İnternet aktivizmi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Laura Poitras — PopTech 2010 — Camden, Maine

İnternet aktivizmi, vətəndaşların internet vasitəsilə cəmiyyət, siyasi proseslər və insan haqları ilə bağlı məsələlərə diqqət çəkmək, fikirlərini ifadə etmək və fəaliyyətlər təşkil etmək üçün istifadə etdiyi bir hərəkətdir. Bu fəaliyyət bir çox şəkildə ifadə oluna bilər, ona görə də ənənəvi aktivizmdən fərqli olsa da, fəaliyyət göstərən insanlar və qruplar eyni məqsədlər üçün bir araya gəlir və sosial şəbəkələr, bloqlar, onlayn forumlar, e-petisiyalar, veb-saytlar və s. kimi internet vasitələri ilə məsajlarını və məqsədlərini paylaşırlar. İnternet aktivizminin əsas məqsədlərindən biri insan haqlarının müdafiəsi və pozulmuş haqların ifşa edilməsidir. İnternet vasitəsilə aktivistlər və təşkilatlar, təhlükəli və qarşısının alınmasının mümkün olduğu məsələləri günü işıqlandıraraq diqqəti çəkməyə çalışırlar. Buna nümunə olaraq, vətəndaşlar internet vasitəsilə insan haqları pozuntularını ifşa edə bilirlər və bu sayədə dünya ictimaiyyəti bu məsələlərlə tanış ola bilər. İnternet aktivizmi bəzən təhlükələr ilə qarşılaşır, çünki hakim dövlətlər və başqa təhlükəli füqurlar aktivistləri izləyə, təhdid edə və hətta cəzalandıra bilərlər. İnternet aktivizmi, cəmiyyətin fərqli sahələrində və məsələlərində fikirlərini ifadə etmək və dəyişikliklər etmək istəyən insanlar üçün güclü bir alətdir.[1]İnternet aktivizmi həm siyasi həm də mədəni inkişaf məsələlərinə diqqət çəkmək üçün istifadə edilir. Bu, onun qlobal məsələlərlə bağlı, habelə yerli cəmiyyətlərin maraqlarını qorumağa və onların inkişafına yardım etməyə nail olur. İnternet aktivistləri öz fikirlərini paylaşmaq, təşkilatlarını və həmçinin insanları bir araya gətirmək üçün onlayn vasitələrdən faydalanırlar.[2]

İnternet aktivizmində fəaliyyət növləri

[redaktə | mənbəni redaktə et]

Sosial Media Aktivizmi

  • Həştəq Kampaniyaları: Misal üçün, #QarabağAzərbaycandır!, #BlackLivesMatter, #prayforturkey #saveearth və ya #MeToo kimi haştaqlarla dəstək toplamaq və ya bir mövzuya diqqətə çəkmək.[3][4]
  • Tvit Kampaniyaları: Mühüm mövzularla əlaqəli tvit ataraq və ya retweet edərək geniş kütlələrə çatmağa çalışmaq.
  • Sosial Media Platformalarında Məlumat Paylaşmaq: Əhəmiyyətli məlumatları paylaşaraq və ya diqqət çəkmək.

Virtual Müzakirələr və Kampaniyalar

  • Change.org kimi platformalarda onlayn imza kampaniyaları təşkil etmək.[5]
  • Müxtəlif mövzularda onlayn kampaniyalar yaratmaq və dəstək toplamaq.

Viki Aktivizmi

  • Vikipediyada düzəliş edərək məlumatı yeniləmə və ya müəyyən bir mövzu haqqında məlumat əlavə edərək ictimaiyyəti məlumatlandırmaq.

Haker Aktivizmi (Hacktivism)

  • Siyasi və ya ictimai məqsədlər üçün kompüter piratçılığı və ya kiber hücumlar etmək . Lakin, bu növ fəaliyyətlər əsasən hüquqi problemə səbəb ola bilər.Haker aktivizmi kompüter və informasiya texnologiyalarını istifadə edərək sosiyal, siyasi və ideoloji məqsədlər üçün fəaliyyət göstərən bir aktivizm formasıdır. Bu növ aktivizmdə aktivistlər, kompüter və digər texnoloji vasitələrdən istifadə edərək fərdi və ya ümumi məqsədlər üçün mübarizə aparmağı seçirlər.

