Uelsli və Barnar kollecləri Qadın liderliyinin dünya proqramının birgə inkişafına dair saziş bağlayıblar.

Məşhur məzunları

[redaktə | mənbəni redaktə et]

XIX əsrin əvvəllərindən etibarən İhva Universitetindən 170.000-dən artıq şəxs məzun olmuşdur. Koreya tarixində bir çox şəxslər İhva Universitetinin məzunudur. Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

  • Ester Pak – Koreyanın ilk qadın həkimi;
  • Helen Kim – Koreyanın ilk qadın elmlər namizədi, sonradan universitetin ilk koreyalı rektoru olmuşdur;
  • Li Tgön – Koreyanın ilk qadın vəkili;
  • Çon Xösuk – Koreya Konstitusiya Məhkəməsinin ilk qadın hakimi;
  • Han Mönsuk – Koreyanın ilk qadın Baş naziri.
  1. "Ewha Information". Ewha Womans University Official Website. 2008-06-20 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]