Şeyx Nəcməddin Kübra
Şeyx Nəcməddin Kübra | |
---|---|
ərəb. نجم الدين الكبرى | |
Doğum tarixi | 1145[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyul 1221 |
Vəfat yeri | |
Dəfn yeri | |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Şeyx Nəcməddin Kübra (1145[1][2][…], Xivə – 2 iyul 1221, Köhnə Ürgənc) — Kübravilik təriqəti şeyxi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nəcməddin Kübra (1145-1221) Xarəzmdə anadan olmuş və erkən yaşlarından dini elmləri öyrənmişdir. Mənəviyyat yoluna Misirdə Əbu Nəcib Sührəverdinin tələbəsi olmuş, məşhur sufi şeyxlərindən sayılan Ruzbihan Misrinin rəhbərliyi altında başlamışdır. Təbrizə köçəndən sonra ona müəllimliyi Baba Fərəc Təbrizi etmişdir. Əmmar ibn Yasir Bitlisi və İsmail Kəsri də onun müəllimləri olmuşlar.
Nəcməddin Kübra sonralar öz mənəviyyat yolunu yaratmış və Gürgəncdə sufi xanəgahı qurmuşdur. O, çoxlu sayda tanınmış sufilər yetişdirmişdir. Ərəb və fars dillərində bir sıra əsərlər qələmə almışdır. Monqollar Gürgənci ələ keçirdəndə öldürülmüşdür.
O da digər sufi şeyxləri kimi hesab etmişdir ki, insan mənəviyyat yolu ilə gedib, müəlliminin (mürşidinin) göstərişlərinə əməl etməklə özündə Allahın təzahürlərini duyub, ona yaxınlaşa bilər. Nəcməddin abidliyin, tərki-dünyalığın, xəlvətə çəkilməyin tərəfdarı olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France Naǧm al-Dīn Kobrā // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Aḥmad ibn ʿUmar Kubrā // AlKindi.