Ədalət Əsgəroğlu
Naviqasiyaya keç
Axtarışa keç
Ədalət Əsgəroğlu | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Göyçay |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı |
Ədalət Əsgəroğlu (1957, Göyçay - 2013, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi (2000-2013).
Həyatı
[redaktə | mənbəni redaktə et]Ədalət Əsgəroğlu 1957-ci ildə Göyçayda anadan olub.
Azərbaycan Yazıçılar Birliyində məsul vəzifədə — mətbuat katibi vəzifəsində çalışmışdır.
Ədalət Əsgəroğlu 30 sentyabr 2013-cü ildə gecə saatlarında dünyasını dəyişmişdir. Ədalət Əsgəroğlunun ölümünə səbəb infarkt olub.
Ailəli idi, iki övladı var.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Şeir və poemaları bir çox xarici dillərə tərcümə edilib və dərc olunmuşdur. "Özüm qürbətdə, gözüm vətəndə", "Sabahını itirməyən adamlar", "Məmləkətim canım mənim..." və s. kitabların müəllifidir.
Yaradıcılığı bir neçə beynəlxalq mükafata layiq görülmüşdür.
Kitabları
[redaktə | mənbəni redaktə et]- "Yaz ilə gələn sevda", 1989.
- "Göyçaydan başlayan ömür yolu", 1999.
- "Mən sənə aşiqəm, dünya!", 1997.
- "Özüm qürbətdə, gözüm vətəndə", 2000.
- "Sabahını itirməyən adamlar", 2003.
- "Məmləkətim canım mənim...", 2005.
- "Dərdimizin qan rəngi" (poema: 4 dildə), Bakı, "Mütərcim", 2009. 48 səh. 500 tiraj.