Əşrəf bəy Tağıyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əşrəf bəy Qarxunlu
Əşrəf bəy Həsən bəy oğlu Tağıyev
1918 – 1919
SonrakıRəhim bəy Şıxlinski
Şəxsi məlumatlar
Doğum tarixi 1867
Doğum yeri
Vəfat tarixi 3 mart 1930(1930-03-03)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Dini şiəlik

Əşrəf bəy Tağıyev (1867, Qarxun, Nuxa qəzası3 mart 1930, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.[1]

Azərbaycanda Qarxunlu Əşrəf bəy soyadı ilə tanınan Əşrəf bəy Həsənbəy oğlu Tağıyev 1867-ci ildə Nuxa qəzasının Qarxun kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Tiflis gimnaziyasında oxumuşdu. 1908-ci ildə Yevlaxda mazutla işləyən zavod tikdirir, 1910-cu ildə öz xərci ilə Yuxarı Qarxun kəndində dörd sinifli, 1919-cu ildə isə yeddi sinifli rus-tatar məktəbi açdırır.[2] 1918-ci il mart qırğınından sonra Əşrəf bəyin təklifi ilə erməni qırğınının qarşısını almaq məqsədilə könüllü dəstələr yaradılır. O, Nuru Paşa başda olmaqla Türk ordusunun qarşılanmasında, Ərəş suvari alayının tərkibində türk qoşunları ilə bərabər bolşevik-daşnaq ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edir. Əşrəf bəy 1918-ci ilin dekabrından Ərəş mahalından Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə üzv seçilir. O, 1919-cu ildə qəza rəisi olmuşdur. 1930-cu ildə tutulmuşdu. Elə həmin ildə öldürülmüşdü. Əşrəf bəy Həsən bəy oğlu Tağıyev Zaqafqaziya Dövlət Siyasi idarəsinin və Azərbaycan SSRİ DİXK üçlüyünün 3 mart 1930-cu il tarixli qərarına əsasən "Əhrar" partiyasının üzvü və əks-inqilabi təbliğatla məşğul olduğu üçün güllələnmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 29 avqust 1989-cu il tarixli qərarı ilə ölümündən sonra Əşrəf bəyə bəraət verilmişdir.[3]

Əşrəf bəy Maral xanımla ailə qurmuşdu. Knyaz bəy, Məmmədəli bəy adlı oğulları vardı.

  1. "Əşrəf bəy Həsən bəy oğlu Tağıyev". kulis.az. 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2021.
  2. "Cümhuriyyətin 100 il". modern.az. 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2021.
  3. "Əşrəf bəy Tağıyev". kepeztv.az. 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]