Əhməd Şmide
Əhməd Şmide | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Berlin, Almaniya |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Berlin, Almaniya |
Fəaliyyəti | tərcüməçi |
Əhməd Şmide (7 dekabr 1935-10 oktyabr 2010)—ədəbiyyatşünas.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əhməd Şmide 1935-ci ilin 7 dekabrında Berlində dünyaya gəlmişdir. 19 yaşında islam dinini qəbul etmiş Əhməd bəy gənc yaşlarından türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin tarixinə, mədəniyyətinə böyük maraq göstərmiş, ömrü boyu ədəbi abidələrimizi tədqiq etmişdir.
Əhməd Şmide uzun illər Azərbaycan ədəbiyyatının incilərini, şifahi xalq ədəbiyyatı nümunələrini alman dilinə tərcümə etmiş, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi Almaniyada təbliğ etmişdir. O Almaniyada "Daşa dönmüş şəhər", "Xoruz ilə padşah" adlı Azərbaycan nağılları toplularını, "Kitabi-Dədə Qorqud" boylarını, Bəxtiyar Vahabzadənin "Azərbaycan oğluyam", "Musiqim Qarabağdır", "İkinci səs" adlı kitablarını tərcümə edərək çap etdirmişdir. Xüsusilə onun tərcüməsində Almaniyada nəşr edilmiş "Kitabi-Dədə Qorqud" gözəl bədii tərtibatı ilə diqqəti cəlb edir.
Əhməd Şmide Türkiyədə də ədəbiyyatımızı təbliğ etmiş, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin şeirlərini Türkiyə türkcəsində çapa hazırlamış, Azərbaycan mətbuatında ədəbiyyatımıza, tariximizə dair məqalələri ilə çıxış etmişdir.
Əhməd Şmide son illərdə Qarabağ həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüş, ermənilərin torpaq iddialarına, işğalçılıq siyasəitinə qarşı kəsərli cavablar vermişdir. Görkəmli alim AMEA M.füzuli adına Əlyazmalar İnstitutu ilə də əlaqələr saxlayır, araşdırmaları zamanı tapdığı maraqlı əlyazmalar barədə xəbər verirdi. O, Şərq əlyazmaları kitabxanalarından birində tapdığı "Oğuznamə" adlı yazılı abidənin surətini əldə edərək Əlyazmalar İnstitutuna göndərmiş, əsər Bakıda nəşr edilmişdir.