Onlayn Jurnalistika və Bloq Yazma:

  • Bloqlar, onlayn jurnalistika platformaları və ya müstəqil xəbər saytları vasitəsilə məlumat paylaşmaq və təhlil edərək fəaliyyətlər göstərmək.

Rəqəmsal İncəsənət və Memlər

  • Müxtəlif incəsənət formaları və ya mizahi məzmunlar vasitəsilə mesaj göndərmək. Memlər, sosial mövzular üçün populyar bir vasitədi.

Təhsil və Məlumatlandırma

  • Müxtəlif mövzularda onlayn seminarlar, təlim videoları və ya infografiklər vasitəs ilə cəmiyyəti məlumatlandırmağa yönlənmiş fəaliyyətlər.

Onlayn Müzakirələr və Forumlar

  • Reddit, Discord və ya digər forumlar vasitəsilə eyni məqsədə xidmət edən icmalarda fəaliyyətlər göstərmək.

Virtual Protestlər və Tədbirlər

  • Müxtəlif onlayn platformalarda toplaşmaq və ya müəyyən bir mövzuda digital protestlər təşkil etmək.

Etik və Hüquqi Məsuliyyət

[redaktə | mənbəni redaktə et]

İnternet aktivizmi, indiki dünyada müstəqil fikirlər və məsələlərin təqdim edilməsi üçün əhəmiyyətli bir vasitədir. Bu fəaliyyət müxtəlif şəkildə ifadə oluna bilər və aktivistlər fərqli sahələrdə müxtəlif tərəfdaşlarla əlaqələr qurarkən, etik və hüquqi prinsiplərə hörmət etməlidirlər. İnternet aktivizmi geniş fəaliyyətləri əhatə edir və bu növ fəaliyyətlərin etik və hüquqi məsuliyyətlərini başa düşmək vacibdir.

Etik Məsuliyyət

  • İnternet aktivizmi zamanı, tərəfdarlar etik prinsiplərə əməl etməli və informasiya manipulyasiyasından imtina etməyin vacibliyi anlıyırlar . Etik olmayan hallar, aktivizmin inkişafına ziyan vuraraq, internet icmalarına güvəni sarsa bilər.

Hüquqi Məsuliyyət

  • İnternet aktivistləri hüquqi norma və internetin düzgün istifadəsi üçün məsuliyyət daşımalıdırlar. Hüquqi pozuntular, kiber hücumlar və şəxsi məlumatların əldə edilməsi kimi problemlər, aktivistlər üçün təhlükələrdir.

Tanınmış aktivistlər

[redaktə | mənbəni redaktə et]
  • Edvard Snouden Amerikalı mütəxəssis və eks-CIA işçisi olan Edward Snowden, NSA-nın çoxsaylı şəxslərin şəxsi məlumatlarını gizli şəkildə topladığını ifşa etmişdi. Ən diqqət çəkən internet aktivistlərindən biri olub.[6][7]
  • Laura Poitras, Edvard Snouden ilə işləməyindən və NSA haqqında müstəqil jurnalistika materiallarının hazırlanmasında iştirakından məşhurdur. O, digər jurnalistlərlə birgə Snoudenin məlumatlarını dünyaya çatdırmağa kömək edib.[8]
  • Aaron Swartz Internetin azadlığı və məlumatların ictimai olaraq əlçatanlığını təşviq edən bir proqramçı və internet aktivist olub. Swartz "JSTOR" saytından məlumat əldə edilməsində və paylaşılmasında günahlandırılıb. Bir neçə il həbsdə qaldıqdan sonra intihar edib.[9]
  1. "Aktivizm nedir? Aktivist ne demek?". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  2. "Интернет-активность, социальные сети и молодежь". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  3. "Qarabağ kampaniyası başladı: hər kəsə çağırış edildi". axar.az. 2020-08-11. 2020-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  4. "Azərbaycan vətəndaşlarının əks kampaniyası". Report.az/. 2020-08-11. 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  5. "Qarabağ kampaniyası başladı: hər kəsə çağırış edildi". Change.org. 2018-08-18. 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  6. "NSA Reporting". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  7. "ABŞ-ın sirlərini dünyaya yayan haker - Edvard Snouden". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  8. "Laura Poitras". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  9. "The Idealist". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.